Bakının əsas sağlamlıq ocaqlarından biri olan Respublika Klinik Xəstəxanasında gedən təmir işləri bir çox xəstənin rahatlığını pozub.
Kainat.tv xəbər verir ki, bu barədə Oxu.Az-a şikayət daxil olub.
Qeyd olunub ki, xəstəxananda aparılan təmir işləri səbəbindən həkimlər Bilgəh qəsəbəsindəki xəstəxanaya köçürülüblər, bu isə xəstələr üçün böyük çətinliklər yaradıb.
"Problem budur ki, yollarda qalmışıq. Hər hansı müayinədən keçmək istəyən xəstə əvvəlcə Bilgəhə getməli, həkimlə görüşdükdən sonra yenidən şəhərə, Respublika Klinik Xəstəxanasına qayıdıb lazımi tibbi aparatlardan keçməli və sonda yenə də Bilgəhə qayıdaraq həkimə nəticələri təqdim etməlidir. Bu isə bizim yollarda qalmamız deməkdir", - deyə şikayətdə bildirilir.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Respublika Klinik Xəstəxanasından bildirilib ki, xəstəxananın I korpusunda yerləşən altı şöbənin (Endokrinologiya, Qastroenterologiya, Kardiologiya, Pulmonologiya, Nefrologiya, Nevrologiya) və Terapevtik reanimasiya bölməsinin məhz həmin ünvana köçürülməsinə əsas səbəb Modul tipli xəstəxanada çarpayı fondunun müraciət edəcək pasiyentləri qəbul edə bilmək imkanına malik olmasıdır:
"Vətəndaşlara müasir standartlara uyğun tibbi xidmətin göstərilməsi məqsədilə Respublika Klinik Xəstəxanasının inzibati binasının uzun müddətdir istismar olunması və əsaslı təmirə ehtiyacının yaranması səbəbindən tibb müəssisəsinin altı terapevtik şöbəsi müvəqqəti olaraq xəstəxananın inzibati binasından Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Hacıağa Dadaşov küçəsi, 65 ünvanında yerləşən Modul tipli xəstəxanaya köçürülüb.
Əlavə olaraq bildirək ki, cari təmirə dayanan II korpusun (Cərrahi) müasir standartlara uyğun təmirindən sonra bütün zəruri infrastruktur yaradılacaq. 12 müasir əməliyyatxana, angioqrafiya, 80 çarpayılıq reanimasiya, təcili tibbi yardım, mərkəzi sterilizasiya, cərrahi şöbələr istifadəyə veriləcək. Ən son müasir avadanlıqlarla təchiz olunan cərrahi şöbələrdə açıq və endoskopik üsulla bütün növ cərrahi əməliyyatlar icra olunacaq.
Görülən bütün işlər əhaliyə müasir standartlara uyğun olaraq, yüksək səviyyədə tibbi xidmətin göstərilməsi üçün nəzərdə tutulub. Eyni zamanda, qeyd edək ki, Modul tipli xəstəxanaya müraciət edən pasiyentlərin hər birinə icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan bütün xidmətlər tək şəxsiyyət vəsiqəsi ilə ödənişsiz əsaslarla göstərilir. Sözügedən xəstəxanada vətəndaşlara tələb olunan tibbi xidmətlərin göstərilməsi mümkün olmadıqda tibb müəssisəsi bu xidmətləri göstərmək imkanına malik olan digər tibb müəssisəsinə (dövlət və ya müqaviləli tibb müəssisəsinə) göndəriş verir".
"Hazırda Modul tipli xəstəxanada instrumental-diaqnostik müayinələr də həyata keçirilir. Elektrokardioqram (EKQ), ultrasəs müayinəsi (USM), exokardioqrafiya (EXO), elektroensefaloqrafiya (EEQ) və rentgenoqrafiya üçün avadanlıqlar mövcuddur.
İxtisaslı həkimin göstərişi əsasında yalnız kompüter tomoqrafiya (KT) və maqnit rezonans tomoqrafiya (MRT) müayinələri üçün Respublika Klinik Xəstəxanasına göndəriş təqdim olunur", - deyə məlumatda vurğulanır.
Respublika Klinik Xəstəxanası "KÖÇDÜ", xəstələr Bilgəh-Bakı yolunda QALDILAR?
19
noyabr
15:00
Qarabağ
OXŞAR XƏBƏRLƏR
COP29-a hazırlıq: Bakı Stadionuna media-tur təşkil olundu – FOTOLENT
Vətəndaşlar xəstəxananın vəziyyətindən NARAZIDILAR - "Təmir işlərinə başlanılıb"
Zaqatala Rayon Mərkəzi Xəstəxanasında daha bir ÖLÜM
Körpələrə qənim kəsilən KRİMİNAL DƏSTƏ - “Bakıda da var” İDDİASI
"Respublikanski"də doğuşdan sonra KOMAYA SALINAN ANA - Bir qazinin MƏHV EDİLƏN AİLƏSİ
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Makron Trampın gizli "UKRAYNA PLANI"nı niyə İFŞA ETDİ: "Rusiya erası" cəmisi 40 gün sonra BAŞA ÇATACAQ
- Tramp ABŞ üçün ƏN BÖYÜK TƏHLÜKƏ haqda danışdı: Nə Rusiya, nə də İrandır
- Almaniya müharibəyə HAZIRLAŞIR - Bundesver ordunu 3 dəfə böyütmək ƏMRİ VERDİ
- ABŞ-dən Zəngəzura doğru KRİTİK HƏMLƏ - görüş KEÇİRİLDİ
- Xətai rayonunda MÜƏMMALI TİKİNTİ - Reyestrdə İCAZƏ YOXDUR, ağacların məhv edildiyi İDDİA OLUNUR
- Trampdan Putini ŞOKA SALACAQ gediş: ABŞ o razılaşmadan imtina edir - DETALLAR
- “İran Zəngəzur dəhlizinə imkan VERMƏYƏCƏK...” – İrəvandan arzu və Bakıdan REAKSİYA
- Tramp "Ankoric razılaşmaları" ilə bağlı MESAJ VERDİ - Moskvanı NƏ GÖZLƏYİR?
- Sabah icra məmurları Bilgəhə GEDİR - eks-deputatın həyat yoldaşı vətəndaşın torpağını GERİ QAYTARMALIDIR
- İrana qarşı “SÜRÜNƏN” müharibə – DÇ-2026 bitməmiş...
- Kreml Trampın “UĞURSUZ MESAJ”ını ələ keçirtdi: Ukrayna savaşı niyə “SÜLH MASASI”nda gizlədilir
- Trampdan SON DƏQİQƏ İran açıqlaması - Tehrandan gələn VACİB ZƏNG
- İran Hörmüz boğazında ABŞ helikopterini VURDU - “Vaşinqton CAVAB VERƏCƏK”
- Tehranın YENİ TAKTİKASI: İlk zərbəni endirmək üçün... - GİZLİ MƏQSƏD BİLİNDİ
- Türkiyənin bu addımı İsraili AYAĞA QALDIRDI - Təl-Əviv çıxış yolu AXTARIR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- VƏKİL ABBASOV – SSRİ tarixində “ƏMƏK ŞÖHRƏTİ” ordeninin ilk tam kavaleri olan AZƏRBAYCANLI NEFTÇİ
- Dünya Çempionatı başlayır - TƏQVİM
- Bu gün futbolun YENİ ERASI başlayır - Türkiyə MEYDANDA, dünya EKRAN BAŞINDA...
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...