Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin strateji əhəmiyyətli Pokrovsk şəhərinə yaxınlaşırlar. Şəhər ətrafında Ukrayna ordusu üçün vəziyyət pisləşib.
Kainat.tv xəbər verir ki, bu barədə “The New York Times” məklumat yayıb.
Ruslar şəhərin 4.8 kilometrliyindədirlər. ABŞ nəşri bildirir ki, Rusiya ordusu Donetskdə 2022-ci ildən bəri ən sürətli templə irəliləyir, hər ay yüzlərlə kvadrat kilometr ərazini ələ keçirir. Rusiya sentyabr-noyabr aylarında Ukrayna ərazisinin 1554 kvadrat kilometrini işğal edib.
Analitiklərin fikrincə, Rusiya ordusu ağır itkilərə baxmayaraq, irəliləmə sürəti günbəgün artır. NYT-nin proqonozuna görə, Rusiya ilin sonuna kimi Ukrayna ərazisinin daha 517-777 kvadrat kilometrini ələ keçirə bilər.
Nəşr xatırladır ki, müharibədən əvvəl əhalisi təxminən 60 min nəfər olan Pokrovsk bir neçə şəhəri birləşdirən əsas yolun üzərində yerləşir. Bura Donetskin hələ də Ukraynanın nəzarətində olan hissəsini qoruyan müdafiə qövsüdür. Bundan əlavə, Pokrovsk Donetskin mərkəzi hissəsindəki sonuncu böyük şəhərdir.
“Cənubda Ukraynanın son iki qalası olan Kuraxiv və Velika Novosilkanın mümkün işğalı ilə birlikdə Pokrovskun alınması Rusiyanın Donetsk vilayətinin cənub hissəsini tamamilə ələ keçirməsinə yol aça bilər. Bu, həm də qonşulara Dnepropetrovsk vilayətinə yeni hücum üçün zəmin yarada bilər”, - NYT belə yazır. //Teleqraf.com
Bölgədə ölüm-qalım SAVAŞI: Son qalaya HÜCUM BAŞLADI
13
dekabr
10:40
Qarabağ
OXŞAR XƏBƏRLƏR
DİN məlumat yaydı: Yaşı 25-dən 30-dək olanlar...
Qastronomik SƏYAHƏT və Şərq CAZİBƏSİ: Dubay atmosferinə DALMA
Ukrayna cəbhəsi DAĞILDI: Rusiya ordusu sürətlə İRƏLİLƏYİR
Erməni vandalizminin QURBANI: Dərin qatlarında hələ də Azərbaycan izlərini saxlayan İRƏVAN
“Ermənistan və Azərbaycan ƏN PİS SSENARİ üçün bunkerlər tikir, səngərlər qazır...”
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI