İranda dini lider Müctəba Xameneinin öldüyü və ya ağır yaralandığı ilə bağlı yayılan xəbərlər fonunda ölkədə mühüm qərarların Məhəmməd Bağır Qalibaf tərəfindən verildiyi iddia edilir.

Kainat,tv Publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Xameneinin adından yayımlanan rəsmi sənədlərin metadata məlumatları araşdırılıb və onların Qalibafın ofisində istifadə olunan rəqəmsal imzalarla eynilik təşkil etdiyi müəyyən edilib.

İddiaya əsasən, PDF sənədlərindəki “Adobe” proqram təminatı və versiya məlumatlarının tam üst-üstə düşməsi sənədlərin eyni kompüterdə hazırlandığını göstərir. Bu isə Qalibafın Xameneinin adından sənədlər hazırladığı ehtimalını gündəmə gətirib.

Qeyd edək ki, sözügedən məlumatlar Rusiya mediası və kəşfiyyat mənbələrinə istinadən yayılıb, İran rəsmiləri isə iddialarla bağlı hələlik açıqlama verməyiblər.