Yerli media orqanlarının məlumatına görə, Pakistan və Əfqanıstan sərhədçiləri arasında baş verən toqquşmalar nəticəsində 19 Pakistan əsgəri həyatını itirib.

Kainat.tv Musavat.com-a istinadən xəbər verir ki, şiddətli döyüşlər zamanı ən azı üç Əfqanıstan hərbçisinin də həlak olduğu bildirilib.

Əfqanıstan Müdafiə Nazirliyindəki mənbələr “Taliban” qüvvələrinin sərhəd yaxınlığında bir neçə Pakistan hərbi bazasını məhv etdiyini iddia ediblər.