Dekabr ayında tikilmiş yeni məktəblə bağlı valideynlərin narazılığı davam edir.
Valideynlərin sözlərinə görə, məktəbin təməl problemləri var. Binada işıq sistemi tam quraşdırılmayıb, elektrik naqilləri yerə səpələnmiş vəziyyətdədir. Qar yağdığı halda, bu naqillər təhlükə yarada bilər.
"Sabah qar bu naqilləri örtəndə hansısa uşağın həyatına ziyan gələrsə, buna kim cavab verəcək?", - valideynlərdən biri narahatlığını ifadə edib.
Məktəbin digər problemləri də narazılığa səbəb olur. Tualetlər istifadəyə yararsızdır, dam örtüyü isə hər yerdən su buraxır. Hətta direktor otağı belə yağışdan qoruna bilmir.
Valideynlər deyirlər ki, siniflərdə istilik yoxdur, uşaqlar soyuqda dərs keçmək məcburiyyətində qalırlar:
"İki övladım bu məktəbdə oxuyur. Amma bu vəziyyətdə uşaqları dərsə göndərmək çətindir, çünki soyuq səbəbindən xəstələnirlər".
Məktəbdə yazı yazmaq üçün istifadə edilən avadanlıq da yararsızdır.
Valideynlər bu problemlərin tezliklə aradan qaldırılmasını və məktəbin təhlükəsiz, istifadəyə tam yararlı hala gətirilməsini tələb edirlər.
Ətraflı Baku TV-nin süjetində:
"Məktəb tikildi, amma problemlər bitmədi": Valideynlər NARAZIDIRLAR
05
dekabr
11:26
Qarabağ
OXŞAR XƏBƏRLƏR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI