Polşa Rusiyanın Ukraynada ardıcıl zərbələri səbəbindən döyüş təyyarələrini havaya qaldırıb və hava hücumundan müdafiə sistemlərini hazır vəziyyətə gətirib. 

Kainat.tv Globalinfo.az-a istinadən xəbər verir ki, Polşa Silahlı Qüvvələri Əməliyyat Komandanlığı məlumat yayıb.

Bununla yanaşı, müvafiq mövqelərə canlı qüvvələrin səfərbər edildiyi də bildirilir.

Orduya potensial təhlükələrə belə dərhal reaksiya vermək tapşırılıb.