Sərhəd xəttində aparılan mühəndis işləri ilə bağlı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama verib.
Kainat.tv Musavat.com-a istinadən xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan jurnalistlərə açıqlamasında bildirib ki, söhbət böyük ehtimalla Nerkin Hand kəndi yaxınlığındakı Şikahox qoruğundan gedir.
Onun sözlərinə görə, mühəndis-istehkam qurğularının tikintisi zamanı ağacların kəsilməsi adi praktikadır. Baş Qərargah rəisi qeyd edib ki, süni və partlayıcı olmayan maneələrin yaradılması üçün də ağacların kəsilməsindən istifadə olunur.
Jurnalistlərin bu cür fəaliyyətlə bağlı niyə ictimai etiraz səsləndirilmədiyi və məsələnin siyasi kanallarla Azərbaycana çatdırılıb-çatdırılmadığı barədə sualına Asryan aidiyyəti qurumlara müraciət etməyi tövsiyə edib.
Asryan həmçinin bildirib ki, Ermənistan sərhədlərin delimitasiyası prosesi çərçivəsində rəsmi olaraq bəyan etdiyi 29 743 kvadrat kilometrlik ərazisinin bir metrindən belə imtina etməyəcək. Onun sözlərinə görə, delimitasiya prosesi konkret tarixi xəritə əsasında aparılır və həmin xəritə Baş Qərargahda da mövcuddur. O qeyd edib ki, delimitasiya komissiyasının tərkibində kartoqrafiyanı yaxşı bilən hərbi nümayəndə iştirak edir.
Baş Qərargah rəisinin sözlərinə görə, 2021 və 2022-ci illərdə baş vermiş hadisələrdən sonra Azərbaycanın nəzarətinə keçən Ermənistan əraziləri delimitasiya prosesi nəticəsində Ermənistanın nəzarətinə qaytarılacaq.
Baş Qərargah rəisi 2022-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Cermuk yaxınlığındakı ərazilərdən geri çəkilməyə məcbur olacağını bildirməsi ilə bağlı sualı da cavablandırıb. O, həmin vaxt verdiyi açıqlamanın doğru olduğunu söyləyib və əlavə edib:
“Əgər o vaxt bunu demişəmsə, deməli, lazım idi. Amma niyə belə dediyimi açıqlamayacağam.”
Zəngəzur sərhədində NƏ BAŞ VERİR? -Ermənistan Baş Qərargahından AÇIQLAMA
09
iyun
23:55
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Zəngəzur dəhlizi - iqtisadi dividendlərdən siyasi sabitliyə - TƏHLİL
Ermənistan parlamentində saxta “XƏRİTƏ” ŞOUSU; revanşistlər yenidən HƏRƏKƏTLƏNDİ; Bakıdan SƏRT XƏBƏRDARLIQLAR
Sumqayıt Dənizkənarı Parkda Ağacların Kütləvi Kəsilməsi – Mövcud Vəziyyət, İddialar və İctimai Narahatlıq
Şükürov ona işgəncə verən ermənilərin adlarını çəkdi - MƏHKƏMƏ (FOTOLAR)
Milli Məclis MÜHÜM QƏRAR VERDİ - Bələdiyyələrlə bağlı...
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- İran ABŞ-dan TƏZMİNATI əvəzinə nə alacaq? - YENİ DETALLAR
- Avropada SANKSİYA DALĞASI - Bu dəfə İsveçrə Rusiyanı “VURDU”
- Rəsmilər İsveçrəyə TOPLAŞIRLAR: Yaxın Şərq probleminin birdəfəlik həlli üçün SON 24 SAAT
- NATO Ermənistana GİRDİ, Rusiya HƏDƏFƏ ALINDI: Cənubi Qafqazda hərbi-siyasi BALANS POZULUR
- Putinin 9 günlük SUSQUNLUĞU, Dilican görüşü və... 2 aya hazırlanacaq SƏNƏD
- Avrasiyada "BÖYÜK DEPRESSİYA DÖVRÜ" başlayır: TDT Orta Asiyada Rusiya və Çinin ƏSARƏT SİSTEMİNİ dağıdır
- Sülh üçün ilk REAL ŞANS: Ukrayna müharibəsi ilə bağlı BÖYÜK BİRLƏŞMƏ alındı
- Ermənistanla Rusiya arasında körpülər sürətlə YANMAQDADIR – ilginc GƏLİŞMƏLƏR
- Dilicandan GƏLƏN MESAJ: Hikmət Hacıyevin Ermənistana səfəri Cənubi Qafqazda YENİ MƏRHƏLƏnin başlanğıcıdır - FOTO
- SON DƏQİQƏ! Rusiyada HƏYƏCAN: Hava limanı BAĞLANDI: Sərnişinlər 2 gündür terminallarda GECƏLƏYİR
- ABŞ ilə İran arasında MÜHARİBƏ BİTDİ? - Brayza Minsk Qrupunu NÜMUNƏ GƏTİRDİ
- Kreml Trampın “UĞURSUZ MESAJ”ını ələ keçirtdi: Ukrayna savaşı niyə “SÜLH MASASI”nda gizlədilir
- Kreml Pekindən Ağ Evə sarsıdıcı ZƏRBƏ VURDU: ABŞ Rusiya-Çin tandeminə niyə MƏĞLUB OLUR
- Trampdan SON DƏQİQƏ İran açıqlaması - Tehrandan gələn VACİB ZƏNG
- İran Hörmüz boğazında ABŞ helikopterini VURDU - “Vaşinqton CAVAB VERƏCƏK”
- Kiyev Ukrayna savaşını artıq Rusiya ərazisinə KEÇİRİR: Kreml isə “BÖYÜK FIRTINA”dan öncə “GİZLİ SÖVDƏLƏŞMƏ” istəyir
- Ukraynadan ildırım sürəti ilə İRƏLİLƏYİŞ - Starlink əməliyyatı Rusiyanın müdafiəsini DAĞITDI
- Zelenskidən TƏCİLİ AÇIQLAMA - Rusiya “Oreşnik”lə DƏHŞƏTLİ ZƏRBƏYƏ hazırlaşır
- Tehranın YENİ TAKTİKASI: İlk zərbəni endirmək üçün... - GİZLİ MƏQSƏD BİLİNDİ
- Dünyanı lərzəyə salacaq NÜVƏ QƏRARI: Xameneyidən orduya URAN ƏMRİ
- Türkiyənin bu addımı İsraili AYAĞA QALDIRDI - Təl-Əviv çıxış yolu AXTARIR