Türkiyə hakimiyyəti lazımi şərtlər yaranarsa, Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır.

Kainat.tv Publika.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan 16-17 iyun tarixlərində Rusiyaya səfərindən sonra "Türkiye" qəzetinə bildirib.

“Nikol Paşinyan hökuməti normallaşma istiqamətində çox vacib addımlar atıb. Prezidentimizin Tayyib Ərdoğanın göstərişi ilə birbaşa ticarət və hava səyahətinin qurulması da daxil olmaqla bir çox vacib addımlar atılıb. Yeni dövrdə görüləsi işlər də aydındır. Lazımi şərtlər yarandıqda normallaşmaya hazırıq”, - deyə Fidan qeyd edib.