Şimali Atlantika Alyansı Litva, Latviya və Estoniya səmasında növbətçilik edən öz qırıcı təyyarələrinə hava hədəflərini birbaşa vurub salmaq barədə rəsmi icazə verib.

Kainat.tv  Musavat.com-a istinadən xəbər verir ki, "Reuters" agentliyinin yaydığı məlumata görə, hərbi blok Baltikyanı ölkələrin hava məkanını qoruyan hava missiyasının statusunu ən yüksək səviyyəyə qaldırıb. İndiyə qədər sözügedən qırıcıların əsas vəzifəsi yalnız Baltikyanı ölkələrin sərhədlərinə yaxınlaşan Rusiya hərbi təyyarələrini müşayiət etməkdən ibarət idi.

Lakin qəbul edilən yeni və radikal qərardan sonra NATO pilotları təhlükə yaradan istənilən hava obyektini dərhal məhv etmək hüququ qazanıblar. Rusiya ilə sərhəddə gərginliyi pik həddə çatdıran bu addım bölgədəki hərbi təhlükəsizlik qaydalarını kökündən dəyişib.