Neftçala rayon Şirvanlı kəndi İbrahim Babayev adına tam orta məktəbinin direktoru Rasəf Heydərov təhsil ocağının istilik sistemini sökərək satıb
Kainat.tv"Poliqon"a istinadən xəbər verir ki, bu barədə Şirvanlı kəndinin sakinlərinin redaksiyamızın vatçap xəttinə ünvanladıqları şikayətdə bildirilir.
Sakinlər qeyd edirlər ki, Şirvanlı kəndi İbrahim Babayev adına tam orta məktəbinin uzun illərdir ki, təmirə ehtiyacı var. Məktəbin xaricini ağardıb, rəngləyib müəyyən qədər gözügəlimli eləsələr də, sinif otaqları çox bərbəd vəziyyətdədir. Məktəbin istilik sistemi olsa da, uzun illərdir ki, çalışmır və valideynlər qış aylarında öz hesablarına aldıqları odun-ocaqla sinif otaqlarını qızdırmağa çalışır. Onlar bunu uşaqlarının məktəbdə xəstələnməməsi üçün edirlər.
Məktəbin rəhbərliyi isə bu günə qədər mərkəzləşdirilmiş istilik sisteminin təmir olunması üçün heç bir addım atmayıb. Valideynlərin şikayətinə isə, sadəcə təmir üçün pulun olmadığı bildirilir və hər il bu təkarar olunur.
Təhsil ili başa çatdıqdan sonra isə məktəbin direktoru Rasəf Heydərov məktəbin istilik sistemini söküb, “Kamaz”a yükləyərək harasa daşıyıb. Kənd sakinləri iddia edirlər ki, direktor məktəbin istilik sistemini “metallom” olaraq satıb. Bundan başqa direktor məktəbin həyətindəki su çənlərini və beton plitələri də satıb. Sakinlərin bizə göndərdikləri videomaterialda da bu iddialar faktlaşdırılıb.
Məktəbin istilik sisteminin və digər inventarlarının satılması ilə bağlı sakinlərin sualını cavablandıran direktor Rasəf Heydərov bildirib ki, o Nazirliyin tapşırığına əsasən istilik sistemini satb?! Qeyd edək ki, bu yerli sakinlərin iddasıdır.
Məsələ ilə bağlı Neftçaladan olan bir tanışımızdan bu iddiaları dəqiqləşdirməyi xahiş etdik. Tanışımız direktor Rasəf Heydərovla danışdığını qeyd edərək, onun adından bizə bildirdi ki, doörudan da məktəbin istilik sistemi sökülüb və satılıb. Direktor bunu məktəbin yeni istilik sistemi ilə təmin olunacağı ilə əlaqələndirib və bildirib ki, “metallom”a satılan köhnə istilik sistemindən əldə olunan gəlir də məktəbə sərf olunacaqş Direktor onu da vurğulayıb ki, bu satışdan Şirvan - Salyan Regional Təhsil İdarəsinin rəhbərliyi də məlumatlıdır və onların təlimatına əsasən belə bir addım atıb.
Qeyd edək ki, əlaqə saxladığımız Şirvanlı kənd sakinləri isə direktorun bu açıqlamasına inanmadıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, əgər məktəbdə yeni istilik sistemi qurulacaqdısa, direktor bu barədə onlarla söybətində deyərdi. Ancaq dirrektor bu barədə heç bir şey deməyib və onlarda güman edirlər ki, belə bir şey olsaydı, Rasəf Heydərov onları bu barədə məlumatlandırardı.
Sakinlər bildiriblər ki, sinif otaqları ümumlukdə normal təhsil fəaliyyəti üçün yararsızdır və məktəbin maddi bazası da həddindən artıq köhnəlib. Bu üzdən də məktəbin əsaslı təmirə ehtiyacı var.
“Ona görə də biz düşünürük ki, Rasəf müəllim bütün bunları öz əməlini ört-basdır etmək üçün deyir və öz əməlinə Şirvan - Salyan Regional Təhsil İdarəsinin rəhbərliyini də şərik edir. Bütün hallarda Rasəf müəllimin dedikləri düzdürsə, biz bunu yaxın iki ay ərzində görəcəyik”, deyə bizimlə əlaqədə olan yerli sakinlər bildiriblər.
Biz də öz tərəfimizdən bildiririk ki, avqustun sonlarında bu məsələyə bir daha qayıdacağıq.
Neftçala rayonunda məktəbin istilik sistemi sökülərək SATILIB
29
iyun
13:05
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Təhsil eksperti Kamran Əsədov niyə səhvə yol verib?
Elm və Təhsil Nazirliyi 2 milyona aldığı odun yanacağını 1,5 milyona daşıtdırır – Analoqu olmayan işdi
Azərbaycanda bu sahə BƏRBAD DURUMDA: Nə YOL XƏRİTƏSİ var, nə də STANDARTLAR
İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Bu cavan başçıda belə....
Goranboy şəhər Asif Məmmədov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində nələr baş verir??? ŞOK FAKTLAR
- ABŞ-dən Zəngəzura doğru KRİTİK HƏMLƏ - görüş KEÇİRİLDİ
- İsrailin QALMAQALLI QƏRARI: “Erməni soyqırımı”nın tanınması Türkiyəyə ZƏRBƏ, Paşinyana isə “AYI XİDMƏTİ” oldu
- Kreml iqtisadi savaşın "DÜYMƏ"sinə basmaq üzrədir: Rusiya Ermənistanın "NƏFƏS"ini kəsmək niyyətindədir
- İrana qarşı “SÜRÜNƏN” müharibə – DÇ-2026 bitməmiş...
- Xətai rayonunda MÜƏMMALI TİKİNTİ - Reyestrdə İCAZƏ YOXDUR, ağacların məhv edildiyi İDDİA OLUNUR
- Neftçala rayonunda məktəbin istilik sistemi sökülərək SATILIB
- Seçkidə Paşinyana “HƏ”, referendumda “YOX”? – KRİTİK dövr
- ABŞ-İran danışıqlarında SÜRPRİZ AD - Trampın komandası Dohaya GEDİR
- Rəsmi Bakıdan İsrailə ÇAĞIRIŞ - “Bu qərar CİDDİ NARAHATLIQ doğurur”
- “İran Zəngəzur dəhlizinə imkan VERMƏYƏCƏK...” – İrəvandan arzu və Bakıdan REAKSİYA
- "Türk Dünyası Həftəsi"nin AÇILIŞ MƏRASİMİ oldu - YENİLƏNİB
- Tahir Budaqov mətbuatı SAYMIR - Sorğular CAVABSIZ QALIR...
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ
- Makron Trampın gizli "UKRAYNA PLANI"nı niyə İFŞA ETDİ: "Rusiya erası" cəmisi 40 gün sonra BAŞA ÇATACAQ
- Rusiya Ermənistan üçün Ukrayna SSENARİSİ HAZIRLAYIR? Professor ELƏ AÇIQLAMALAR VERDİ Kİ...
- Pakistandan Pezeşkiana BÖYÜK JEST: Baş nazir şəxsən TƏQDİM ETDİ
- Londonun YENİ PLANI: Rusiya nefti satılacaq, pul Ukraynaya GEDƏCƏK
- Almaniya müharibəyə HAZIRLAŞIR - Bundesver ordunu 3 dəfə böyütmək ƏMRİ VERDİ
- Trampdan Putini ŞOKA SALACAQ gediş: ABŞ o razılaşmadan imtina edir - DETALLAR
- ABŞ-dən Zəngəzura doğru KRİTİK HƏMLƏ - görüş KEÇİRİLDİ
- ADSEA-da daha bir NÖQSAN üzə çıxarıldı
- Marketlərdə YUMURTA BÖHRANI - Qiymətlər süni olaraq BAHALAŞACAQ...
- Tramp "Ankoric razılaşmaları" ilə bağlı MESAJ VERDİ - Moskvanı NƏ GÖZLƏYİR?
- Kreml Trampın “UĞURSUZ MESAJ”ını ələ keçirtdi: Ukrayna savaşı niyə “SÜLH MASASI”nda gizlədilir
- Trampdan SON DƏQİQƏ İran açıqlaması - Tehrandan gələn VACİB ZƏNG
- İran Hörmüz boğazında ABŞ helikopterini VURDU - “Vaşinqton CAVAB VERƏCƏK”
- Tehranın YENİ TAKTİKASI: İlk zərbəni endirmək üçün... - GİZLİ MƏQSƏD BİLİNDİ
- Türkiyənin bu addımı İsraili AYAĞA QALDIRDI - Təl-Əviv çıxış yolu AXTARIR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- VƏKİL ABBASOV – SSRİ tarixində “ƏMƏK ŞÖHRƏTİ” ordeninin ilk tam kavaleri olan AZƏRBAYCANLI NEFTÇİ
- Dünya Çempionatı başlayır - TƏQVİM
- Bu gün futbolun YENİ ERASI başlayır - Türkiyə MEYDANDA, dünya EKRAN BAŞINDA...
- İran Trampın razılaşma elanına REAKSİYA VERDİ