Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Suriya üzrə “Astana formatı” çərçivəsində görüş üçün razılıq əldə olunduğunu bildirib.
Kainat.tv xəbər verir ki, Sergey Lavrov “Astana formatı” çərçivəsində bu həftə Suriya üzrə nazirlərin görüşəcəyini bildirib.
Lavrov “Bəli, türk və iranlı tərəfdaşlarımızla bu həftə nazirlər səviyyəsində görüş keçirmək barədə razılığa gəldik” deyib.
Türkiyə, İran və Rusiya xarici işlər nazirləri Suriyadakı son hadisələrlə bağlı dekabrın 7-8-də Doha Forumu çərçivəsində “Astana formatı” çərçivəsində bir araya gələcək.
İranın xarici işlər naziri Abbas Arakçi dekabrın 2-də türkiyəli həmkarı Hakan Fidanla Ankarada keçirdiyi birgə mətbuat konfransında “Biz növbəti Astana görüşünü Xarici İşlər Nazirləri səviyyəsində mümkün qədər tez keçirməyə qərar verdik” demişdi.
Suriyada "Heyət Təhrir əş-Şam" (HTŞ) müxalif qruplaşmasının ölkənin şimal-əqrinəndən cənuba doğru sürətlə irəliləməsi Rusiya və İranı ciddi şəkildə narahat edir.
HTŞ Hələb şəhərindən sonra dünən strateji Hama şəhərinə nəzarəti də ələ keçirib.
Paytaxta gedən M5 şose yolunun üzərində yerləşən Hama şəhəri paytaxt Dəməşqin şimalında çox vacib müdafiə xətti rolunu oynayır. Buranın itirilməsi hökumət qüvvələrinin logistik imkanlarının daha da məhdudlaşması deməkdir.
Digər tərəfdən, HTŞ-nin Hüms şəhərinə doğru irəliləməyə başlaması Rsuiaynı ciddi narahat edib. Məsələ burasındadır ki, Hümsə yazın ərazidə yerləşən Latakiya və Tartus şəhərlərində Rusiya bazaları yerləşir. Tartusda Rusiyanın hərbi dəniz bazası, Latakiyada isə aviabazası var. //Modern.az
Suriya üçün təcili üçtərəfli sammit KEÇİRİLƏCƏK – Rusiyada TƏŞVİŞ
06
dekabr
14:30
Qarabağ
OXŞAR XƏBƏRLƏR
“Türk dünyasındakı 100 illik hədəf addım-addım HƏYATA KEÇİR” - OLAY kimi sözlər
COP29-da türkdilli dövlətlərinimzaladığı sənədlər - MÜHÜM MƏQAMLAR
Bəşər Əsədin və müxaliflərin taleyini bu şəhər uğrunda döyüş həll edəcək - TƏHLİL
Tarixi şəhər uğrunda ölüm-dirim mübarizəsi BAŞLADI – Türkiyə üçün KRİTİK SAATLAR
Rusiyaya yeni cəbhə AÇILDI: Kreml NƏ EDƏCƏK?
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI