Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən yüksək səviyyəli NATO sammitində ev sahibi ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan alyansın gələcək fəaliyyəti, regional təhlükəsizlik və Türkiyənin hərbi qüdrətinin artırılması ilə bağlı mühüm bəyanatlarla çıxış edib. Türkiyə lideri rəsmi Ankaranın müttəfiqlik öhdəliklərinə sadiqliyini ifadə etməklə yanaşı, həm də Qərb tərəfdaşlarına kəskin çağırışlar ünvanlayıb.
Kainat.tv xəbər verir ki, Prezident Ərdoğan Türkiyənin avropalı müttəfiqlərinin təhlükəsizlik təminatçısı kimi daha effektiv rol oynamasına diqqət yetirdiyini bəyan edib. O, ötən il Haaqa sammitində qəbul edilmiş hərbi xərclərin ÜDM-in 5%-nə çatdırılması hədəfinə Türkiyənin nəzərdə tutulandan 5 il daha tez – yəni 2035-ci ilə qədər nail olmağı planlaşdırdığını açıqlayıb. Bu çərçivədə, 2030-cu ilə qədər ölkənin birbaşa müdafiə xərcləri ÜDM-in 3,5%-nə çatdırılacaq. Ərdoğan xüsusilə vurğulayıb ki, hazırda alyans daxilində ən çox çatışmazlığı hiss olunan hava və raketdən müdafiə sistemlərinin inkişafı məqsədilə Türkiyənin yerli və milli "Polad Qübbə" (Çelik Kubbe) layihəsinə əlavə olaraq 24 milyard dollar həcmində nəhəng büdcə ayrılıb.
Türkiyənin Avropada ən böyük quru ordusuna sahib olduğunu xatırladan dövlət başçısı, ölkəsinin PUA və zərbə dronlarının real döyüş şəraitindəki uğurlu təcrübəsinə əsaslanaraq, pilotsuz sistemlərlə mübarizə üzrə Türkiyə Mükəmməllik Mərkəzinin NATO nəzdində akreditasiya olunmasını təklif edib. Bununla yanaşı, Ərdoğan müttəfiqlər arasında müdafiə sənayesi sahəsində tətbiq olunan gizli və aşkar məhdudiyyətlərin (sanksiyaların) dərhal ləğv edilməsini tələb edib və Avropa İttifaqına üzv olan ölkələri Türkiyə kimi qeyri-Aİ müttəfiqlərini müdafiə proqramlarından kənarda saxlayaraq süni parçalanma yaratmamağa çağırıb.
Regional münaqişələrə də toxunan Ərdoğan, Ukraynaya öz milli ehtiyatlarından hərbi yardımı davam etdirəcəklərini və eyni zamanda Rusiyanı sülhə yönəltmək üçün diplomatik kanalları açıq saxladıqlarını bildirib. O, ABŞ Prezidenti Donald Trampın İran böhranının nizamlanması istiqamətindəki qətiyyətli rəhbərliyini yüksək qiymətləndirib, həmçinin İrandan gələn raket təhdidlərinə qarşı Türkiyədə əlavə HHM sistemləri yerləşdirən ABŞ, İspaniya, Almaniya və İtaliyaya təşəkkür edib. Çıxışının sonunda Yaxın Şərqdəki vəziyyəti dəyərləndirən Ərdoğan, Qəzza və Livanda sabitliyin təmin olunmasının hər bir dövlətin borcu olduğunu və Yaxın Şərqdə davamlı sülhün yeganə açarının iki müstəqil dövlətin (İsrail və Fələstin) dinc yanaşı yaşaması modelindən keçdiyini bir daha qətiyyətlə bəyan edib. //Musavat.com
Ərdoğandan NATO sammitində strateji MESAJLAR: Türkiyə hərbi xərclərini SÜRƏTLƏ ARTIRIR
08
iyul
14:07
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Tramp NATO-nu demontaj EDƏCƏK: Alyans PKK-ya SAVAŞ AÇMAZSA, Türkiyə də ona DƏSTƏK VERƏCƏK
Ərdoğanın əsas GEOPOLİTİK PLANI artıq reallaşır: Türkiyə qlobal güc balansını “DARMADAĞIN” edir
ABŞ-NATO ixtilafı – Ştatlar Avropadakı müttəfiqlərdən uzaqlaşır - ŞƏRH
Tramp Putinlə deyil, Ərdoğanla strateji tandem qurur: Türkiyə və ABŞ yeni qlobal qütb yaradır
Bakıda mühüm TƏDBİR: İlham Əliyev ÇIXIŞ ETDİ - VİDEO/YENİLƏNDİ
- Paşinyan Rusiya səfərindən NARAZI QAYITDI – Mişustinlə görüşdə NƏLƏR YAŞANDI?
- Trampın Türkiyə səfərinin PƏRDƏARXASIı: Regionda nələr dəyişir? - TƏHLİL
- NATO sammitindən Ukraynaya TARİXİ DƏSDƏK: Avropa və Kanada hər il 80 MİLYARD DOLLAR ayıracaq
- Trampdan Ankarada ŞOK BƏYANƏT: "Ərdoğan İsraillə MÜHARİBƏYƏ girmək istəyirdi, MƏN SAXLADIM"
- Peşə Təhsilində qiymət və bal QALMAQALI – Tələbələr ETİRAZ EDİR
- TƏCİLİ! Tramp İranla atəşkəsin bitdiyini ELAN ETDİ
- Ərdoğandan NATO sammitində strateji MESAJLAR: Türkiyə hərbi xərclərini SÜRƏTLƏ ARTIRIR
- Ərdoğan-Tramp görüşündə RƏNGlərin və JESTlərin dili: Etibar, nüfuz, səmimiyyət...
- Batmış qitə öz SİRLƏRİNİ açır: Alimlər onun tam xəritəsini HAZIRLADILAR
- Ukrayna şəhərlərinə yeni BALLİSTİK ZƏRBƏLƏR: Xarkovda 5 mərtəbəli bina VURULDU, ölənlər VAR
- Bakının mərkəzində “CƏHƏNNƏM BİTKİSİ” – Bir yarpağına toxunmaq belə öldürür / FOTO
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Yunanıstanda ETİRAZLAR BAŞLADI: İsrail bizi Türkiyə ilə müharibəyə SÜRÜKLƏYİRLƏR
- Netanyahunu ABŞ-a ÇƏTİN SƏFƏR gözləyir: Ağ Evdə ondan nə TƏLƏB EDƏCƏKLƏR?
- Gözlənilməz referendum ƏMƏLİYYATI: Paşinyan Azərbaycan üçün DÜYMƏYƏ BASDI
- Rusiyada yanacaq qıtlığı PİKK HƏDDƏ - kilometrlərlə uzanan növbələr KOSMOSDAN görüntüləndi
- Kremli gözləyən QORXUNC SSENARİ: ölkə PARÇALANIR? – Böyük güclərin PLANI…
- 108 yaşlı AZƏRBAYCAN POLİSİ
- Azərbaycan universitetlərinin uğuru erməniləri DƏLİ ETDİ - İrəvanda NARAHATLIQ
- Trampdan SON DƏQİQƏ İran açıqlaması - Tehrandan gələn VACİB ZƏNG
- İran Hörmüz boğazında ABŞ helikopterini VURDU - “Vaşinqton CAVAB VERƏCƏK”
- Tehranın YENİ TAKTİKASI: İlk zərbəni endirmək üçün... - GİZLİ MƏQSƏD BİLİNDİ
- Türkiyənin bu addımı İsraili AYAĞA QALDIRDI - Təl-Əviv çıxış yolu AXTARIR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- VƏKİL ABBASOV – SSRİ tarixində “ƏMƏK ŞÖHRƏTİ” ordeninin ilk tam kavaleri olan AZƏRBAYCANLI NEFTÇİ
- Dünya Çempionatı başlayır - TƏQVİM
- Bu gün futbolun YENİ ERASI başlayır - Türkiyə MEYDANDA, dünya EKRAN BAŞINDA...
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...