Kainat.tv Publika.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı analitik Viktor Nadein-Rayevski deyib.
Onun fikrincə, Ermənistan hakimiyyəti vəziyyəti yumşaltmağa və ya qarşılıqlı anlaşma istiqamətləri tapmağa çalışacaq.
“Bunun necə baş verəcəyini demək çətindir, çünki gündəlikdə Avropa İttifaqına inteqrasiya var və bu, AİB-lə münasibətlərə ziddir. Ermənistanın Aİ-dən imtinası da gözlənilmir, erməni rəsmilərlə avropalı rəsmilərin dərin əlaqələri də bunu deməyə əsas verir. Digər tərəfdən, Ermənistan KTMT-də fəaliyyətini donduraraq, AİB-də işləməyə davam etmək istəyir. Vəziyyət mürəkkəbdir. Fikrimcə, seçinin nəticələrinin rəsmi təsdiqindən sonra yaxın gələcəkdə liderlər arasında görüş baş tutarsa, əsas müzakirə mövzusu bu olacaq və bir sıra məsələlərə aydınlıq gətiriləcək”, - o bildirib.
Rusiyalı analitik qeyd edib ki, Aİ də fəal işləməyə davam edəcək və Ermənistanın Avropa gələcəyini geridönməz hala gətirməyə çalışacaqlar: “Seçi prosesi tamamilə başa çatdıqdan sonra dinamik dövr başlayacaq və gərginliyin olacağı gözləniləndir”.