Rusiya ordusunun Ukraynaya hücumları NATO-nun hərəkətə keçməsinə səbəb olub.
Kainat.tv xarici mediaya istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın enerji obyektlərinə zərbələr endirdiyini bildirib.
“Rusiya Federasiyası Silahlı Qüvvələri quru, hava və dəniz qüvvələrinə aid uzaqmənzilli raketlər və pilotsuz uçuş aparatları ilə qrup hücumu təşkil edərək, Ukrayna üçün fəaliyyət göstərən qaz və enerji obyektlərini vurub" - nazirliyin rəsmi açıqlamasında qeyd edilib
Ukraynada elektrik enerjisi kəsilərkən NATO Rusiya lideri Putini qəzəbləndirəcək bir addım atıb. Belə ki, NATO-ya məxsus F-16 və F-35 döyüş təyyarələri Ukrayna sərhədinə yerləşdirilib.
F-16 və F-35 döyüş təyyarələri Polşa və Baltikyanı ölkələrə göndərildikdən sonra Polşanın paytaxtı Varşavadakı Silahlı Qüvvələr Komandanlığı belə bir açıqlama verib: “Rusiya Federasiyasının Ukrayna ərazisinə hücumu səbəbindən Polşa və müttəfiq hava qüvvələri hava məkanımızda fəaliyyətə başlayıb. Silahlı Qüvvələr Əməliyyat Komandanlığı mövcud vəziyyəti izləyir və qüvvələr fövqəladə hallara cavab verməyə tam hazırdır”.
Döyüş təyyarələrinin yerləşdirilməsini idarə edən NATO komandiri bildirib ki, bütün mövcud qüvvələr və vasitələr yerləşdirilib, həmçinin təyin edilmiş döyüş təyyarələri havaya qalxıb: "Döyüş təyyarələrinin yerləşdirilməsi təhlükə altında olan ərazilərlə həmsərhəd ərazilərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır".
Polşanın Hərbi Radar Monitorinq Mərkəzi də "raket hücumu səbəbindən Polşa-Ukrayna sərhədi yaxınlığında NATO təyyarələrinin yüksək aktivlik göstərdiyini" bildirib. Qeyd edilib ki, NATO döyüş təyyarələri Ukraynanın 831-ci taktiki aviasiya briqadasının yerləşdiyi Poltava vilayətindəki Mirhorod aviabazasının hədəflərindən biri olub. //Musavat.com
TƏCİLİ! Rusiya vurdu: NATO hərəkətə keçdi - Putini qəzəbləndirən HƏMLƏ
11
fevral
16:08
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Ölkəmizdə diplomları tanınmayan universitetlərin SİYAHISI
Ukraynaya DƏHŞƏTLİ HÜCUM - Rusiya BU RAKETLƏRDƏN istifadə edir
Azərbaycan qlobal enerji liderinə ÇEVRİLİR: Avropa ilə QAZ KÖRPÜSÜ
Azərbaycanla Slovakiya arasında QAZ SAZİŞİnin müddəti uzadıla bilər
Alman KƏŞFİYYATI: Rusiya Baltikyanı ölkələrə və Şpisbergen adalarına hücuma HAZIRLAŞIR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI