Yaponiyanın yeni müdafiə strategiyası Moskva və Pekini təşvişə salıb.
Kainat,tv Musavat.com-a istinadən xəbər verir ki, bu barədə "Atlas” Araşdırmalar Mərkəzi"nin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Yaponiya Ukrayna ilə hərbi əməkdaşlığı genişləndirir, yeni dron layihəsinə başlayır:
"Rusiya və Çin son bir neçə ildə Yaponiyanın müdafiə siyasətinin əhəmiyyətli dəyişikliklərə məruz qalmasından narahatdırlar. Moskva və Pekin Yaponiyanın İkinci Dünya müharibəsindən sonrakı pasifist konstitusiyasının tətbiq etdiyi məhdudiyyətlərdən tədricən uzaqlaşdığını və yenidən militarizmə doğru getdiyini iddia edirlər. Buna nümunə kimi ABŞ-ın “Tayfun” raket sistemlərinin Yaponiya ərazisində yerləşdirilməsi göstərilib. Moskva bunu Yaponiyanın Rusiyanın Vladivostok şəhərini təhdid kimi qiymətləndirib.
Yaponiyanın Rusiyadakı səfirliyi açıqlama yayaraq, raket sistemləri ilə bağlı narahatlığın əsassız olduğunu bildirib. Açıqlamada, raket sistemlərinin yerləşdirilməsinin yalnız Yaponiyanın öz müdafiə qabiliyyətlərini gücləndirməyə yönəldiyi, hər hansı ölkəyə qarşı yönəlmədiyi və buna görə də, Rusiyanın narahatlıqları əsassız olduğu vurğulanıb.
Həqiqətən Tokio son illərdə hərbi büdcəsini artırıb və ABŞ-dan müxtəlif növ raket sistemləri alıb. Bunun səbəbi Yaponiyaya qonşu plan Rusiya və Çinin siyasətidir. Rusiya-Ukrayna müharibəsi Yaponiya sahillərindən uzaq məsafədə olsa da, Tokio Kremlin təcavüzkar siyasətini başqa istiqamətlərdə də həyata keçirə biləcəyini ehtimal etmək məcburiyyətindədir. Tokio digər tərəfdən Çinin bölgədə artan hərbi gücü və Rusiya ilə Yaponiya sahillərinə yaxın sularda tez-tez keçirdiyi birgə təlimlərdən narahatdır. Bu vəziyyət Yaponiyaya hərbi gücünü artırmaqdan başqa alternativ qoymayıb. Misal üçün Tokio 2026 maliyyə ili üçün ucqar adaları müdaxilədən qorumaq üçün okean gəmiləri donanmasını inkişaf etdirmək üçün 618 milyon dollar ayırıb.
Yaponiyanın Hindistanla hərbi əməkdaşlığını gücləndirməsi də bölgədəki vəziyyətlə bağlıdır. Yaponiyanın baş naziri Sanae Takaiçinin Hindistana 3 günlük səfəri zamanı əməkdaşlığın müxtəlif sahələri ilə yanaşı iki ölkə arasında hərbi əməkdaşlığın genişlənməsi mövzuları da müzakirə olunub. Misal üçün iki ölkə dəniz rabitəsi üçün ilk dəfə birgə hazırlanmış müdafiə sistemiylə bağlı razılığa gəliblər.
Yaponiya Ukrayna ilə dron istehsalı layihəsinə də başlamaq üzrədir. Yaponiya Ukrayna ilə dron sahəsində əməkdaşlığı genişləndirməklə yanaşı Kiyevin döyüş təcrübəsini öyrənir. Tokio Ukraynanın çoxlu sayda ucuz dron istehsalı təcrübəsindən faydalanmaq istəyir. Yaponiya hazırda ildə təxminən min dron istehsal edir. Tokio hesab edir ki, bu həm azdır, həm də bahalı istehsaldır. Ona görə də Yaponiyanın dron istehsalçıları Ukraynanın müdafiə şirkətlərinin təcrübəsini öyrənmək qərarına gəliblər. Dronlar Yaponiya üçün yalnız hərbi məqsədlər üçün deyil, həm də fəlakətlərin aradan qaldırılması, logistika, sahil nəzarəti, sualtı yoxlamalar və təhlükəli mühitlərdə əməliyyatlar üçün dronlar istehsal etməsi üçün əhəmiyyətlidir".
Ukraynanın DÖYÜŞ SİRLƏRİ Yaponiyaya ötürülür: Dron əməkdaşlığında YENİ MƏRHƏLƏ
06
iyul
11:00
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
17 il sonra İLK - Bakı GÜNDOĞAN ölkəni yenidən “KƏŞF EDİR”
Pekin Kremli “STRATEJİ TƏLƏ”yə salmağı bacarıb: Rusiya Çinin “ GİZLİ İŞĞAL ” taktikasına MƏĞLUB OLUR
Kreml Pekindən Ağ Evə sarsıdıcı ZƏRBƏ VURDU: ABŞ Rusiya-Çin tandeminə niyə MƏĞLUB OLUR
Ağ Evin Pekini məğlub etmək planı yenə iflasa uğradı: Rusiya ilə yanaşı, ABŞ da Çindən asılı vəziyyətə düşür
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”nə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Yunanıstanda ETİRAZLAR BAŞLADI: İsrail bizi Türkiyə ilə müharibəyə SÜRÜKLƏYİRLƏR
- Gözlənilməz referendum ƏMƏLİYYATI: Paşinyan Azərbaycan üçün DÜYMƏYƏ BASDI
- Xətai rayonunda MÜƏMMALI TİKİNTİ - Reyestrdə İCAZƏ YOXDUR, ağacların məhv edildiyi İDDİA OLUNUR
- Rusiyada yanacaq qıtlığı PİKK HƏDDƏ - kilometrlərlə uzanan növbələr KOSMOSDAN görüntüləndi
- Sabah icra məmurları Bilgəhə GEDİR - eks-deputatın həyat yoldaşı vətəndaşın torpağını GERİ QAYTARMALIDIR
- İrana qarşı “SÜRÜNƏN” müharibə – DÇ-2026 bitməmiş...
- 108 yaşlı AZƏRBAYCAN POLİSİ
- Azərbaycan universitetlərinin uğuru erməniləri DƏLİ ETDİ - İrəvanda NARAHATLIQ
- Trampdan SON DƏQİQƏ İran açıqlaması - Tehrandan gələn VACİB ZƏNG
- İran Hörmüz boğazında ABŞ helikopterini VURDU - “Vaşinqton CAVAB VERƏCƏK”
- Tehranın YENİ TAKTİKASI: İlk zərbəni endirmək üçün... - GİZLİ MƏQSƏD BİLİNDİ
- Türkiyənin bu addımı İsraili AYAĞA QALDIRDI - Təl-Əviv çıxış yolu AXTARIR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- VƏKİL ABBASOV – SSRİ tarixində “ƏMƏK ŞÖHRƏTİ” ordeninin ilk tam kavaleri olan AZƏRBAYCANLI NEFTÇİ
- Dünya Çempionatı başlayır - TƏQVİM
- Bu gün futbolun YENİ ERASI başlayır - Türkiyə MEYDANDA, dünya EKRAN BAŞINDA...
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...