Britaniyanın Quacquarelli Symonds (QS) şirkətinin açıqladığı 2026/27-ci il Dünya Universitetləri Reytinqi Ermənistan mediasında müzakirələrə səbəb olub.
Kainat.tv xəbər verir ki, "Sputnik Armenia"da yayımlanan məqalədə Azərbaycanın ali məktəblərinin ümumi reytinqdə daha yüksək yerlər tutmasına baxmayaraq, İrəvan Dövlət Universitetinin bəzi elmi göstəricilər üzrə üstün olduğu iddia edilir.
QS reytinqinə əsasən, Azərbaycanın 6 universiteti dünyanın ilk 1000 ali məktəbi sırasında yer alıb. Onların arasında ən yüksək nəticəni Bakı Dövlət Universiteti göstərərək 565-ci pillədə qərarlaşıb.
Ermənistandan isə yalnız İrəvan Dövlət Universiteti reytinqə daxil edilib və o, 1001-1200-cü yerlər qrupunda qərarlaşıb.
"Sputnik" yazır ki, Azərbaycan universitetlərinin yüksək mövqeləri əsasən akademik reputasiya, işəgötürənlər arasında nüfuz, xarici tələbə və müəllimlərin payı kimi göstəricilər hesabına formalaşıb. Məqalədə bu meyarların subyektiv xarakter daşıdığı, ekspert sorğularına əsaslandığı və obyektiv şəkildə yoxlanılmasının mümkün olmadığı iddia edilib.
Nəşr bildirib ki, elmi məqalələrin sitat gətirilməsi, beynəlxalq elmi proqramlarda iştirak və məzunların əmək bazarındakı nəticələri kimi göstəricilər üzrə İrəvan Dövlət Universiteti Azərbaycanın altı universitetindən beşini üstələyir.
Məqalədə həmçinin vurğulanıb ki, Bakı Dövlət Universiteti ümumi reytinqdə İrəvan Dövlət Universitetindən yüzlərlə pillə irəlidə olsa da, elmi sitat indeksində fərq çox cüzidir. Müəlliflər QS reytinqində akademik reputasiya meyarına elmi nəticələrdən daha yüksək çəki verilməsini də tənqid edirlər.
Bununla yanaşı, yazıda Azərbaycanın ali məktəblərinin xarici tələbə və müəllimlərin sayına görə üstünlüyü etiraf olunur. Lakin müəlliflər bu göstəricinin universitetlərin real elmi fəaliyyətini tam əks etdirmədiyini irəli sürüblər.
Beləliklə, erməni nəşri Azərbaycanın universitetlərinin beynəlxalq reytinqlərdə daha yüksək mövqelərdə qərarlaşdığını faktiki olaraq etiraf etməyə məcbur qalsa da, bu uğurun əhəmiyyətini azaltmağa çalışır. Nəşr iddia edir ki, Azərbaycanın üstünlüyü əsasən reputasiya göstəriciləri ilə bağlıdır, obyektiv elmi meyarlar baxımından isə İrəvan Dövlət Universiteti daha yaxşı nəticələr nümayiş etdirir. Bu yanaşma Azərbaycanın ali təhsil sahəsində son illərdə əldə etdiyi nailiyyətləri qəbul etmək əvəzinə, onları müxtəlif arqumentlərlə kölgədə saxlamaq cəhdidir. //Publika.az
Azərbaycan universitetlərinin uğuru erməniləri DƏLİ ETDİ - İrəvanda NARAHATLIQ
03
iyul
21:12
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən sərgilərlə tanış olub
Rusiyanın ölkəmizdəki RUPORU — “Sputnik Azərbaycan”la bağlı SENSASİON FAKTLAR
"ALİ MƏKTƏBLƏRDƏN QOPARILAN MİLYONLAR...”
"Azerbaijan Coca-Cola Bottlers" MMC-nin İsmayıllıda yeni istehsal müəssisəsi açılıb
Ölkəmizdə diplomları tanınmayan universitetlərin SİYAHISI
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”nə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Makron Trampın gizli "UKRAYNA PLANI"nı niyə İFŞA ETDİ: "Rusiya erası" cəmisi 40 gün sonra BAŞA ÇATACAQ
- Yunanıstanda ETİRAZLAR BAŞLADI: İsrail bizi Türkiyə ilə müharibəyə SÜRÜKLƏYİRLƏR
- Tramp ABŞ üçün ƏN BÖYÜK TƏHLÜKƏ haqda danışdı: Nə Rusiya, nə də İrandır
- ABŞ-dən Zəngəzura doğru KRİTİK HƏMLƏ - görüş KEÇİRİLDİ
- Almaniya müharibəyə HAZIRLAŞIR - Bundesver ordunu 3 dəfə böyütmək ƏMRİ VERDİ
- Trampdan Putini ŞOKA SALACAQ gediş: ABŞ o razılaşmadan imtina edir - DETALLAR
- Xətai rayonunda MÜƏMMALI TİKİNTİ - Reyestrdə İCAZƏ YOXDUR, ağacların məhv edildiyi İDDİA OLUNUR
- “İran Zəngəzur dəhlizinə imkan VERMƏYƏCƏK...” – İrəvandan arzu və Bakıdan REAKSİYA
- Kreml Trampın “UĞURSUZ MESAJ”ını ələ keçirtdi: Ukrayna savaşı niyə “SÜLH MASASI”nda gizlədilir
- Trampdan SON DƏQİQƏ İran açıqlaması - Tehrandan gələn VACİB ZƏNG
- İran Hörmüz boğazında ABŞ helikopterini VURDU - “Vaşinqton CAVAB VERƏCƏK”
- Tehranın YENİ TAKTİKASI: İlk zərbəni endirmək üçün... - GİZLİ MƏQSƏD BİLİNDİ
- Türkiyənin bu addımı İsraili AYAĞA QALDIRDI - Təl-Əviv çıxış yolu AXTARIR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- VƏKİL ABBASOV – SSRİ tarixində “ƏMƏK ŞÖHRƏTİ” ordeninin ilk tam kavaleri olan AZƏRBAYCANLI NEFTÇİ
- Dünya Çempionatı başlayır - TƏQVİM
- Bu gün futbolun YENİ ERASI başlayır - Türkiyə MEYDANDA, dünya EKRAN BAŞINDA...
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...