Ermənistan Avropayönlü siyasət yürütməyə davam edəcək, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağa çalışacaq.

Kainat.tv Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Stratfor" mərkəzinin analitik hesabatında bildirilir. Qeyd olunur ki, Ermənistandakı seçkilərdən sonra Paşinyanın konstitusiya çoxluğunun olmaması bu prosesi əsasən texniki məsələlərin həlli ilə məhdudlaşdıracaq.

Baş nazir Nikol Paşinyanın partiyası Konstitusiyanı müstəqil şəkildə dəyişdirmək üçün parlamentdə kifayət qədər yerə malik deyil.

Hesabatda bildirilir ki, çox güman, Ermənistan Azərbaycanın konstitusiya dəyişiklikləri tələblərini yerinə yetirməyəcək:

“Rusiyanın Cənubi Qafqazdakı zəifləyən təsirindən istifadə etməyə çalışan Türkiyə mövcud vəziyyətdən yararlanmağa çalışır və Azərbaycanı Paşinyanın yenilənmiş mandatını sülh sazişinə doğru irəliləmək üçün bir fürsət kimi sövq edə bilər”.

Alternativ ssenariyə görə, İrəvan, Bakı və Ankara bu rübdən Ermənistan-Azərbaycan sülh müqaviləsi imzalamadan belə, fərdi sərhəd keçid məntəqələrinin, quru və hava yollarının, tranzit əlaqələrinin fəaliyyətini genişləndirmək üçün istifadə edə bilərlər. Bu, normallaşma prosesinin impulsunu qoruyub saxlayacaq.

“Əgər Paşinyan Avropa inteqrasiyasına yüksək səviyyədə ictimai dəstək nəzərə alınmaqla, Avropa Birliyinə inteqrasiya gündəliyi ilə bağlı daha geniş referendumda konstitusiya dəyişikliklərini daxil edə biləcəyini göstərərsə, Moskvanın müdaxiləsi daha da güclənəcək”, - hesabatda bildirilir.