“Bakı-Şamaxı şosesinin 14-cü kilometrliyində yerləşən “Cənnət Park” yaşayış kompleksi 10 ilə yaxındır istifadəyə verilib. İlk başdan alıcıları özünə cəlb etmək məqsədilə sakinlər üçün hər cür şəraitin yaranacağını vəd edən yaşayış kompleksinin ərazisində hələ də nə məktəb, nə də bağça tikilib”.
Kainat.tv xəbər verir ki, bu sözləri yaşayış kompleksinin sakinləri saytımıza ünvanlandığı şikayətdə qeyd edib.
Sakinlərin sözlərinə görə, onlar övladlarının təhsil alması üçün əraziyə yaxın olan Güzdək qəsəbəsinin və yaxud digər qəsəbələrin məktəbinə göndərmək məcburiyyətində qalırlar. Bunun üçün də xüsusi taksi tutmalı olurlar ki, bu da həm maddi, həm də zaman baxımdan sakinlər üçün çətinlik yaradır. Halbuki, mənzil alarkən, onlara qısa zamanda ərazidə məktəb və bağçanın tikilib istifadəyə veriləcəyi söz verilmişdi.
Son illərdə Aşağı Güzdək qəsəbəsinin əhalisinin sayı yetərincə artdığından onsuz da məktəbdə, bağçada sıxlıq problemi yaşanır. Hazırda məktəbdə dərslər dördnövbəli şəkildə tədris olunur. Bu da valideynlərin narazılığına səbəb olub. Bu bərədə Güzdək qəsəbəsindən bir qrup valideyn redaksiyamıza şikayət məktubu ünvanlayıb. Bildiriblər ki, builki tədris ilində 3-cü, 4-cü sinif şagirdlərinin dərsi saat 15:30-da başlayıb, axşam saat 8-də bitir:
“Bu problemi işıqlandırmağınızı xahiş edirik. Hazırda məktəbimiz şəraitsiz vəziyyətdədir. Məktəbin təmirə və əlavə binanın tikilməsinə ehtiyac var. Qəsəbə böyüdüyündən siniflərin sayı çoxalıb. Dördnövbəli tədris planlaşdırılıb. Dördüncü növbə 15:30-da başlayıb, axşam 20:00-da bitir. Bununla da uşaqlar, müəllimlər gün batana qədər məktəbdə qalmaq məcburiyyətindədirlər. Günortadan sonra dərsə başlayan şagirdlərin bütün enerjisi bitmiş olur. Dərsləri mənimsəyə bilmir, evə gecə gəlib çıxırlar. Bütün bunlar şagirdlər üçün hər cəhətdən problem yaratmış olur. Ən azından “Cənnət Park”da məktəb tikilərsə, həmin şəhərciyin sakinləri və əraziyə yaxın yaşayan şagirdlər orada təhsil alarsa, bu problem qismən də olsa həllini tapar”.
Sakinlərin bu istəyini nəzərə alaraq, ilk öncə Abşeron-Xızı Regional Təhsil İdarəsinin fikirlərini öyrəndik.
İdarədən saytımıza verilən açıqlamada bildirildi ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqla təmin olunması, yeni binaların inşası və mövcud binaların əsaslı təmir olunması əsas prioritetlərdəndir:
“Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində S.Əzizov adına Aşağı Güzdək qəsəbə tam orta məktəbi və Aşağı Güzdək qəsəbə 29 nömrəli körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. Ümumi təhsil müəssisəsində 1500 nəfərə yaxın şagird təhsil alır, adıçəkilən bağçada isə 130 uşaq təlim-tədris prosesinə cəlb edilib. Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən rayonun şagird (uşaq) sıxlığı olan qəsəbə və kəndlərində yeni məktəb, bağça tikintisi ilə bağlı davamlı olaraq qiymətləndirmələr aparılır və aidiyyəti üzrə məsələ qaldırılır. Qeyd edirik ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik, prioritetlik prinsipi əsasında həyata keçirilir. Bildiririk ki, hazırda ölkəmizdə bağçayaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi 35 faiz təşkil edir. Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi qarşıya qoyulan əsas hədəflərdəndir. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub. Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi istiqamətində alternativ modellərin tətbiqi ildən-ilə genişlənir”.
Onu da qeyd edək ki, məsələ ilə bağlı “Cənnət Park” yaşayış kompleksinin rəhbərliyi ilə də əlaqə saxlamağa çalışdıq. Şirkətdən zəngimizə cavab olaraq bildirildi ki, direktor özü bizimlə əlaqə saxlayacaq. Lakin indiyə qədər “Cənnət Park”dan mözvu ilə bağlı hər hansı cavab gəlməyib.
Gülnar Süleymanova
Publika.az
“Cənnət Park” sakinlərinə cənnət əvəzinə cəhənnəm yaşadır - FOTO
28
oktyabr
11:55
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Hamı Bakıdan QAÇACAQ: Şəhər boşaldılır
Azərbaycan üçün TƏHLÜKƏ! - Ekspertlər HƏYƏCAN TƏBİLİ çalır
Beşiyində boğulan demokratiya və siyasi təqiblər - Qərbin real gündəliyi
Polis Akademiyasında yeni tədris korpusu və yataqxana kompleksi İSTİFADƏYƏ VERİLİB
Ölkəmizdə diplomları tanınmayan universitetlərin SİYAHISI
- QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
- COP29 gündəliyi - 21.11.2024
- ATİAHİ Şirvan Şəhər Komitəsində "KÖHNƏ HAMAM, KÖHNƏ TAS"dır... - Araz Paşayevin nəzərinə!
- Daha 4 qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə OLUNDU
- Türkiyədə polislərə SİLAHLI HÜCUM – YARALILAR VAR
- COP29-da türkdilli dövlətlərinimzaladığı sənədlər - MÜHÜM MƏQAMLAR
- Əvvəlcə Putin, sonra Mirzoyan: İrəvana gözlənilməz səfərin DETALLARI
- Putin qərarı YENİLƏDİ: İrəvanda “ÇİRKLİ BOMBA” həyəcanı
- "Xocalı" ad gününü QEYD ETDİ
- Zelenskinin raket zərbələri NATO-nu “VURUR”: ABŞ və Qərb Ukraynada “ERMƏNİ TAKTİKASI”na keçdi
- Ermənistanla münasibətlərimiz Azərbaycandan asılıdır - URALOĞLU
- İcra hakimiyyətində ƏMƏLİYYAT: SAXLANILANLAR VAR? - FOTO
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- Moskvadan SON DƏQİQƏ açıqlaması – İrəvan GERİ ÇƏKİLİR
- Yardımlı RİH-də “UŞAQLAR və EKOLOGİYA” adlı VI Ümumrespublika Forumunda iştirak edəcək uşaqlarla GÖRÜŞ KEÇİRİLİB
- QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
- TƏCİLİ! Zəngəzur dəhlizi ilə bağlı SON DURUM: Şərtlər BELƏDİR
- Zəngəzurda savaş ANONSU - Bakı ərazini nəzarətə götürərək...
- Dünya müharibəsi MESAJI: “Tramp gəlməmiş başlamaq istəyirlər”
- COP29 gündəliyi - 17.11.2024
- Britaniya və ABŞ Bakıda saziş İMZALADI
- COP29 gündəliyi - 21.11.2024
- Minimum pensiya məbləği də artırıldı – ŞAD XƏBƏR
- Tehran KÜNCƏ SIXIŞDIRILDI: ABŞ strateji bombardmançıları Yaxın Şərqə GÖNDƏRDİ
- Fransızlara "DAĞ ÇƏKƏN" məşhur FIRILDAQÇI: Eyfel qülləsini "METALLOM" kimi satdı
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- SON DƏQİQƏ! Türkiyə HƏRƏKƏTƏ KEÇDİ: havadan zərbələr endirildi - ÖLƏNLƏR VAR
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- Azərişıq-dan şəhid ailələrinə və qazilərə xüsusi DİQQƏT və QAYĞI
- Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
- İsrail Tehranda daha bir hərbi zavoda HÜCUM ETDİ
- Moskvadan SON DƏQİQƏ açıqlaması – İrəvan GERİ ÇƏKİLİR
- Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi?