İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sabiq sədri Ekrem İmamoğlunun vəkili Nusret Yılmaz İBB-də aparılan korrupsiya istintaqı çərçivəsində saxlanılıb.
Bu barədə Kainat.tv "Haber Global"a istinadən xəbər verir.
Qeyd edək ki, həbsindən sonra İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılan Ekrem İmamoğlu da daxil olmaqla, "Cinayət təşkilatına rəhbərlik etmək", "Cinayət təşkilatına üzv olmaq", "Qəsb", "Rüşvət", "Qəsdən fırıldaqçılıq", "Şəxsi məlumatların qanunsuz əldə edilməsi" və "Tender saxtakarlığı" ittihamları ilə müxtəlif şəxslər barəsində İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq davam edir.
İstintaq çərçivəsində İmamoğlunun vəkili Nusret Yılmaz Trabzonda "Rüşvətə vasitəçilik etmək" ittihamı ilə saxlanılıb. Onun İstanbul məhkəməsinə gətirilməsi gözlənilir.
Ekrem İmamoğlunun vəkili saxlanılıb
26
avqust
16:18
Qarabağ
OXŞAR XƏBƏRLƏR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI