İsrail və "Hizbullah" hərəkatı atəşkəs barədə razılığa gəliblər.

Kainat.tv xəbər verir ki, bu barədə ABŞ-nin yüksək vəzifəli rəsmisi "Reuters" agentliyinə bildirib.

Məlumata görə, əldə olunmuş razılaşmanın bu gün saat 16:00-da (Bakı vaxtı ilə saat 17:00-da) qüvvəyə minib.

Lakin qeyd olunan bu məlumat hələlik rəsmi tərəflər tərəfindən tam təsdiqlənməyib.

Xatırladaq ki, bir müddət əvvəl Almaniyanın "Bild" nəşri İranın Hörmüz boğazından gəmilərin keçidini məhdudlaşdırdığı barədə məlumat yayıb. Bu hadisədən sonra ABŞ prezidenti Donald Tramp bəyanat yayaraq, İranın heç bir pul almayacağını bildirib. /)Musavat.com