Rusiya qoşunları Pokrovsk yaxınlığında tədricən irəliləyir. Lakin onların şəhəri ələ keçirmək niyyətində olub-olmaması, yoxsa Kremlin siyasi və informasiya məqsədi çərçivəsində Donetsk və Dnepropetrovsk vilayətlərinin inzibati sərhədlərinə qədər irəliləməyi planlaşdırdıqları hələlik məlum deyil.
Kainat.tv Publika.az-a istinadən xəbər verir ki, bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutunun analitiklərinin hesabatında deyilir.
Analitiklərin fikrincə, Rusiya prezidenti Vladimir Putin orduya mühüm əhali mərkəzlərini ələ keçirməkdənsə, əraziləri zəbt etməyi tapşırıb.
"Putin əvvəllər etdiyi kimi konkret əhali mərkəzlərinin ələ keçirilməsini vurğulamaqdansa, getdikcə daha çox Rusiyanın hücumlarını kvadrat kilometrlərlə xarakterizə edir. Ola bilsin, Putin rus hərbi komandirlərinə açıq sahələr vasitəsilə daha çox qazanc əldə etmək üçün Pokrovskın ələ keçirilməsini təxirə salmağı tapşırıb", - analitiklər qeyd ediblər.
Hesabatda bildirilib ki, geolokasiya məlumatları Rusiya qoşunlarının inzibati sərhədin 10 kilometrliyində olduğunu göstərir: “Putin Rusiya hərbi komandanlığına Pokrovski mühasirəyə almaq əvəzinə sərhədə doğru irəliləmək üçün təzyiq edə bilər”.
Analitiklər vurğulayırlar ki, Donetsk bölgəsinin qalan hissəsini ələ keçirmək Putinin Ukraynada çoxdankı məqsədlərindən biridir. Putin çox güman ki, Rusiyanın sərhədə doğru irəliləyişindən həm xarici, həm də yerli auditoriyaya Rusiyanın Ukraynadakı uğurları barədə yüksək səslə iddialar irəli sürmək üçün istifadə edəcək. Eyni zamanda, yaxşı müdafiə olunan şəhərlərə qarşı hücum əməliyyatı Rusiyanın irəliləmə sürətini ləngidə və Kremlin özünü dünya səhnəsində hərbi qələbə qazanmış kimi göstərmək cəhdlərini neytrallaşdıra bilər.
Putin bu mühüm ərazidən İMTİNA ETDİ - Görün NƏ QARŞILIĞINDA
24
dekabr
11:30
Qarabağ
OXŞAR XƏBƏRLƏR
50-dən çox heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Ukrayna cəbhəsi DAĞILDI: Rusiya ordusu sürətlə İRƏLİLƏYİR
Bölgədə ölüm-qalım SAVAŞI: Son qalaya HÜCUM BAŞLADI
Prezident mühüm fərman İMZALADI
Putin qoşunları GERİ ÇƏKİR: Rusiya QAÇIR, hərbi gəmilər limanı TƏRK EDİR, rus bazası LƏĞV EDİLDİ
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI