Artıq Gürcüstanda parlament seçkilərində səslərin sayılması prosesi başa çatıb. Mərkəzi Seçki Komissiyası (MSK) məlumatına görə, 3 111 məntəqədən 3 110-nun bülletenlərinin nəticələrinə əsasən hakim “Gürcü Arzusu” Partiyası 53,92 % səs toplayıb.
Dörd müxalifət partiyası cəmi 37,78 % səs yığa bilib. Onlardan “Dəyişiklik Koalisiyası” 11,04 %; “Vahidlik – Milli Hərəkat” 10,16 %; “Güclü Gürcüstan” 8,81 %; “Qaxariya - Gürcüstan naminə” Partiyası isə 7,77 % səs toplayıb.
Beləliklə “Gürcü Arzusu” Partiyası yenidən qələbəni təmin edib.
Prezident Salome Zurabişvili isə seçkilərin nəticələrini tanımadığını bildirib, müxalifət də parlamentin işində iştirak etməyəcəklərini bəyan edib.
Gürcüstandakı seçkilərlə bağlı rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredix Modern.az-a bildirib ki, seçkilərlə bağlı Qərbin niyyəti fərqli idi:
“Gürcüstandakı vəziyyət bütövlükdə Cənubi Qafqaza konstruktiv təsirdən daha çox təsir edəcək. Bundan sonra anti-Rusiya şüarları azalacaq, Ermənistan və Azərbaycanla münasibətlər yaxşılaşacaq.
Gürcüstandakı seçki prosesindən sonra deyə bilərik ki, bunu qəbullanmayan qüvvələr olacaq. Belə ki, Qərb sabitliyi pozmağa çalışacaq. Biz bunu artıq Gürcüstan prezidentinin bəyanatlarından da görürük. Amma bu, əksinə, Amerika QHT-lərinin və USAD-nin ölkədən sıxışdırılması istiqamətində bir addım olacaq”.
Qərb Gürcüstanda sabitliyi pozmağa çalışacaq - Rusiyadan AÇIQLAMA
28
oktyabr
20:10
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Gürcüstanda tarixi seçki: səssayma BAŞA ÇATDI – Qalib BƏLLİDİR
Tiflisdən Fransa və Ermənistana SARSIDICI ZƏRBƏ: Qərb gürcü müxalifətini niyə “SATDI”
İrəvan Tiflisə qarşı xain plana qoşulub: Erməni terrorçular seçki günü Gürcüstanda silahlı təxribatlar törədəcək
Gürcüstanda parlament seçkiləridir - Rusiya, yoxsa Avropa
Özbəkistanda parlament seçkiləri başa çatdı - YENİLƏNDİ
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI