Pakistanın paytaxtı İslamabad şəhərində İran prezidenti Məsud Pezeşkianın şərəfinə rəsmi mərasim keçirilib. Tədbirdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Kainat,tv Musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumatı "Azad İran" "Telegram" kanalı yayıb.

Mərasimdə çıxış edən Pakistanın baş naziri Şahbaz Şərif iki ölkə arasındakı elmi və siyasi əlaqələrin rəmzi olaraq Məsud Pezeşkiana ürək cərrahiyyəsi üzrə fəxri doktorluq dərəcəsini şəxsən təqdim edib.

Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian Pakistanın paytaxtı İslamabadda səfərdədir.

Onu Pakistan prezidenti Asif Əli Zərdari, baş nazir Şahbaz Şərif qarşılayıb.
Məlumata görə, səfər Pakistanın baş naziri Şahbaz Şərifin dəvəti ilə reallaşıb.
Səfərdən öncə Məsud Pezeşkian bildirib ki, bu səfər Pakistan hökumətinin İran və ABŞ arasında anlaşma memorandumunu əlaqələndirmək və yekunlaşdırmaq üçün göstərdiyi böyük səylərin nəticəsidir.