Avropada anomal istilər fonunda ölüm hallarının kəskin artması səbəbindən Parisdəki morqlar dolub.

Kainat,tv Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Family Obsèques" dəfn bürosunun direktoru Fabien Yuqe BFMTV-yə verdiyi müsahibədə bildirib.

"Dəfn büroları doludur və biz artıq dünyasını dəyişənlərimiz üçün yer tapa bilmirik. Vəziyyət çox çətinləşir", - deyə həmsöhbətin sözlərindən sitat gətirilib.

Qeyd olunub ki, şəhərin krematoriyalarında hətta bir neçə günlük növbələr yaranıb.