Texniki problemlər istisna olmaqla, bu il TRIPP (Zəngəzur dəhlizi) layihəsinə üzrə tikinti işlərinə başlamağı planlaşdırırıq.

Kainat,tv Publika.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 25-də keçirdiyi brifinqdə Ermənistanın genişmiqyaslı TRIPP infrastruktur layihəsinə inteqrasiyası ilə bağlı şərhində bildirib.

O, hazırda ixtisaslaşmış qrupların birbaşa yerində mühəndislik tədqiqatları apardığı aktiv və hərtərəfli iş prosesinin davam etdiyini vurğulayıb.

“Proses, potensial rabitə marşrutlarının, nəqliyyat qovşaqlarının və elektrik xətlərinin yerində yoxlanılması ilə başlayır. Hazırda müxtəlif mühəndislik, dizayn, layihə, maliyyə və logistika məsələləri demək olar ki, həftəlik, bəlkə də gündəlik müzakirə olunur", - deyə Baş nazir bildirib.

Nikol Paşinyan vurğulayıb ki, bu strateji logistika dəhlizinin inkişafı hazırda hökumət səviyyəsində heç bir maneə ilə üzləşmir.

"Siyasi və ya maliyyə baxımından heç bir maneə yoxdur, lakin sırf texniki və təşkilati məsələlər yarana bilər", - deyə Paşinyan əlavə edib.