İmamoğlunun həbsi ətrafında baş verənlər siyasi müəmma olaraq qalır və ona qarşı irəli sürülən ittihamların nə qədər doğru, yaxud yanlış olmasından asılı olmayaraq, hakimiyyətə əsas iddialı şəxsin oyundankənar vəziyyətə salınmasının arxasındakı siyasi hədəflər diqqət çəkir. İlk önə çıxan “Türkiyədə II Ərdoğan əməliyyatı aparılır?” sualıdır.
Ərdoğanın hakimiyyətə gəliş prosesi ilə İmamoğlu ətrafında baş verənlər arasında oxşarlıq kifayət qədərdir: İstanbul bələdiyyəsinin sədri olmaları, hər ikisinin həbs edilməsi və s;
İmamoğlunun həbsə girməsi də onun reytinqinə müsbət təsir edən amildir, hərçənd, bunun “Ərdoğan effekti” yaradacağı ehtimalı zəif görünür.
1. Ərdoğanın hakimiyyətə gəlişi türk-İslam tandeminin siyasi elitaya yüksəlməsi və bununla Türkiyənin keçmiş Osmanlı coğrafiyasına təsirinin qaytarılması planı idi: Ərbəkanla başlanan prosesin Ərdoğanla nəticə əldə edilməsi, siyasi İslamın önə çıxması, hətta bəzən etirazla qarşılanan Atatürkə qarşı olanlara da (mübahisələndirilə bilər) bu əməliyyatın bir parçası olaraq baxmaq mümkündür;
2. İmamoğlu bütün cəbhələrə - həm laik, həm inanclı təbəqəyə oynasa da, Türkiyənin siyasi elektoratında yüksələn dindar kəsim tərəfindən Ərdoğan kimi qəbul edilmir, perspektivdə ediləcəyi də zəifdir;
3. Türkiyənin Ərdoğanla türk-İslam kimliyi üzərindən aparılan siyasi xətti dəyişməyib və bunun CHP-nin, xüsusilə “elit siyasətçi” kimi qəbul edilən İmamoğlunun liderliyi ilə davam etdirilməsi çətindir;
4. Post-Ərdoğan dövründə yeni liderin mövcud komandanın-siyasi ideologiyanın içindən seçiləcəyi gözləntisi daha çoxdur: əsas namizəd kimi Hakan Fidanın adını çəkmək olar;
İmamoğlunun həbsində siyasi hədəf CHP-də qüvvələr balansını idarə etmək, müəyyən qədər Özgür Özalın önünü açmaq və Türkiyədə Avropa siyasi xəttini neytrallaşdırmaq kimi görünür.
Kılıçdaroğlunun gedişindən sonra AKP-CHP arasında “buzların əriməsi” istiqamətində müəyyən gedişlər edildi, xüsusilə 2024-cü il ərzində belə addımlar müşahidə etdik. Bu, hər iki tərəfin yeni müttəfiqlik axtarışı və yeni elektorat (AKP itirdiklərini, CHP yenilərini) əldə etmək niyyəti ilə yanaşı, həm qlobal sol-liberal qrupların CHP-dəki, həm də Avropanın ana müxalifət partiyası üzərindən Türkiyə siyasətindəki təsirinin zəiflədilməsi prosesinin tərkib hissəsidir. Özgür Özelin izlədiyi siyasət – post-Kılıçdaroğlu dövrünün normallaşması, dindar və ülkücü kəsimlə ilıq münasibət qurmaq istəkləri bu kontekstdə diqqət çəkirdi. Hərçənd, CHP daxilində Mansur Yavaş və Əkrəm İmamoğlu olmaqla Özelin iki əsas rəqibi var: millətçi keçmişə mənsub olan birincidən fərqli olaraq, ikinci daha riskli fiqurdur.
1. İmamoğlu Ərdoğana əsas rəqibi olmaqla yanaşı, CHP-nin yenilənməsi planı önündəki əngəl kimi qəbul edilir;
2. Avropa siyasi elitasının Kılıçdaroğlundan sonra Türkiyədə dəstəklədiyi əsas namizəddir;
Bu kontekstdə İmamoğlunun CHP-də “praymeriz” başlamadan, namizədlik kampaniyasına start verməsi təsadüfi deyildi. Bununla “praymeriz”in nəticələrini öncədən müəyyən etməyə cəhd göstərən İmamoğlunun bu gedişində Avropa siyasi elitasının da maraqları istisna edilmir:
- CHP-nin “vahid namizədi” İmamoğlu olarsa, onun Türkiyə daxilində “etirazçı səsləri” əldə etməklə seçkini qazanması proqnozlaşdırılır;
- Son bələdiyyə seçkilərində CHP-nin prezident seçkiləri zamanı “altılı masa”nın əldə etdiyi səsləri təkbaşına qazanması bu perspektivi gücləndirir (bu nəticədə Özelin payının çox olması fonunda İmamoğlunun “lider” kimi önə çıxması partiya daxilində birmənalı qarşılanmır);
- Avropanın timsalında beynəlxalq oyunçuların Ərdoğana qarşı İmamoğlunu dəstəkləyəcəyi bəllidir: Trampın gəlişi ilə geosiyasi müstəvidəki güc balansı əleyhinə dəyişən Avropaya güclü perspektivlər yaratmaq üçün Türkiyə lazımdır, lakin Ərdoğan və mövcud komanda ilə bunun çətin olacağını anlayırlar: İmamoğlu Türkiyəsi Avropa üçün məqbul variantlardandır, onun seçkiyə üç il qalmış (növbədəkənar keçirilməsə) namizədlik yarışına start verməsinə də bu kontekstdə baxmaq olar; seçkiyə qədərki dövr ərzində isə Avropanın İmamoğlu üzərindən Ərdoğana təsir etmək planının olduğu da istisna edilməməlidir.
İmamoğlunun həbsi bu planı əngəlləyir. Eyni zamanda bu, CHP-də Özelin önünü aça, AKP-yə isə perspektiv imkanlar yarada bilər:
Birincisi, diplomu ləğv edilən İmamoğlunun namizəd ola bilməməsi CHP-də “vahid namizədlik” üzərində fikir ayrılığını dərinləşdirə və seçkiyə qədər “qan itkisi”nə məruz qoya bilər;
İkincisi, İmamoğlunu “xilas yolu” kimi görən elektoratın səsləri parçalana bilər;
Üçüncüsü, İmamoğlu ilə ittifaqa gedə biləcək DEM partiyası və sol qrupların CHP ilə mümkün seçki birliyi sual altına düşə bilər. Ki, bu etirazçı elektoratı böləcək;
Baş verənləri Türkiyənin daxili siyasətinin, xüsusilə son bələdiyyə seçkilərindən sonra başlanan, yenidən dizayn edilməsi prosesinin bir hissəsi kimi qiymətləndirmək olar. Və burada xarici oyunçuların maraqları da nəzərdən qaçmamalıdır. İmamoğlunun həbsinə ABŞ-ın “Türkiyənin daxili işidir” münasibəti, Avropanın isə sərt reaksiyası bu prosesdə xüsusilə nəzərə alınmalı məqamlardandır.
Asif Nərimanlı
İmamoğlu əməliyyatının ŞİFRƏLƏRİ – Türkiyədə əslində NƏ BAŞ VERİR?
23
mart
22:43

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Əvvəl Özdağ, sonra İmamoğlu: Türkiyədə nə baş verir?
“Türk dünyasındakı 100 illik hədəf addım-addım HƏYATA KEÇİR” - OLAY kimi sözlər
Azərbaycanda yeni YAS QAYDALARINA QƏRAR VERİLDİ: Üç, yeddi, cümə axşamları LƏĞV EDİLDİ/FOTO FOTO
Ərdoğan-Tramp gizli anlaşmasının ÖNƏMLİ DETALLARI: Türkiyə və ABŞ yeni DÜNYA DÜZƏNİNİ QURUR
Quba ŞAHİN OYLAĞINA çevrilib... - Başçı baş verənlərlə BAŞ EDƏ BİLMİR?
- Daha bir icra başçı həbs edilir – müavinlər və digər vəzifəlilər də işin içində...
- Lombard Dilarə Bağırovadan şikayət: Girov qoyulan 34 avtomobilə həbs qoyuldu
- “Ks Baku” Mağazasında Uşaq Əməyi və Vergi Qaçağı: Nazirlik Tədbir Görməlidir
- Baş redaktordan Alqış Musayevə “SƏRT SİLLƏ” :“...yazdığı məğlubiyyətinin etirafıdır”
- Usta İcra Hakimiyyəti binasının damından yıxılıb öldü - Yenilənib
- Masazırda qanunsuz tikintiyə hansı məmur icazə verib?
- Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var: işçiləri necə istismar edir...
- KİV: İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır
- Gədəbəyin icra hakimiyyətinin vəzifəli şəxsi qazini döyüb? “Lexus”a minib qaçdı…..- Video
- İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib
- Türkiyədə növbədənkənar prezident seçkisi keçiriləcək?
- “TÜRK MED MEDICAL CENTER”də pozuntu aşkarlandı
- Qida Sənayesi Kollecində saxta imtahan mexanizmi: Təhsil alverə çevrilir? ARAŞDIRMA
- Nəsimi RİH-nin xeyir-duası yoxsa... - “Əcəmi Mall”da qanunsuz tikinti işlərinə kimlər nədən göz yumur?!/Fotofakt
- Qobu qəsəbəsində qanunsuz tikintiyə kimlər icazə verib? - Məktəb direktoru nazirə nədən obyekt tikir?/VİDEO
- Zəngəzur dəhlizinə nəzarət uğrunda MÜBARİZƏ: Bakı hansı strategiyanı qurur? - TƏHLİL
- Daha bir icra başçı həbs edilir – müavinlər və digər vəzifəlilər də işin içində...
- Qobu bələdiyyə sədri və müavini HƏBS OLUNUR - qanunsuz satılan torpaqlar, saxta sənəd tərtibi, Şəhidlərə ehsan adı altında MÜDHİŞ DƏLƏDUZLUQ / FOTO
- Azərbaycan sərhədində müharibə TƏHLÜKƏSİ YARANDI: Təcili toplantı, bu gün qərar VERİLƏCƏK
- Oğuzda EKOLOJİ TERROR: Xalxal meşələri MƏHV EDİLİR, nazirlik SUSUR - VİDEO
- Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb
- SON DƏQİQƏ! Abşeron Gənclər Şəhərciyində yaşayış binasında GÜCLÜ PARTLAYIŞ: xəsarət alanlar var - VİDEO
- Deputat Cavanşir Feyziyev əhalini BELƏ SOYUR - İqtisadçıdan İTTİHAM
- Nizami rayonunda Heydər Əliyev parkının ərazisi KİMƏ SATILIB? - VİDEO
- Qida Sənayesi Kollecində saxta imtahan mexanizmi: Təhsil alverə çevrilir? ARAŞDIRMA
- Nəsimi RİH-nin xeyir-duası yoxsa... - “Əcəmi Mall”da qanunsuz tikinti işlərinə kimlər nədən göz yumur?!/Fotofakt
- Nəsimi RİH-də Zahid Xəlilov və Ələsgər Rüstəmovn Kazımovski küçəsində “...sən də bizi gör” MARAĞI / VİDEO+FOTO
- Bir neçə gün sonra İrana HÜCUM EDƏCƏKLƏR: ABŞ razılıq verdi?
- İcra başçısı ilə qadın sahibkar arasında böyk QALMAQAL: mülk dağıdanların MİLYONLUQ MÜLKLƏRİ - VİDEO
- Şəhid qardaşı cəzaçəkmə müəssisəsinin baş həkimi Ruslan Məmmədovu İFŞA ETDİ: Ədliyyə kapitanı prezidentlə bağlı GÖRÜN NƏ DEYİB / VİDEO
- Qobu qəsəbəsində qanunsuz tikintiyə kimlər icazə verib? - Məktəb direktoru nazirə nədən obyekt tikir?/VİDEO
- DİN Bakıda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarını saxladı - Son Dəqiqə/VİDEO
- Zəngəzur dəhlizinə nəzarət uğrunda MÜBARİZƏ: Bakı hansı strategiyanı qurur? - TƏHLİL
- Daha bir icra başçı həbs edilir – müavinlər və digər vəzifəlilər də işin içində...