Son illər gənclərin əsas seçimlərindən birinə çevrilən peşə təhsili sistemində narazılıqlar artmaqdadır. Tələbələr iddia edirlər ki, sistemdə mövcud olan ciddi problemlər və boşluqlar aradan qaldırılmaq əvəzinə, gündəmə gətirən müəllim və tələbələrin tələbləri müxtəlif yollarla susdurulur.
Kainat.tv Bizimesr.com-a istinadən bildirir ki, ölkənin peşə təhsil mərkəzlərində 3 illik təhsil proqramı həyata keçirilir. Bu proqramı bitirən tələbələrin əsas məqsədi subbakalavr statusu əldə edərək ali təhsil müəssisələrində təhsillərini davam etdirməkdir. Lakin tələbələrin sözlərinə görə, məhz bu mərhələdə onların qarşısında ciddi maneələr yaradılır.
Daxil olan məlumata görə, Peşə Təhsili üzrə Dövlət Agentliyindən verilən göstərişlər səbəbindən Mərkəzlərdə tələbələrə yüksək yekun qiymətlərin yazılmasına süni şəkildə məhdudiyyət qoyulur. Nəticədə, üç il ərzində yüksək nəticə göstərən tələbələrə yekunda aşağı bal verilir və bu da onların subbakalavr kimi ali məktəblərə qəbul şansını əhəmiyyətli dərəcədə azaldır.
Məlumatda bildirilir ki, hazırda ölkənin onlarla peşə məktəbində üçillik təhsilini başa vuran tələbələr bu vəziyyətlə üzləşib. Yekun nəticələrdən narazı qalan tələbələr etiraz edərək qiymətləndirmənin obyektiv aparılmadığını bildirirlər.
Narazılıq doğuran məsələlərdən biri də qiymətləndirmə prosesinin şəffaf olmamasıdır. Tələbələrin sözlərinə görə, il ərzində aldıqları qiymətlər elektron sistemdə əlçatan olmur, yalnız ümumi şəkildə elan edilir və ya adi kağızlarda təqdim olunur.
Bu səbəbdən tələbələr semestr və modul nəticələrini tam izləyə bilmirlər. Onlar bildirirlər ki, hər modul üzrə keçirilən imtahanların qiymət cədvəllərini tələb etdikdə, təhsil müəssisələri "Agentlik buna icazə vermir" cavabını verir. Həmçinin yekun bal da tələbələrdən gizli saxlanılır və yalnız sistemə yerləşdirildikdən sonra məlum olur.
Tələbələrin iddiasına görə, illərlə yüksək qiymətlərlə oxusalar da, yekunda onlara əsasən 80-85 bal yazılır. Bu isə onların ali təhsil almaq imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Bundan əlavə, tələbələr daha bir problemə də diqqət çəkirlər.
Onların sözlərinə görə, istehsalat təcrübəsi proqramları zamanı da qiymətləndirmə ilə bağlı qanunvericiliyin tələblərinə tam əməl olunmur. Tələbələr bildirirlər ki, məktəbin tələbi ilə təcrübə proqramının sonunda müəssisəinin onlara verdiyi xasiyyətnamədə qiymət yeri boş saxlanılır. Müəssisəyə qiymət yazmağa içazəı verilmir. Bu da Mərkəzdə rəhbərliyin tələbəyə istədiyi qiymətləri yazmaq şansı yaradır ki, burda bəzən başqa neqativ hallara səbəb ola bilir.
Bütün bunların fonunda hazırda balları aşağı yazılan tələbələr hara müraciət edəcəklərini bilmirlər. Məlumata görə, Mərkəzlərdə elə bir sistüm qurulub ki, onlara kimsə "dur" deyə bilmir.
Agentliyin yeni rəhbərliyi dövründə peşə təhsili sistemində islahatların sürətlənəcəyi ilə bağlı gözləntilər formalaşsa da, tələbələrin iddialarına görə, qiymətləndirmə və şəffaflıqla bağlı problemlər hələ də öz həllini tapmayıb. Onlar hesab edirlər ki, mövcud vəziyyət əvvəlki illərlə müqayisədə ciddi şəkildə dəyişməyib.
Peşə Təhsilində qiymət və bal QALMAQALI – Tələbələr ETİRAZ EDİR
08
iyul
08:11
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Peşə Təhsili Agentliyində NƏLƏR BAŞ VERİR? – Boş ştatlar, müəmmalı təyinatlar və CAVABSIZ SUALLAR
Gəncləri xaricdə təhsil adı ilə aldadan “Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının axtarışında….
Azərbaycanda plastik cərrah olmaq üçün 11 il lazımdır – Bəs, saxta sənədləri kim verir? - ARAŞDIRMA
Bakıda mühüm TƏDBİR: İlham Əliyev ÇIXIŞ ETDİ - VİDEO/YENİLƏNDİ
Ceyhun Kərəmovun yoxa çıxardığı milyonlar – Peşə Təhsil Mərkəzləri pulu hara xərcləyib?
- Paşinyan Rusiya səfərindən NARAZI QAYITDI – Mişustinlə görüşdə NƏLƏR YAŞANDI?
- Trampın Türkiyə səfərinin PƏRDƏARXASIı: Regionda nələr dəyişir? - TƏHLİL
- NATO sammitindən Ukraynaya TARİXİ DƏSDƏK: Avropa və Kanada hər il 80 MİLYARD DOLLAR ayıracaq
- Trampdan Ankarada ŞOK BƏYANƏT: "Ərdoğan İsraillə MÜHARİBƏYƏ girmək istəyirdi, MƏN SAXLADIM"
- Peşə Təhsilində qiymət və bal QALMAQALI – Tələbələr ETİRAZ EDİR
- TƏCİLİ! Tramp İranla atəşkəsin bitdiyini ELAN ETDİ
- Ərdoğandan NATO sammitində strateji MESAJLAR: Türkiyə hərbi xərclərini SÜRƏTLƏ ARTIRIR
- Ərdoğan-Tramp görüşündə RƏNGlərin və JESTlərin dili: Etibar, nüfuz, səmimiyyət...
- Batmış qitə öz SİRLƏRİNİ açır: Alimlər onun tam xəritəsini HAZIRLADILAR
- Ukrayna şəhərlərinə yeni BALLİSTİK ZƏRBƏLƏR: Xarkovda 5 mərtəbəli bina VURULDU, ölənlər VAR
- Bakının mərkəzində “CƏHƏNNƏM BİTKİSİ” – Bir yarpağına toxunmaq belə öldürür / FOTO
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Yunanıstanda ETİRAZLAR BAŞLADI: İsrail bizi Türkiyə ilə müharibəyə SÜRÜKLƏYİRLƏR
- Netanyahunu ABŞ-a ÇƏTİN SƏFƏR gözləyir: Ağ Evdə ondan nə TƏLƏB EDƏCƏKLƏR?
- Gözlənilməz referendum ƏMƏLİYYATI: Paşinyan Azərbaycan üçün DÜYMƏYƏ BASDI
- Rusiyada yanacaq qıtlığı PİKK HƏDDƏ - kilometrlərlə uzanan növbələr KOSMOSDAN görüntüləndi
- Kremli gözləyən QORXUNC SSENARİ: ölkə PARÇALANIR? – Böyük güclərin PLANI…
- 108 yaşlı AZƏRBAYCAN POLİSİ
- Azərbaycan universitetlərinin uğuru erməniləri DƏLİ ETDİ - İrəvanda NARAHATLIQ
- Trampdan SON DƏQİQƏ İran açıqlaması - Tehrandan gələn VACİB ZƏNG
- İran Hörmüz boğazında ABŞ helikopterini VURDU - “Vaşinqton CAVAB VERƏCƏK”
- Tehranın YENİ TAKTİKASI: İlk zərbəni endirmək üçün... - GİZLİ MƏQSƏD BİLİNDİ
- Türkiyənin bu addımı İsraili AYAĞA QALDIRDI - Təl-Əviv çıxış yolu AXTARIR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- VƏKİL ABBASOV – SSRİ tarixində “ƏMƏK ŞÖHRƏTİ” ordeninin ilk tam kavaleri olan AZƏRBAYCANLI NEFTÇİ
- Dünya Çempionatı başlayır - TƏQVİM
- Bu gün futbolun YENİ ERASI başlayır - Türkiyə MEYDANDA, dünya EKRAN BAŞINDA...
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...