“VÇK-NQPU” teleqram kanalı Bakıdan Qroznıya uçan AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işinin yeni təfərrüatlarını öyrənib.
Artıq dəqiqləşib ki, “Pantsir”dən iki raket buraxılıb və bu raketlər birbaşa sərnişin təyyarəsinə tərəf atılıb.
Səbəblərdən biri tam qarmaqarışıqlığın olması qeyd edili. Belə ki, məsələn, bir “Pantsir” ekipajı səmada olan obyektin mülki təyyarə olduğunu görüb atəş açmayıb, lakin radielektron sistem səbəbindən iki raket atmış ikinci heyətə xəbərdarlıq edə bilməyiblər. Onlar hələ də radioelektron sistemin kimin işə saldığını tapa bilmirlər. Bu siqnal səbəbindən təkcə mülki təyyarələr deyil, həm də hava hücumundan müdafiə sistemləri kor və kar olub.
**
Artıq xəbər verdiyimiz kimi İstintaq Komitəsinin müstəntiqləri dispetçer və uçuş rəhbərini dindiriblər. Hələlik hər ikisi dindirildikdən sonra sərbəst buraxılıb və şahid qismində evlərinə gediblər.
İndi getdikcə daha aydın olur ki, hava hücumundan müdafiə sistemləri səhvən PUA-ya deyil, təyyarənin özünə atəş açıb. Bununla belə, hərbçilər özləri üçün daha əlverişli versiyanı irəli sürməyə çalışırlar. Guya “Pantsir”dən raketlər hədəfə çatmayıb və AZAL-ın təyyarəsinin yanında özünü məhv edib.
Hadisə baş verən zaman Qroznıda aşağıdakı hava hücumundan müdafiə sistemləri olub: İki Pantsir, S-300 (bu yaxınlarda Suriyadan gətirilib) və “Buk” hava hücumundan müdafiə sistemi. Raket buraxılışları yalnız bir ekipaj tərəfindən həyata keçirilib.
Təyarrəyə atəşi Visaitovski rayonunda “Axmat” xüsusi bölməsinin yerləşdiyi binanın damına quraşdırılmış “Pantsir”in ekipajı açıb. Bir müddət əvvəl Ukrayna PUA-ları bu binaya zərbə endirib. Bundan sonra bu sistem orada yerlşdirilib.
“Pantsir”in növbətçi heyəti- hər üç hərbi qulluqçusu (komandir, operator və sürücü) dindirilib.
“Pantsir” komandirinin sözlərinə görə, onların hava hücumundan müdafiə sistemi iki raket atıb: 08:13:30 və 08:13,40-da
Raketlər 8.13.50 və 8.14.30-da partlayıb.
Sonuncu partlayış təyyarədə olub.
Eyni zamanda, hərbçinin sözlərinə görə, əmri Rostovdan Borisov adlı komandir verib.
Hədəflər barədə soruşduqda, döyüş maşınının komandirinin sözlərinə görə, elektron müdafiə sistemi o qədər güclü işləyib ki, siqnal təkcə mülki deyil, həm də hərbi texnikanı “tıxaclayıb”. Bu, Zenit raket kompleksinin (ZRK) işində də özünü göstərib.
Nədənsə təyyarə hava hücumundan müdafiə sisteminin lokatorunda “yaşıl” rəngdə göstərilməyib. Sistem hesab edib ki, müəyyən olunmamış hədəfdir.
Müstəntiqlər birbaşa sual veriblər: Komandir başa düşürdümü ki, hədəf bölgəsində mülki təyyarədir. Çünki təyyarə PUA üçün tipik olmayan hündürlükdə uçurdu və PUA-dan fərqli parametrlərə malik idi.
Komandir aydın cavab verə bilmyib. O deyib ki, hər bir raketi atarkən ona “Vur” əmri verilib. Obyekt isə ZRK-da mülki təyyarə kimi qeyd edilməyib. Guya, o haradan biləydi ki, kimin təyyarəsidir?
Təyyarənin “Pantsir”dən atılan raketlərdən biri ilə vurulması versiyası “opertiv yaddaş”la təsdiqlənir. Yenilənmiş məlumatlara görə, bortə zərbə daha əvvəl, 8.16-da deyil, 08.14-də dəyib.
Müstəntiqlər dispetçerlə təyyarənin ekipajı arasındakı danışıqların audio faylını diqqətlə dinlədikdən sonra bu qənaətə gəliblər.
Əgər stenoqramda bu an “anlaşılmaz” kimi qeyd olunubsa (çox güman ki, məqsədli şəkildə edilib: raket partlayışları ilə “zərbə arasında əlaqə qalmasın), sonra audioda eşidə bilərsiniz: “Quş sürüsü ilə toqquşduq.” İki dəqiqə sonra ekipaj bunu daha aydın şəkildə təkrarlayır.
Yeni məlumatlara görə, yerüstü xidmətlər qeyd edir ki, saat 08.14-də təyyarə hava limanından 16 kilometr aralıda olub.
Döyüş maşını komandirinin ifadəsinə qayıdaraq məlum olur ki, hava hücumundan müdafiə raket sisteminin ekipajlarına mülki gəmilərin uçuş cədvəli ümumiyyətlə verilməyib.
Raketləri atəşə tutmaq üçün komandir iki dəfə stasionar telefonla Rostova zəng edib.
Eyni zamanda, ekipajın duman səbəbindən hədəfi vizual olaraq müşahidə edə bilmədiyi iddia edilir, belə bir ifadəni hava hücumundan müdafiə sisteminə xidmət edən növbə komandiri verib.
Amma hava limanında yerləşən ikinci “Pantsir”in komandiri mülki təyyarəni öz gözləri ilə müşahidə edib və ona atəş açmayıb.
Bu, idarəetmə otağından fon qeydinə qulaq asdıqdan sonra məlum olub. Hava Hücumundan Müdafiə Sisteminin komandiri dispetçerə radio ilə bildirib ki, o, təyyarəni görmə məsafəsində müşahidə edir.
Müstəntiqlər “Pantsir” komandirindən niyə digər döyüş maşınının komandiri ilə əlaqə saxlamadığını soruşublar. O cavab verib ki, onlarda stasionar rabitə ilə bağlı “problemləri” olub. Mobil rabitə isə radioelektron ssiqnal üzündən işləməyib.
VÇK-OGPU-nun öyrəndiyi kimi, HHM komandanlığı özləri üçün daha əlverişli bir versiya irəli sürüb: Guya “Pantsir” PUA-nı vura bilmədiyi üçün “təhlükəsiz”, yuxarı trayektoriyaya keçib və orada partlayıb. Sərnişin təyyarəsi də sadəcə olaraq yanlış zamanda yanlış yerdə olub.
Əldə etdiyimiz məlumatlara görə, İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin məhz bu daha əlverişli versiyaya üstünlük verib. O, “Pantsir”in atəş açdığı PUA-nın hissələrini tapmaq üçün göstəriş verib. Amma indiyə qədər dron qalıqlarını tapa bilmirlər.
Rusiya Qvardiyası şəxsi heyəti ikinci gündür ki, PUA-nın hissələrinin axtarışı üçün ümumi sahəsi təxminən 40 kvadrat kilometr olan meydanı axtarır. Tapa bilmir.
Yeri gəlmişkən, mütəxəssislər hələ də hansı bölmə və ya təşkilatı tərəfindən güclü radioelektron siqnalla “tıxac” həyata keçirdiyini müəyyənləşdirə bilməyib. Bu, elə güclü siqnal olub ki, həm təyyarələrdə, həm də hava hücumundan müdafiə sistemlərində heç bir şey işləməyib.
Hələlik heç kim radioelektron müdafiə siqnalını işə saldğını etiraf etmir. Yerində olan xüsusi texnika (sərhədçilər xüsusi maşın gətirib) heç bir ipucu verməyib. Siqnal faciədən sonra daha bir gün ərzində qeydə alınıb, sonra isə itib. //Azpost.info
“Pantsir” AZAL-ın təyyarəsini NECƏ VURUB? – Naməlum siqnal, tapılmayan PUA –YENİ DETALLAR
31
dekabr
14:55

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qəzanın pərdəarxası: AZAL-ın təyyarəsinə raket zərbəsi endirilib? - DETALLAR
Bakı "QARA QUTU"nu necə AÇDI: Əliyevin qətiyyəti GEOPOLİTİK BÖHRANI BLOKLADI
Müttəfiqlik üçün KRİTİK SINAQ: Moskva izi itirmək istəyir - SENSASİON DETALLAR AÇIQLANDI
Ukraynaya DƏHŞƏTLİ HÜCUM - Rusiya BU RAKETLƏRDƏN istifadə edir
Azərbaycan təyyarəsini hədəfə alan RUS SİLAHI: “Pantsir S”in DOSYESİ
- Nəsimi RİH-də Zahid Xəlilov və Ələsgər Rüstəmovn Kazımovski küçəsində “...sən də bizi gör” MARAĞI / VİDEO+FOTO
- Slovakiya əslən Kəlbəcərdən olan diplomatını Azərbaycana səfir təyin etdi
- Rusiyadakı azərbaycanlılar: onlar kimlərdir? - FOTOLAR
- “Sputnik Azərbaycan”dakı dostlarının köməyinə gələn Aytəkin necə saxlanılıb? — TƏFSİLAT
- DTX dövlətə xəyanətdə şübhəli bilinən şəxsi həbs etdi
- Səfirimiz Rusiya XİN-i tərk etdi - VİDEO
- Rəisdən ŞOK AÇIQLAMA: "Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim"
- Bakıda Rusiya vətəndaşları saxlanıldı - VİDEO+FOTOLAR
- Emin Əmrullayevə AÇIQ MƏKTUB – Nazirlər Kabinetinin qərarı olmadan evdə fərdi təhsil məktəblərini necə bağlayırsınız
- Məşhur şirkətin kərə yağından sellofan çıxdı – VİDEO
- Yekaterinburqda saxlanılan Bakir Səfərovun məhkəməsi keçirilir - GÖRÜNTÜLƏR
- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video
- İcra başçısı ilə qadın sahibkar arasında böyk QALMAQAL: mülk dağıdanların MİLYONLUQ MÜLKLƏRİ - VİDEO
- DİN Bakıda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarını saxladı - Son Dəqiqə/VİDEO
- Pentensiar xidmətdə rəisin qəbulunda məhbus anasının ürəyi getdi,yerə yıxıldı-VƏZİFƏLİ ŞƏXSLƏR ƏLƏ SALIB GÜLDÜLƏR,ARTİSTLİK EDİR DEDİLƏR....
- General Vüsal Novruzovun bahalı maşın kolleksiyası – Koenigsegg Agera, Bugatti, Ferrari və digər milyon dollarlıq maşınlar - FOTO
- Nəsimi RİH-də Zahid Xəlilov və Ələsgər Rüstəmovn Kazımovski küçəsində “...sən də bizi gör” MARAĞI / VİDEO+FOTO
- Azərbaycandan Rusiya ilə bağlı daha bir qərar: Mühüm mədəniyyət tədbirləri ləğv edildi!
- 240 saylı məktəb direktoru və müavini lüks avtomobilləri üçün məktəbin həyətindən moyka açıblar-Fotofakt
- Azərbaycanın səhiyyə naziri məhkəməyə verildi
- 307 №-li uşaq bağçası rüşvət mənbəyidir – ŞİKAYƏT
- AHİK-də saxtakarlıq: İdmançının uğurunu öz adlarına yazmağa çalışırlar
- Bakıda qanunsuz tikililər baş alıb gedir: Bu dəfə Yasamalda daha bir qanunsuz tikili FOTO
- Daha nə baş verməlidir ki, Hicran Əyyubova Tovuz Sosial-İqtisad Kollecindəki vəzifəsindən uzaqlaşdırılsın
- Bir neçə gün sonra İrana HÜCUM EDƏCƏKLƏR: ABŞ razılıq verdi?
- İcra başçısı ilə qadın sahibkar arasında böyk QALMAQAL: mülk dağıdanların MİLYONLUQ MÜLKLƏRİ - VİDEO
- Gəncədə “ixtisaslaşmış kosmetoloq” Aysel Süleymanova tibbi sertifikatı və lisensiyası olmadan necə fəaliyyət göstərir?
- Sumqayıt şəhəri 23 nömrəli məktəbdə rüşvət və qanunsuzluq İDDİALARI
- DİN Bakıda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarını saxladı - Son Dəqiqə/VİDEO
- Qanunsuz tikinti aparanlar Penitensiar Xidmət rəisinin adını hallandırırlar - İTTİHAM VAR...
- Pentensiar xidmətdə rəisin qəbulunda məhbus anasının ürəyi getdi,yerə yıxıldı-VƏZİFƏLİ ŞƏXSLƏR ƏLƏ SALIB GÜLDÜLƏR,ARTİSTLİK EDİR DEDİLƏR....
- "Gül kimi də qızam" — İlhamə məhkəmədə nə deyib
- Bakıdakı məşhur “Cofffe Moka”nın vergi borcu ÜZƏ ÇIXIB
- Nəsimi RİH-də Zahid Xəlilov və Ələsgər Rüstəmovn Kazımovski küçəsində “...sən də bizi gör” MARAĞI / VİDEO+FOTO