Bakı Ağır Cinayətlər Məhkəməsində ukraynalı nazir müşaviri olmuş Konstantin Kuçer və Azərbaycanda daha çox Oleq Bakinski kimi tanınan Oleq Andreyeviç Krapivinin cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Musavat.com xəbər verir ki, cinayət işi hakim Elnur Nuriyevin sədrliyi ilə araşdırılır.
Konstantin Kuçer xuliqanlıq və dələduzluqda, Oleq Bakinski isə az ağır xəsarət yetirmə, xuliqanlıqda ittiham olunur.
Konstantin Kuçer vaxtilə Ukrayna Müdafiə Nazirliyinin aviasiya məsələləri üzrə müşaviri olub. O, məhkəmədə tərcüməçinin xidmətindən istifadə edir.
Oleq Bakinski isə Azərbaycan dilində sərbəst danışdığından tərcüməçi xidmətindən imtina edib.
İş üzrə zərərçəkən ABŞ sanksiyaları altına düşən Rusiya Müdafiə Nazirliyi ilə əlaqəli “Aviazapchast” ASC-nin sahibi Valeriy Nikolayeviç Zaxarenkovdur.
Onun rəhbərlik etdiyi ASC 2020-ci ildən ABŞ Dövlət Departamentinin sanksiyaları altına düşüb. Sanksiya tətbiqi şirkətin İran, Şimali Koreya və Suriyaya münasibətdə Kütləvi Qırğın Silahlarının (KQS) yayılmaması ilə bağlı Amerika qanunvericiliyini pozması ilə əsaslandırılıb.
Prosesdə zərərçəkənlərin nümayəndəsi Samir İsayev mülki iddia qaldırıb.
Məlum olub ki, Konstantin Kuçerə qarşı “Aviazapchast” Açıq Səhmdar Cəmiyyəti adından 1 milyon manat, “Promyshlennye Postavkı Kazakhstan” Məhdud Məsuliyyətli Cəmiyyəti isə 5 milyon 184 min manatlıq iddia qaldırıb.
Valeriy Zaxarenkov Konstantin Kuçerlə yanaşı, Oleq Bakinskiyə qarşı da mülki iddia verib. Zərərçəkən onların hər birindən 50 min manat tələb edir.
Məhkəmə mülki iddiaları icraata qəbul edib. Hakim mülki iddialarla bağlı məhkəmənin sonunda qərar veriləcəyini açıqlayıb.
Bundan sonra dövlət ittihamçısı Tural Yaqubov ittiham aktını elan edib.
İttihama görə, zərərçəkən kimi Valeriy Zaxarenkovnun “Günay Bank”da bir neçə milyon avro pulu olub. Hazırda Rusiya Federal Təhlükəsizlik Xidmətinin yüksək rütbəli zabiti olan Valeriy Zaxarenkov bankdan pulunu almaq üçün Bakıya gəlib. Ancaq bank bağlandığından pulları ala bilməyib.
Valeriy Zaxarenkovun təşəbbüsü ilə Konstantin Kuçer və Oleq Bakinski Xətai rayonunda yerləşən “Babək Plaza”da görüşüb.
İttihama görə, görüş zamanı tərəflər ortaq məxrəcə gələ bilməyiblər və aralarında mübahisə düşüb. Oleq Bakinski şüşə butulka ilə Valeriy Zaxarenkova xəsarət yetirib. Sonuncuya tibbi yardım göstərmək üçün Yeni Klinikaya aparılıb.
Hakim Konstantin Kuçerdən ittihamın ona aydın olub-olmadığını soruşub.
Müttəhim bildirib ki, şikayət ərizəsi yalnız baş verən xuliqanlıqla bağlıdır. O, ittihamları qəbul etmədiyini, özünü təqsirli bilmədiyi söyləyib.
Oleq Bakinski isə ittiham üzrə özünü günahkar bilməyib. Deyib ki, onun bu işə hər hansı bir formada aidiyyəti yoxdur.
Bundan sonra məhkəmənin aparılması qaydası müzakirə edilib.
Dövlət ittihamçısı əvvəlcə təqsirləndirilən şəxslərin, sonra isə zərərçəkmiş və şahidlərin dindirilməsini təklif edib.
Tərəflər təklifə etiraz etməyib. Məhkəmə müvafiq qərar qəbul edib.
Bundan sonra Konstantin Kuçer sərbəst ifadə verib. Deyib ki, 2024-cü il iyulun 24-də dostu ona zəng edərək bildirib ki, iş gördüyü biznesmenlər onunla görüşmək istəyir:
“Oleq zəng edib dedi ki, qonaqlar gəlib. Aşağı düşəndə çox təəccübləndim ki, bu şəxslərlə daim görüşürəm. Yəni kiminsə vasitəsilə görüşmək mənə qəribə gəldi. Sonra qonaqlarla birgə ofisə qalxdıq və onlara yüksək səviyyədə qulluq göstərildi. Söhbət zaman Valeriy Zaxarenkov bankdakı vəsaitlə bağlı tələblər irəli sürdü. Mən də dedim ki, həmin vəsaitlər ləğv olunan “Günay Bank”dadır”.
Konstantin Kuçer bildirib ki, görüş zamanı çay içib, normal söhbət ediblər:
“Mənə çox qəribə gəldi ki, niyə bu görüş vasitəçi ilə təşkil edilib?”
Onun sözlərinə görə, iyulun 31-də polis əməkdaşları gəliblər, deyiblər ki, onları general göndərib:
“Dedilər ki, bizimlə getməlisiniz. Mən də vəkilimə zəng edərək heç bir problem yaratmadan Bakı Şəhər Baş Polis İdarəsinə getdim. Orada müstəntiq Mahmud Quliyev bildirdi ki, Valeriy Zaxarenkovun şikayət ərizəsi var və mənə qarşı xuliqanlıq maddəsi ilə cinayət işi başlayıb”.
Konstantin Kuçer qeyd edib ki, onların şirkətlərlə müqaviləsi olub, heç kimə qarşı dələduzluq etmək niyyəti olmayıb. Onun sözlərinə görə, müharibə başlamamışdan əvvəl Rusiyaya, Qazaxıstana və Hindistana mal göndərmək barədə razılıq əldə olunub:
“Müharibə başlayana qədər tədarüklər yerinə yetirilib. Amma sonra problemlər yaranmağa başladı”.
Daha sonra Oleq Bakinski sərbəst ifadə verib:
“Mən burada deyilənlərə qulaq asıram. Deyirlər ki, bir milyon bura getdi, bu qədər ora getdi. Öz-özümə fikirləşirəm ki, Məşədi İbad demişkən, bəs mənim bir abbasım hara getdi? Əgər mən butulka ilə zərərçəkmişi vurmuşamsa, həmin butulka hanı? Mən heç kimə əl qaldırmamışam. Günahım yoxdur. Mən onların nə fikirlə ora gəlməsini bilməmişəm. Deyirlər ki, köynəyində qan izi olub. Amma mənim paltarımda qan izi olmayıb. Kamera görüntülərinə baxmaq olar. Hədə-qorxu gəlməmişəm, şəxsi ədavətim olmayıb. 6 aydır ki, həbsdə olmağımın səbəbini bilmirəm. Mənim bu insanlara köməkliyim dəyib. Mən kişi adamam. Etmişəmsə, cəzamı çəkərəm. 65 yaşım var, idmançı tələbələrim var. Mən qaçan oğlan deyiləm, namusum da var, vicdanım da. Mən 5 il diasporanın rəhbəri olmuşam. Belə bir hadisə olmayıb”.
Rusiya-Ukrayna müharibəsindən əvvəl Oleq Bakinski Ukraynada Azərbaycan diasporunun ən parlaq üzvlərindən olub. O, Kiyev Azərbaycanlıları Konqresinə rəhbərlik edib.
Oleq Bakinski 1960-cı il sentyabrın 29-da Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 1966-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüb. İlk təhsilini Sabunçu qəsəbəsi 68 saylı orta məktəbdə alsa da, sonra təhsilini Bakıxanov qəsəbəsində yerləşən idman təmayüllü internat məktəbində davam etdirib. 2007-ci ildə Türkiyənin İstanbul şəhərində veteranlar arasında keçirilən yarışda sərbəst güləş üzrə dünya çempionu adını qazanıb. Adı Bakı ilə bağlı olsa da, o, 1989-cu ildən Kiyev şəhərində yaşayıb. 30 ilə yaxın Ukraynada yaşadığı dövrdə Kiyevdə “Bakines” adlı güləş klubu yaradıb. Azərbaycanla sıx əlaqələrinə görə Şamaxıda güləş məktəbi açıb. Şamaxıda onun şərəfinə güləş turniri də keçirilib.
Son illər Ukraynaya girişi qadağan edilmişdi və Bakıda yaşayırdı. Oleq Bakinski milliyyətcə rus olsa da, özünü həmişə azərbaycanlı hesab edib. Müsahibələrində toyunu belə, Azərbaycan adət-ənənələrinə uyğun keçirdiyini açıqlayıb.
“Uşaqlığımın ən gözəl illəri həm də Sabunçu ilə bağlıdır. Böyüdüyüm məhəllənin küçələri, tinləri, insanları hələ də gözümün önündə canlanır. Güləşə olan marağım isə məni bu idman növü ilə daha peşəkar şəkildə məşğul olmağa vadar etdi. Buna görə də oxuduğum 68 nömrəli məktəbdə təhsilimi yarımçıq qoyub, “Razin”dəki idman təmayüllü internat məktəbinə getdim. Beləcə, həyatımın ayrılmaz hissəsi olan güləşçi karyeram başladı”, - deyə müsahibələrindən birində Oleq Bakinski qeyd etmişdi.
Rusiyanın Ukraynaya qarşı elan edilməmiş müharibə başlatdığı gün Oleq Krapivin həmyerlilərimizə dəstək verən tək-tük şəxslərdən biri olub. Azərbaycanın Ukraynadakı səfirinin biabırçı qaçışı fonunda Oleq Krapivin qısa müddətdə 1100 həmyerlimizi bomba yağışı altından çıxarıb Azərbaycana göndərə bilmişdi. Onun Azərbaycan adına və həmyerlilərimizə verdiyi dəstək saymaqla bitməz.
Maraqlı qüvvələrin səyi nəticəsində 2022-ci il iyunun 26-dan Oleq Krapivinin Ukraynada yaşama izni ləğv olunub.
Həmçinin onun hər hansı formada Ukrayna ərazisinə girişinə də qadağa qoyulub. Bundan başqa, Ukrayna hüquq-mühafizə orqanlarının təqdimatı əsasında 27 yanvar 2023-cü ildə keçirilən məhkəmədə Oleq Krapivinin oğlu Sultanbəy haqda cinayət işi başlanıb, qanunsuz olaraq ölkəni tərk etdiyi üçün axtarışa verilib.
Növbəti məhkəmə iclası fevralın 7-də keçiriləcək.
Bakıda Oleq Bakinskinin adı qarışan işdə SENSASİON DETAL açıqlandı
25
yanvar
18:10

Qarabağ
OXŞAR XƏBƏRLƏR
“Atlant” sahibinə həbsdəki kürəkənindən ŞOK İTTİHAM - Məni cinayətə bu adam SÜRÜKLƏYİB
“Bunların arxasında böyük adamlar dayanıb” - uşaqların 1 milyon qan pulunu “yeyən”lərin CİNAYƏT DOSYESİ
“BAKU STEEL COMPANY”nin milyonlarla pulunu kimlər ƏLƏ KEÇİRİB? - Qalmaqallı məhkəmə BAŞLADI
Yanvarın 17-si, saat...: Ermənistan ÇALXALANACAQ - TƏFƏRRÜAT
"Amin Mərdəkanski" qan davasının qurbanı olub – ŞOK CİNAYƏT DOSYESİ
- AHİK-də saxtakarlıq: İdmançının uğurunu öz adlarına yazmağa çalışırlar
- Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş… - İLGİNC FAKTLAR
- Eldar Quliyev “Mirvari”ni gizlicə nazirin qohumuna satıb
- Azərbaycanda “Formula 1” filminin qapalı nümayişi baş tutub
- Mingəçevrdi mənzillər necə obyəktə çevrildi?-Fotofaktlar
- Adil Əliyevin adı hallanan cinayət işində istintaqın 1 ayı... – Nə dəyişdi?
- "Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib
- Partlayış baş verən əraziyə qüvvələr cəlb olunur - VİDEO
- Bakıda məktəb direktoru işçilərinə maşın yudurur - "Hər şeyin qiyməti var - verirsən, işin həll olunur" - FOTO
- Yeni direktor məktəbi telefonla idarə edir
- Prezident İlham Əliyev cibutili həmkarını təbrik edib
- Mehrab Xəlilovun rəhbəri olduğu “Jobs” MMC vətəndaşları aldadıb? - Serbiyada küçələrdə qalmışıq VİDEO
- Azərbaycanlı tələbə beynəlxalq hüquq turnirində dünya çempionu oldu
- “Hell”in insan sağlamlığına zərəri -Video
- Azərbaycanın səhiyyə naziri məhkəməyə verildi
- İlham Əliyev Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun açılışında iştirak edib
- 240 saylı məktəb direktoru və müavini lüks avtomobilləri üçün məktəbin həyətindən moyka açıblar-Fotofakt
- Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?
- Azərbaycanda futbol klubunun rəhbəri olan şirkət sahibi həbs edildi - TƏFƏRRÜAT
- Sevinc Orucovanın “Son zəng” üçün pul yılğılması təsdiqləndi-Fotofakt
- Korrupsiyaya görə həbs edilən icra başçıları – ARAŞDIRMA
- Bakıda qanunsuz tikililər baş alıb gedir: Bu dəfə Yasamalda daha bir qanunsuz tikili FOTO
- Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
- AHİK-də saxtakarlıq: İdmançının uğurunu öz adlarına yazmağa çalışırlar
- Bir neçə gün sonra İrana HÜCUM EDƏCƏKLƏR: ABŞ razılıq verdi?
- Gəncədə “ixtisaslaşmış kosmetoloq” Aysel Süleymanova tibbi sertifikatı və lisensiyası olmadan necə fəaliyyət göstərir?
- Sumqayıt şəhəri 23 nömrəli məktəbdə rüşvət və qanunsuzluq İDDİALARI
- Səhiyyə Nazirliyinin 10 milyonluq tenderi ləğv edildi: Rəqəm şişirdilib?
- Qanunsuz tikinti aparanlar Penitensiar Xidmət rəisinin adını hallandırırlar - İTTİHAM VAR...
- Şəhid fotolarının qarşısında rəqs edən Nəfəs tənqid olundu - VİDEO
- "Gül kimi də qızam" — İlhamə məhkəmədə nə deyib
- Bakıdakı məşhur “Cofffe Moka”nın vergi borcu ÜZƏ ÇIXIB
- Ceyran göbəyi, qara yumurta, kəfən dönməsi - Bakıda 74 min alan falçının İLGİNC RİTUALLARI
- Əfv edilməyən Cahangir Hacıyev həbsdən BELƏ ÇIXA BİLƏR - DETALLAR