Keçmiş lobbi və Amerika texniki qrupunun rəhbəri Nik Stüart iyunun 30-da Qətərin paytaxtı Dohada keçiriləcək ABŞ-İran danışıqlarında iştirak edə bilər.

Kainat.tv Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Axios" nəşri mənbələrə istinadən məlumat yayıb.

ABŞ nümayəndə heyətinin texniki hissəsinə rəhbərlik edən Nik Stüart danışıqlarda əsas fiqurlardan biri olacaq.

Bundan əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts bildirmişdi ki, Vaşinqton və Tehran arasında danışıqlar texniki səviyyədə davam edir. Onun sözlərinə görə, tərəflər beynəlxalq müfəttişlərin İrana buraxılması, uranın zənginləşdirilməsi səviyyəsinin azaldılması və İranın nüvə silahı əldə etməsinin qarşısını almağa yönəlmiş digər məsələləri müzakirə edirlər.

Xatırladaq ki, iyunun 28-də ABŞ Hərbi Hava Qüvvələri Hörmüz boğazı yaxınlığında İrana zərbələr endirib. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, əməliyyat prezident Donald Trampın göstərişi ilə həyata keçirilib.