Sabunçu rayonu, Zakir Bəhmənov adına 68 nömrəli orta məktəbin şagirdləri və onların valideynləri çətin vəziyyətlə üzləşiblər.
Kainat.tv Xezerxeber.az-a istinadən məlumat verir ki, həmin məktəb iki il əvvəl yanıb.
Valideynlər bildirirlər ki, məktəb yandıqdan sonra şagirdlər digər təhsil müəssisələrinə yerləşdiriliblər. Ancaq həmin məktəblər uzaqda yerləşir. Uşaqlarının məktəbə getməsi üçün bəzi valideynlər nəqliyyat vasitəsi sifariş edirlər, amma valideynlərin bəzilərinin buna imkanı çatmır.
Onların sözlərinə görə, yanmış məktəbdə təmir işləri ləng gedir. 2022-ci ildən bu yana məktəbin ancaq fundamenti tökülüb.
Bildirilib ki, dəfərlərlə məktəbin 1 aya, 5 aya tikilib təhvil veriləcəyi deyilib.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) "Xəzər Xəbər"ə bildirilib ki, 68 nömrəli tam orta məktəbin binasının sökülərək yenidən tikintisi və əsaslı təmiri həyata keçirilir. Layihədə baş verən dəyişikliklə əlaqədar prosesdə qısamüddətli fasilə yaranıb.
Məktəbdə aparılan əsaslı tikinti işlərinin nəzərdə tutulan vaxtda başa çatdırılması planlaşdırılır.
Hazırda ibtidai siniflər 215 nömrəli tam orta məktəbdə, V-XI siniflər isə 90 nömrəli tam orta məktəbdə II növbədə təhsillərini davam etdirirlər.
Ətraflı süjetdə:
İki il öncə yanmış məktəb niyə YARIMÇIQ QALIB? - ETİRAZ
16
dekabr
10:30
Qarabağ
OXŞAR XƏBƏRLƏR
50-dən çox heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
“Cənnət Park” sakinlərinə cənnət əvəzinə cəhənnəm yaşadır - FOTO
COP29-a hazırlıq: Bakı Stadionuna media-tur təşkil olundu – FOTOLENT
Qastronomik SƏYAHƏT və Şərq CAZİBƏSİ: Dubay atmosferinə DALMA
"Məktəb tikildi, amma problemlər bitmədi": Valideynlər NARAZIDIRLAR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI