ABŞ-dan olan demokrat senator Kris Mörfi hesab edir ki, Tehranla mümkün razılaşmanın əldə olunması faktiki olaraq Vaşinqtonun İranın şərtləri ilə geri çəkilməsi demək olacaq.
Kainat.tv Publika.az-a istinadən xəbər verir ki, Konnektikut ştatını təmsil edən senator bu barədə "X" hesabında paylaşım edib.
“Yekun sazişin imzalanıb-imzalanmayacağını heç kim bilmir. Amma əgər bu baş versə, eyni anda iki həqiqət olacaq: mahiyyət etibarilə bu, İran qarşısında kapitulyasiyadır və biz buna sevinməliyik, çünki bu mənasız və qanunsuz müharibə davam etdikcə ABŞ daha da zəifləyir”, - deyə Mörfi bildirib.
Senator vurğulayıb ki, bu “fəlakətli müharibənin” başa çatması hansı şərtlərlə olursa-olsun müsbət haldır. Onun sözlərinə görə, əldə oluna biləcək razılaşma İranın diktə etdiyi şərtlər üzərində qurulub.
Mörfi qeyd edib ki, Tehran yalnız Hörmüz boğazını açıq saxlamaqla bağlı addım atıb, lakin bunu da güzəşt hesab etmək olmaz: “Boğaz müharibədən əvvəl də açıq idi. İndi isə İran göstərdi ki, ABŞ onun boğazı bağlamasına mane ola bilmir və nəticədə Tehranın təsir imkanları artıb”.
O, həmçinin İran aktivlərinin dondurulmasının ləğvini Vaşinqtonun Tehrana boğazın açıq qalması üçün ödəniş etməsi kimi qiymətləndirib.
Senatorun fikrincə, İran nüvə silahı hazırlamamaqla bağlı yeni öhdəlik də götürməyib, çünki bu məsələ əvvəllər də Birgə Hərtərəfli Fəaliyyət Planında nəzərdə tutulmuşdu.
Mörfi əlavə edib ki, Donald Tramp administrasiyası müharibə ilə bağlı qarşıya qoyduğu hədəflərin heç birinə nail olmayıb.
“İranda hakimiyyət hələ də sərt xətt tərəfdarlarının əlindədir. ABŞ-ın ən güclü zərbəsindən sonra belə onlar göstərdilər ki, boğazı bağlaya bilərlər və əvvəlkindən daha güclü olublar. İranın hələ də raketləri, pilotsuz uçuş aparatları və nüvə proqramı var”, - deyə senator bildirib.
Onun sözlərinə görə, yekun razılaşmanın ümumiyyətlə imzalanmaması və ABŞ-ın yaxın gələcəkdə yenidən hərbi əməliyyatlara qayıtması ehtimalı da yüksəkdir.
Eyni anda İKİ HƏQİQƏT: ABŞ İrana TƏSLİM OLDU - Senatordan SƏS-KÜYLÜ PAYLAŞIM
16
iyun
15:02
Qarabağ
OXŞAR XƏBƏRLƏR
“İlk iki həftə İran üçün KRİTİK DÖVRDÜR, iqtisadi böhran baş verərsə…” – Fərid Şəfiyevlə MÜSAHİBƏ
Azərbaycanda kino sahəsini FETÖ tam ələ keçirmək istəyir!
Bu artıq MÜHARİBƏ DEYİL: Yaxın Şərq yenidən BÖLÜNÜR - Azərbaycan üçün yaranan YENİ MƏNZƏRƏ
Xaricdə təhsil vədi verən “Pilgrim Education” ailələri aldatmağa davam edir — ŞİKAYƏT
Rusiya İrana görə ABŞ-la qarşıdurmaya GİRƏCƏKMİ? – İqor Pankratenko ilə MÜSAHİBƏ
- Putinin 9 günlük SUSQUNLUĞU, Dilican görüşü və... 2 aya hazırlanacaq SƏNƏD
- NATO-nu Rusiya ilə müharibəyə bu ölkə TƏHRİK EDİR: Detallar AÇIQLANDI
- Masazırda evlər hələ də SU ALTINDA QALIB - ADSEA problemi ARADAN QALDIRMIR - İnsanlar bezib... - FOTO
- Türkiyəni dəyişəcək proses BAŞLAYIR: Üç gün keçiriləcək iclasda nələr QƏBUL EDƏCƏK?
- Məmmədli kəndində yolların yararsız vəziyyətindən ŞİKAYƏT - VİDEO
- Eyni anda İKİ HƏQİQƏT: ABŞ İrana TƏSLİM OLDU - Senatordan SƏS-KÜYLÜ PAYLAŞIM
- Türkiyə YENİ DÖVRƏ hazırlaşır - Yunanıstanda NARAHATLIQ
- Trampdan SON DƏQİQƏ İran açıqlaması - Tehrandan gələn VACİB ZƏNG
- İran Hörmüz boğazında ABŞ helikopterini VURDU - “Vaşinqton CAVAB VERƏCƏK”
- Tehranın YENİ TAKTİKASI: İlk zərbəni endirmək üçün... - GİZLİ MƏQSƏD BİLİNDİ
- Türkiyənin bu addımı İsraili AYAĞA QALDIRDI - Təl-Əviv çıxış yolu AXTARIR
- Dünya Çempionatı başlayır - TƏQVİM
- Bu gün futbolun YENİ ERASI başlayır - Türkiyə MEYDANDA, dünya EKRAN BAŞINDA...
- İran Trampın razılaşma elanına REAKSİYA VERDİ
- VƏKİL ABBASOV – SSRİ tarixində “ƏMƏK ŞÖHRƏTİ” ordeninin ilk tam kavaleri olan AZƏRBAYCANLI NEFTÇİ
- SON DƏQİQƏ! Hücum başlayır… - Netanyahu orduya ƏMR VERDİ
- İrəvanın Kremlə qarşı “SİYASİ ŞOU”sunun PƏRDƏARXASI: Putin Paşinyanın oturduğu “İKİ STUL”dan birini niyə “SINDIRIR”
- Pulsuzluq İranı təslim olmağa MƏCBUR EDƏCƏKMİ? – Trampın ümidi BUNADIR
- Trampdan İranla bağlı SİRLİ GEDİŞ – Böyük PLAN NƏDİR?
- Kreml Trampın “UĞURSUZ MESAJ”ını ələ keçirtdi: Ukrayna savaşı niyə “SÜLH MASASI”nda gizlədilir
- Kreml Pekindən Ağ Evə sarsıdıcı ZƏRBƏ VURDU: ABŞ Rusiya-Çin tandeminə niyə MƏĞLUB OLUR
- Trampdan SON DƏQİQƏ İran açıqlaması - Tehrandan gələn VACİB ZƏNG
- İran Hörmüz boğazında ABŞ helikopterini VURDU - “Vaşinqton CAVAB VERƏCƏK”
- Kiyev Ukrayna savaşını artıq Rusiya ərazisinə KEÇİRİR: Kreml isə “BÖYÜK FIRTINA”dan öncə “GİZLİ SÖVDƏLƏŞMƏ” istəyir
- Ukraynadan ildırım sürəti ilə İRƏLİLƏYİŞ - Starlink əməliyyatı Rusiyanın müdafiəsini DAĞITDI
- Zelenskidən TƏCİLİ AÇIQLAMA - Rusiya “Oreşnik”lə DƏHŞƏTLİ ZƏRBƏYƏ hazırlaşır
- Tehranın YENİ TAKTİKASI: İlk zərbəni endirmək üçün... - GİZLİ MƏQSƏD BİLİNDİ
- Dünyanı lərzəyə salacaq NÜVƏ QƏRARI: Xameneyidən orduya URAN ƏMRİ
- Türkiyənin bu addımı İsraili AYAĞA QALDIRDI - Təl-Əviv çıxış yolu AXTARIR