"The New York Times" (NYT) qəzetinin yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp İran ətrafında yaranmış gərgin vəziyyətin nizamlanmasında və tarixi razılaşmanın əldə olunmasında Rusiya və Çin liderlərinin rolunu xüsusi olaraq qeyd edib.

Kainat.tv Musavat.com-a istinadən xəbər verir ki, Ağ Ev rəhbəri ilə baş tutan telefon müsahibəsindən sonra nəşrin yaydığı hesabatda bildirilir ki, ABŞ lideri Çin Xalq Respublikasının Sədri Si Szinpin və Rusiya Prezidenti Vladimir Putini bu qlobal böhranın həllinə verdikləri mühüm və effektiv töhfələrə görə yüksək qiymətləndirib və onlara öz təşəkkürünü bildirib.

Trampın böyük rezonans doğuran bu bəyanatı, Ağ Evin geosiyasi arenadakı mühüm rəqibləri ilə regional təhlükəsizlik məsələlərində pərdəarxası sıx əməkdaşlıq etdiyini növbəti dəfə nümayiş etdirib.