Belə anlaşılır ki, Qərb siyasi dairələrində Rusiyanın yaxın gələcəkdə əsas qlobal təhlükə statusunu itirəcəyi ilə bağlı elə bir ciddi gözlənti yoxdur... Əksinə, NATO Rusiyanın hərbi-siyasi potensialını uzunmüddətli strateji problem kimi qəbul edərək, buna uyğun müdafiə planları qurur...
NATO-nun Ankara sammitindən öncə qlobal geopolitik proseslərdə olduqca ciddi sərtləşmə müşahidə edilirdi. Belə ki, Qərb siyasi dairələrindən verilən bəzi mesajlar NATO-nun Rusiyanı yenidən əsas hərbi təhlükə qaynağı elan etməyə hazırlaşdığını göstərirdi. Xüsusilə də, ABŞ-ın dövlət katibi Marko Rubio və NATO-nun baş katibi Mark Rütte Rusiyaya yönəlik sərt ittihamları, eləcə də, Kremlin onlara aqressiv reaksiyasi Ukrayna müharibəsinin artıq yalnız savaş meydanında deyil, həm də qlobal siyasi məkanın bütün istiqamətlərində intensiv şəkildə davam etdiyini biruzə verirdi.
Bütün bunlar, yəni, NATO sammiti ərəfəsində Qərbin aparıcı siyasi mərkəzlərindən verilən mesajlar onu göstərirdi ki, bu hərbi-siyasi alyans yaxın perspektivdə təhlükəsizlik strategiyasında ciddi dəyişiklik etməyi qətiyyən planlaşdırmır. Əksinə, Kremlə qarşı son açıqlamalar NATO-nun Rusiyanı uzunmüddətli və sistemli təhlükə mənbəyi olaraq, qiymətləndiryini birmənalı şəkildə təsdiqləyirdi. Və buna paralel olaraq isə Ukraynaya hərbi-siyasi dəstəyin NATO ölkələri üçün əsas prioritetlərindən biri kimi qaldığı xüsusilə qabardılırdı.
Onu da qeyd etmək lazımdır ki, Qərb siyasi dairələrinin bu siyasi xətti həm ABŞ dövlət katibi Marko Rubionun Almaniyanın xarici işlər naziri Yohann Vadefulla keçirdiyi görüşdən sonra səsləndirdiyi fikirlərdə, həm də NATO-nun baş katibi Mark Rüttenin son açıqlamalarda aydın şəkildə öz əksini tapmışdı. ABŞ və Almaniya diplomatları üç əsas istiqaməti - Yaxın Şərqdə artan gərginlik, İranın nüvə proqramı, eləcə də, Rusiya-Ukrayna müharibəsinin gələcək inkişaf perspektivlərini ciddi şəkildə müzakirə etmişdilər. Ağ Ev və rəsmi Berlin İranın nüvə silahına sahib olma imkanlarının bloklanmasının qlobal təhlükəsizlik üçün prinsipial məsələ olduğuna əmindirlər.
Bununla yanaşı, NATO daxilində müdafiə yükünün daha ədalətli bölüşdürülməsi və Ukraynada "ədalətli və davamlı sülh" modelinin formalaşdırılması da bu iki ölkənin ortaq mövqeyi kimi təqdim olunur. Eyni zamanda, Tramp administrasiyası ABŞ-ın Avropadan olan müttəfiqləri ilə təhlükəsizlik siyasətini daha sıx şəkildə koordinasiya etməyə çalışır. Və bu isə əslində həm də ABŞ-ın NATO-nun kollektiv müdafiə mexanizmlərini zəiflətmək deyil, əksinə, onları daha funksional vəziyyətə gətirmək niyyətindən xəbər verir.
Digər tərəfdən, NATO-nun baş katibi Mark Rüttenin Rusiyaya yönəlik son sərt mesajı Kremldə şok effekti taradıb. Belə ki, o, NATO üçün Rusiyanın hələ uzun illər ərzində əsas təhlükə mənbəyi olaraq, qalacağını iddia edib. NATO-nun baş katibi Mark Rüttenin Rusiyaya qarşı belə sərt mövqedə olması isə bu hərbi-siyasi alyansın yaxın gələcək üçün təhlükəsizlik strategiyasının əsas prioritetlərini təxmin etməyə imkan verir. Çünki onun iddiasına görə, Rusiya yalnız Ukrayna savaşına görə deyil, ümumiyyətlə, Avroatlantik təhlükəsizlik sistemi üçün ən ciddi və uzunmüddətli risk qaynağıdır.
Bütün bunlara paralel olaraq, NATO baş katibi Rütte hesab edir ki, Rusiyanın Çin, İran və Şimali Koreya ilə getdikcə, daha da dərinləşən hərbi-siyasi əməkdaşlığı qlobal təhlükəsizlik balansını ciddi şəkildə dəyişə biləcək əsas amillərdən biridir. O, hətta bildirib ki, NATO artıq yeni təhlükəsizlik reallıqlarına uyğun şəkildə hərbi istehsalın artırılması, silah ehtiyatlarının genişləndirilməsi və alyansa üzv ölkələrin ordularının daha yüksək döyüş hazırlığına gətirilməsi istiqamətində fəaliyyətini sürətləndirir. NATO baş katibinin fikrincə, 2030-cu ilə qədər Çinin təxminən min nüvə döyüş başlığına malik olacağı gözlənilir. Və bu isə yalnız Asiya-Sakit okean regionunda deyil, ümumiyyətlə, qlobal təhlükəsizlik arxitekturasında da ciddi dəyişikliklər yarada bilər.
Bütün bunlar həm də onu göstərir ki, NATO-nun Ankara sammitində qəbul ediləcək yekun sənədin məzmunu, xüsusilə də, Rusiyanın yenidən alyans üçün əsas hərbi təhlükə qaynağı kimi göstəriləcəyi əslində, elə əvvəlcədən qərarlaşdırılıb. Eyni zamanda, alyansın Ukraynaya siyasi, maliyyə və hərbi dəstəyini davam etdirmək öhdəliyini də növbəti dəfə rəsmiləşdirəcəyi qətiyyən şübhə doğurmurdu. Və bu, Rusiyanın NATO-dan gözlədiyi mümkün hərbi-siyasi yumşalmanın yaxın perspektivdə qətiyyən baş verməyəcəyini biruzə verən olduqca önəmli amillərin sırasına daxildir.
Maraqlıdır ki, NATO baş katibi Mark Rüttenin rus gənclərə müraciəti isə Kremlə qarşı informasiya müharibəsinin yeni mərhələsinin başlanğıcı hesab olunur. Belə ki, o, Kremlin Ukrayna müharibəsində hər ay on minlərlə hərbçini itirməyə hazır olduğunu vurğulayıb və bunu bütöv bir gənc nəslin gələcək taleyinə birbaşa neqativ təsir göstərən faciə adlandırıb. NATO baş katibi xüsusilə də, Rusiya ordusu ilə müqavilə bağlamağa hazırlaşan rus gənclərə müraciət edərək, onları belə qərar verməzdən əvvəl atdıqları addımın mümkün nəticələri barədə daha ciddi düşünməyə çağırıb. Və bu, o deməkdir ki, NATO ilk dəfə olaraq, açıq şəkildə Rusiya cəmiyyətinə informasiya mesajı göndərir və Kremlin ölkədaxili sosial dayaqlarına siyasi-psixoloji təsir göstərməyə çalışır.
Təbii ki, NATO baş katibinin açıqlamaları və çağırışları Rusiya siyasi dairələrində olduqca ciddi narahatlıq doğurub. Ona görə də, Kremlin bütün bunlara cavab reaksiyasını o qədər də çox gözləmək lazım gəlməyib. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NATO baş katibinin Rusiya ilə bağlı narahatlığını istehza ilə qarşılayaraq, Rusiyanın onun yuxusunu qaçıran əsas, bəlkə də, yeganə faktor olduğuna təəccübləndiyini bildirib. Kreml Qərb siyasi dairələrinin sərt bəyanatlarını əksər hallarda belə ironik və ya istehzalı ritorika ilə cavablandırmağa üstünlük verir. Və bunda əsas məqsəd isə həm ölkədaxili auditoriyada siyasi mövqeyi möhkəmləndirmək, həm də qarşı tərəfin sərt mesajlarının təsirini azaltmaqdır.
Görünüdüyü kimi, Ukrayna müharibəsi artıq NATO və Rusiya arasında uzunmüddətli geopolitik qarşıdurmanın əsas platformasına çevrilib. Buna paralel olaraq isə Çin, İran və Şimali Koreya kimi dövlətlərin də bu proseslərdə daha fəal iştirak etməsi qlobal təhlükəsizlik sistemini əvvəlki dövrlərlə müqayisədə daha mürəkkəb vəziyyətə gətirir. Məhz ona görə də NATO yalnız Ukraynaya hərbi yardım göstərməklə kifayətlənmir, eyni zamanda, müdafiə sənayesini genişləndirir, silah istehsalını artırır və yeni təhlükəsizlik konsepsiyası formalaşdırır.
Belə anlaşılır ki, Qərb siyasi dairələrində Rusiyanın yaxın gələcəkdə əsas qlobal təhlükə statusunu itirəcəyi ilə bağlı elə bir ciddi gözlənti yoxdur. Əksinə, NATO Rusiyanın hərbi-siyasi potensialını uzunmüddətli strateji problem kimi qəbul edərək, buna uyğun müdafiə planları qurur. Və bütün bunlar Rusiya ilə Qərb arasında hərbi-siyasi qarşıdurmanın yaxın perspektivdə qətiyyən səngiməyəcəyini birmənalı şəkildə təsdiqləyir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert
NATO-nun “ƏBƏDİ DÜŞMƏN” Kremldə şok effekti yaradıb: Rusiyanı tam çökdürəcək savaşın planı artıq İŞƏ SALINIB
08
iyul
16:38
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Tramp NATO-nu demontaj EDƏCƏK: Alyans PKK-ya SAVAŞ AÇMAZSA, Türkiyə də ona DƏSTƏK VERƏCƏK
Ağ Evin “sülh planı” ilə bağlı SENSASİON ETİRAF: Putinə məğlub olan Trampın artıq istefası tələb olunur
Kiyev Ukrayna savaşını artıq Rusiya ərazisinə KEÇİRİR: Kreml isə “BÖYÜK FIRTINA”dan öncə “GİZLİ SÖVDƏLƏŞMƏ” istəyir
Kreml “QARANLIQ TUNELƏ” geri dönür, dünyanı dağıtmaqla QORXUDUR: Ukrayna savaşı Rusiyanı artıq daxildən ÇÖKDÜRÜR
Rusiya Şimali Koreyanı da Ukrayna SAVAŞINA ÇƏKİR: Qərbi isə nüvə faktoru ilə BLOKLAYIR
- Paşinyan Rusiya səfərindən NARAZI QAYITDI – Mişustinlə görüşdə NƏLƏR YAŞANDI?
- Ərdoğandan NATO sammitində strateji MESAJLAR: Türkiyə hərbi xərclərini SÜRƏTLƏ ARTIRIR
- NATO sammitindən Ukraynaya TARİXİ DƏSDƏK: Avropa və Kanada hər il 80 MİLYARD DOLLAR ayıracaq
- Trampın Türkiyə səfərinin PƏRDƏARXASIı: Regionda nələr dəyişir? - TƏHLİL
- TƏCİLİ! Tramp İranla atəşkəsin bitdiyini ELAN ETDİ
- Ərdoğan-Tramp görüşündə RƏNGlərin və JESTlərin dili: Etibar, nüfuz, səmimiyyət...
- Bakının mərkəzində “CƏHƏNNƏM BİTKİSİ” – Bir yarpağına toxunmaq belə öldürür / FOTO
- Trampdan Ankarada ŞOK BƏYANƏT: "Ərdoğan İsraillə MÜHARİBƏYƏ girmək istəyirdi, MƏN SAXLADIM"
- Peşə Təhsilində qiymət və bal QALMAQALI – Tələbələr ETİRAZ EDİR
- Ukrayna şəhərlərinə yeni BALLİSTİK ZƏRBƏLƏR: Xarkovda 5 mərtəbəli bina VURULDU, ölənlər VAR
- Batmış qitə öz SİRLƏRİNİ açır: Alimlər onun tam xəritəsini HAZIRLADILAR
- İrandan Vaşinqtona FUTBOL ŞOKU: Pezeşkiyan ABŞ-ı Dünya Çempionatında fırıldaqçılıqda İTTİHAM ETDİ
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Yunanıstanda ETİRAZLAR BAŞLADI: İsrail bizi Türkiyə ilə müharibəyə SÜRÜKLƏYİRLƏR
- Netanyahunu ABŞ-a ÇƏTİN SƏFƏR gözləyir: Ağ Evdə ondan nə TƏLƏB EDƏCƏKLƏR?
- Gözlənilməz referendum ƏMƏLİYYATI: Paşinyan Azərbaycan üçün DÜYMƏYƏ BASDI
- Rusiyada yanacaq qıtlığı PİKK HƏDDƏ - kilometrlərlə uzanan növbələr KOSMOSDAN görüntüləndi
- Kremli gözləyən QORXUNC SSENARİ: ölkə PARÇALANIR? – Böyük güclərin PLANI…
- 108 yaşlı AZƏRBAYCAN POLİSİ
- Azərbaycan universitetlərinin uğuru erməniləri DƏLİ ETDİ - İrəvanda NARAHATLIQ
- Trampdan SON DƏQİQƏ İran açıqlaması - Tehrandan gələn VACİB ZƏNG
- İran Hörmüz boğazında ABŞ helikopterini VURDU - “Vaşinqton CAVAB VERƏCƏK”
- Tehranın YENİ TAKTİKASI: İlk zərbəni endirmək üçün... - GİZLİ MƏQSƏD BİLİNDİ
- Türkiyənin bu addımı İsraili AYAĞA QALDIRDI - Təl-Əviv çıxış yolu AXTARIR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- VƏKİL ABBASOV – SSRİ tarixində “ƏMƏK ŞÖHRƏTİ” ordeninin ilk tam kavaleri olan AZƏRBAYCANLI NEFTÇİ
- Dünya Çempionatı başlayır - TƏQVİM
- Bu gün futbolun YENİ ERASI başlayır - Türkiyə MEYDANDA, dünya EKRAN BAŞINDA...
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...