Türkiyədə baş verən son siyasi proseslər müxtəlif tərzdə şərh edilir, fərqli versiyalar irəli sürülür. Diqqətçəkən bir iddia isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın varisi üçün münbit şərait yaratmasıdır.
Əslində siyasi varislik köhnəlməyən, gündəmdən düşməyən, tez-tez aktuallaşan və geniş müzakirələrə səbəb olan bir mövzudur. Bu baxımdan belə bir iddianın olması təbiidir. Şübhəsiz R. T. Ərdoğan Türkiyə tarixinə düşəcək nadir simalardandır. Lider üçün vacib olan xarizmatikiyi, çox siyasətçilərə xas olmayacaq tərzdə açıq sözlü olması və cəsarətli addımları ilə həm Türkiyə, həm də dünya siyasi tarixində özünə yer edib. Lakin hər siyasətçi kimi bir gün onun da hakimiyyəti bitəcək. Buna görə də yerinə kimi qoyacağı, ya da kimi görmək istədiyi varisinin kimliyi maraq doğur.
Türkiyə demokratik ölkədir. Hərçənd potensial bir Qərb demokratiyası sayılmasa da yerləşdiyi regionu nəzərə aldıqda demokratik ölkə olması şübhəsizdir. Özü də bu demokratiya konstitusiya ilə sabit və dəyişməzdir. Belə olduğu üçün deyə bilərik ki, R. T Ərdoğanın yerinə birbaşa kimisə təyin etməsi mümkün deyil.
Əslində Türkiyə demokratiyasında və siyasi ənənəsində varislər təyin edilmir, yetişir. Misal üçün, R. T. Ərdoğan faktiki olaraq Nəcməddin Ərbakanın tələbəsi, dolayı yolla varisi idi. Yəni sağ camiyədən çıxmışdı. Türkiyə siyasi sistemində varisin başa keçməsi üçün ustadını üstələməsi lazımdır. Ərdoğanın vaxtilə N. Ərbakana dediyi “yaş yetmiş, iş bitmiş” ifadəsi hələ də yaddaşlardadır.
Son zamanlar Ərdoğanın potensial varisi kimi bir çox şəxsin adı çəkilsə də onlardan biri xüsusi diqqət çəkir. Söhbət Türkiyənin xarici işlər naziri Hakan Fidandan gedir. Xüsusilə onun həm keçmiş MİT rəhbəri olması, həm də Ərdoğanın ən yaxın silahdaşı, inandığı şəxs olması bu versiyanı gücləndirir.
MİT Türkiyə dövlətçiliyinin onurğa sütunu sayılır. H. Fidan isə bu posta nə az, nə çox, 3 ildən artıq rəhbərlik edib. Xarici işlər naziri kimi də Hakan Fidan çox ciddi işlər görür. Şübhəsiz bu şəxs həm də Ərdoğanın “qara qutusu” sayılır. Lakin bütün bunları bir kənara qoysaq H. Fidanın R. T. Ərdoğanın varisi olması inandırıcı deyil. Onun kəşfiyyatçı keçmişi, bir az da Türkiyə film sektorunun yaratdığı təəssürat onun varis olma fikrini yaradıb.
H. Fidan ambisiyalı şəxs deyil. MİT-ə 13 il rəhbərlik etməsi belə Fidanın şəxsi ambisiyanın olmadığını demək üçün bəsdir. Ərdoğan hakimiyyəti rəqibləri ilə bölüşə bilmədiyini nəzərə alsaq ətrafındakı kadrları xüsusi seçdiyini demək olar.
Məsələnin digər tərəfi də Türkiyənin dövlət ənənəsidir. Belə ki, Türkiyə tarixində və siyasi sistemində kəşfiyyatçıların hakimiyyətə gəlməsi təcrübəsi yoxdur. Bunu daha çox post sovet ölkələrində görmək mümkündür. Rusiyada bu ənənə hələ də davam edir.
Ərdoğanın varislik məsələsinə gəldikdə, hazırda AKP tərkibində onun yerinə gələcək ambisiyada bir şəxs yoxdur. Ərdoğanın buna icazə verməsi də real deyil. Yəni Ərdoğan varis istəmir. Belə olduqda o zaman onu varisi yox, vaxtı gəldikdə rəqibi əvəzləyəcək.
Ərdoğanın yerinə hazırlanan SİRLİ NAMİZƏD – Onu varisi əvəz edəcək, yoxsa RƏQİBİ?
25
mart
16:43
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qərbin Tbilisi PLANI: "rəngli inqilab", manipulyasiya, YALAN
Professor yazır: "ƏBƏDİYYƏTƏ ÇEVRİLƏN LİDER PORTRETİ"
İsraildə yazılan kitabda SİRLİ 7 RƏQƏMİ: 23 il sonra gerçəklər Suriyada ÜZƏ ÇIXIR – Sensasion MƏLUMATLAR
İmamoğlu əməliyyatının ŞİFRƏLƏRİ – Türkiyədə əslində NƏ BAŞ VERİR?
Bakıda keçirilən möhtəşəm COP29-dan iqtisadi GÖZLƏNTİLƏR
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- İlham Əliyevin Almaniya səfəri Bakı–Berlin münasibətlərində YENİ SƏHİFƏ AÇIR – Deputat və siyasi şərhçi DANIŞDI
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Tehranda DƏHŞƏTLİ XƏYANƏT şoku: SEPAH zabitləri şahın oğlu ilə GİZLİ ƏLAQƏDƏDİR
- Rusiya bu ölkənin diplomatlarını QOVDU - QİSAS AKTI?
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ