Suriyada 4 ildir dondurulmuş münaqişədən sonra cəbhə yenidən alovlandı. İslamçı Heyət Təhrir əş-Şam (HTŞ) qruplaşması və Suriya Milli Ordusuna (SMO) mənsub sünni qruplar Bəşər Əsəd rejiminə qarşı ani hücuma başlayıb. HTŞ lideri Əbu Məhəmməd Əl Colani bildirib ki, hədəfləri Əsəd hökumətinin nəzarətində olan Hələb şəhəridir. O, hücumların paytaxt Dəməşq ələ keçirilənədək davam edəcəyini deyib.
Əslində, məsələ nə Suriya vətəndaş müharibəsi, nə də HTŞ və SMO-nun Əsədi devirmək istəməsidir. Məsələyə daha geniş rakursdan baxmaq lazımdır. Açar informasiya isə HTŞ və SMO-un Türkiyə tərəfindən dəstəklənməsi ilə bağlı versiyadır.
Türkiyənin dəstəklədiyi qrupların Suriyada əməliyyatlara başlayacağına dair iddialar var idi. Amma əməliyyatın zamanlaması diqqət çəkir. Türkiyədən başqa bu gün Suriyada bir çox ölkənin marağı var. Üzdə görünən başlıca qüvvələr Rusiya, İran, İsrail, ABŞ və Qərbdir (daha çox Fransa). Əməliyyatın zamanlamasının həm də bu güclərin mövcud geosiyasi, regional və daxili vəziyyətləri ilə bağlı olduğunu demək olar.
Hesab edirəm, Ankaranı hərəkətə gətirən ilk ciddi məqam ABŞ və kürd qruplaşmalarıdır. Baydenin hakimiyyəti müddətində ABŞ YPG-yə ciddi dəstək verib. Son illərdə İsrailin də dəstəyi ilə Türkiyədə aktivləşən kürd separatizmi Ankaranı narahat edir. Türkiyə öz ərazisində İraqın şimalındakı kimi de-fakto bir kürd subyektinin olmasını istəmir. Mümkündür ki, Ankara HTŞ və SMO əməliyyatları fonunda Hələbin şimalında kürd silahlılarının nəzarətində olan ərazilərdə əməliyyat keçirsin. Yəni HTŞ və SMO əməliyyatları həm taktiki diqqət dağıtmaq, həm də itki sayını azaltmaq üçün ön hücum ola bilər.
Təbii ki, Ankaranı bu planı aktivləşdirməyə cəsarətləndirən başlıca faktor ABŞ-da hakimiyyətin dəyişdirilməsidir. Ankara Baydendən fərqli olaraq Trampın Yaxın Şərqə birbaşa müdaxilə ilə deyil, regional partnyorlar ilə nəzarət edəcəyinə ümid edir. Ehtimal ki, Türkiyə ordusu HTŞ və SMO ilə birlikdə ən azından yanvara qədər Suriyada həm kürd qruplara zərbə vurmaq, həm də Əsədin mövqelərini zəiflədərək gücünü artırmağa çalışacaq.
Ankara Təl-Əvivin regionda aktivliyinin fərqindədir. Xüsusilə Qəzzada HƏMAS-a, Livanda “Hizbullah”a qarşı əməliyyatların arealını genişləndirəcəyini, hətta Suriyaya sıçrayacağını bilir və dolayı yolla Türkiyə sərhədinə çatma ehtimalları Ankaranı narahat edir. İsrailin aktivləşməsi fonunda Türkiyə də Yaxın Şərqdəki mövqelərini qorumaq istəyir və buna görə Suriyada təsir gücünü artırmaq qərarı vermiş ola bilər.
Təbii ki, önəmli məqamlardan biri də Rusiya və hazırkı vəziyyətidir. Ankara Moskvanın başının Ukraynaya qarışdığının fərqindədir. Türkiyə rəhbərliyi Rusiyanın ciddi şəkildə sıxışdırıldığını görür və Suriyaya diqqət ayıra bilməyəciyini anlayır. Təbii ki, bu, 5 ildir davam edən Türkiyə-Rusiya dialoqunu sarsıda bilər. Amma görünür, Qara dənizə giriş-çıxış “kartı”nı əlində saxlayan Türkiyə Rusiyanın buna getməyəcəyini düşünür.
Əməliyyatların nəticəsinin necə olacağını öncədən demək çətindir, lakin bir gerçək var ki, ikinci Hələb döyüşləri ən az birincisi qədər qanlı olacaq. Çünki Hələb şəhərinin 2016-cı ilin sonunda hökumət qüvvələri tərəfindən yenidən ələ keçirilməsi vətəndaş müharibəsinin taleyini dəyişmiş və Əsədin mövqeyini gücləndirmişdi. Yəni Əsəd Hələbi itirməmək üçün bütün qüvvəsini səfərbər edə bilər. Çünki Hələbi itirmək Dəməşqi itirmək deməkdir.
Turan Rzayev
Tarixi şəhər uğrunda ölüm-dirim mübarizəsi BAŞLADI – Türkiyə üçün KRİTİK SAATLAR
28
noyabr
20:50
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Türkiyə sərhədində MÜHARİBƏ: 32 kənd ələ keçirildi, 10 min sakin evlərini TƏRK ETDİ
Fırtına yaxınlaşır: üç yeni dövlət YARADILACAQ - Qardaş ölkə TƏHLÜKƏDƏ
Türkiyə ABŞ-ın Suriyadan çıxarılmasına ÇALIŞIR: Ağ Ev isə hələ də israrla terrorçuları DƏSTƏKLƏYİR
Türkiyənin PKK çözümü İran-İraq-Suriya üçbucağında - ŞOK DETALLAR
Türkiyədə terror dalğası: TUSAŞ hücumunun arxasında kimlər dayanır, məqsədləri nədir - ÖZƏL YAZI
- Rusiya bu ölkələrə müharibə ELAN EDƏCƏK – ATACMS zərərsizləşdirildi
- SON DƏQİQƏ! Rusiya səmasını pilotsuz təyyarələr BÜRÜDÜ: 25-i VURULDİ
- Türkiyə sərhədində MÜHARİBƏ: 32 kənd ələ keçirildi, 10 min sakin evlərini TƏRK ETDİ
- Ermənistan bu məsələdə də Rusiyaya “ATIB” – Moskva cavab GÖZLƏYİR, İrəvan SUSUR
- Yunanıstan "S-300"lərini Ermənistana VERİR - Zaxarovadan TƏCİLİ AÇIQLAMA
- Sumqayıtın icra başçısı Zakir Fərəcov YOLA SALINIR
- İcra başçısının qanunsuz işləyən daş karxanalarını Ekologiya nazirliyi "VURDU" - "Günay" MMC-yə yazılan 1 milyonluq cərimənin DETALLARI
- Rusiya kəşfiyyatı ABŞ-ın çevriliş planını İFŞA ETDİ: Ağ Ev Paşinyanı “TOPAL ÖRDƏK” vəziyyətinə SALACAQ
- Xəzər dənizi ilə bağlı 30 İLLİK PLAN aktivləşdi: Zəngəzur DETALI
- Ərdoğan HƏDƏLƏDİ: Hərbi əməliyyatlara BAŞLAYA BİLƏRİK
- Böyük müharibədə TƏHLÜKƏLİ TAKTİKA: İtkilər var, onu GÖZLƏYİRLƏR
- "Bondotel"dən xüsusi ƏMƏLİYYAT: 4 sayt rəhbəri HƏBS EDİLDİ
- YENİ QƏRAR! Palto ilə maşın sürənlərə YÜKSƏK MƏBLƏĞDƏ CƏRİMƏ YAZILACAQ: Polis görəndə çıxarsa, cərimə 10 QAT ARTIRILACAQ
- Üç region QARIŞDI: “Müharibə elan ediləcək” – Qafqaz DETALI
- Türkiyədə Rusiya təyyarəsinin yanmasının səbəbi AÇIQLANDI
- Nazirlərin dekabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli AÇIQLANIB
- Prezidentdən bu xanımla bağlı SƏRƏNCAM - FOTO
- İDDİA: Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
- Türkiyədə TƏYYARƏ YANĞINI: Rus diplomatlar hadisə yerinə GƏLDİ
- Tramp NATO-nu demontaj EDƏCƏK: Alyans PKK-ya SAVAŞ AÇMAZSA, Türkiyə də ona DƏSTƏK VERƏCƏK
- "Putinin müraciəti Qərbə SİQNAL OLDU" - Sergey RYABKOV
- "Fransanın ANTİ-AZƏRBAYCAN MÖVQEYİ Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsində çətinlik yaradır" - DEPUTAT
- "Kök pişiyə oxşayırsan"... - Aptek müdiri işçini döydü? + TƏFƏRRÜAT
- Üç ölkənin nazirləri DANIŞDI: Tarixi ərazimiz hədəfdə – GİZLİ RAZILIQ
- Tehran KÜNCƏ SIXIŞDIRILDI: ABŞ strateji bombardmançıları Yaxın Şərqə GÖNDƏRDİ
- Fransızlara "DAĞ ÇƏKƏN" məşhur FIRILDAQÇI: Eyfel qülləsini "METALLOM" kimi satdı
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
- YENİ QƏRAR! Palto ilə maşın sürənlərə YÜKSƏK MƏBLƏĞDƏ CƏRİMƏ YAZILACAQ: Polis görəndə çıxarsa, cərimə 10 QAT ARTIRILACAQ
- Azərişıq-dan şəhid ailələrinə və qazilərə xüsusi DİQQƏT və QAYĞI
- Türkiyədə Rusiya təyyarəsinin yanmasının səbəbi AÇIQLANDI
- Üç region QARIŞDI: “Müharibə elan ediləcək” – Qafqaz DETALI
- Nazirlərin dekabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli AÇIQLANIB