Bələdiyyələrin sayının azalmasına “hə” deyildi, cərimələrlə bağlı müzakirələr aparıldı, İnzibati Xətalar Məcəlləsinə yeni əlavələr təsdiqləndi
18 oktyabrda Milli Məclisin növbəti iclası keçirildi. Spiker Sahibə Qafarova giriş nitqində Müstəqilliyin Bərpası Günü ilə bağlı çıxış etdi. Bildirdi ki, bizim iclasımız Azərbaycan tarixində taleyüklü rol oynamış bir hadisənin ildönümünə təsadüf edir: “33 il öncə bu gün Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunması xalqımızın dövlətçilik potensialının yenidən təzahür etməsi və müstəqillik arzusunun gerçəkləşməsi idi.
Bildiyiniz kimi, son yüz ildən artıq dövrdə Azərbaycan xalqına siyasi müstəqillik imkanı iki dəfə nəsib olmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qurulması milli inkişaf tariximizin son dərəcə önəmli hadisəsidir. Parlamentli respublika sisteminin tətbiq edilməsi, demokratik və dünyəvi dövlət quruculuğu yolunda atılan addımlar təkcə Azərbaycanın deyil, bütün müsəlman Şərqinin siyasi inkişafında yeni mərhələ açmışdı. Təəssüf ki, xalqımızın əsrin əvvəllərində qurduğu dövləti cəmi 23 ay yaşaya bilmişdir. 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa edən dövlətimiz üçün də əslində eyni tale yazılmışdı. Hamımız yaxşı xatırlayırıq, hörmətli həmkarlar, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmiz ağır problemlər qarşısında qalaraq dərin siyasi, iqtisadi və hərbi böhran vəziyyətinə düşmüşdü”. Spiker dedi ki, 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdan dünya miqyaslı siyasi və dövlət xadimi Ulu Öndər Heydər Əliyev misilsiz idarəçilik məharəti və siyasi uzaqgörənliyi, əzmkarlığı və yorulmaz səyləri nəticəsində Azərbaycanı gözləyən fəlakətlərin qarşısını almağı, dövlətin qarşısında dayanan ağır problemləri həll etməyi bacardı.
Spiker çıxışının sonunda təklif etdi ki, Milli Məclis adından Prezidentə və birinci xanıma təbrik ünvanlansın. Deputatlar alqışlarla təklifi dəstəklədilər.
Daha sonra Sahibə Qafarova oktyabrın 10-da və 11-də Tacikistan Respublikasına, oktyabrın 13-dən 15-dək isə İsveçrə Konfederasiyasına işgüzar səfərləri, keçirdiyi görüşləri, iştirak etdiyi tədbirlər barədə danışdı.
Milli Məclis sədrinin I müavini Əli Əhmədov çıxışında dedi ki, bu gün Azərbaycana qarşı xaricdən təhdidlər var: “Ölkəmizə qarşı belə təhdidlərin olması Azərbaycan cəmiyyətini daha da birləşdirir və onun təhdidlərə qarşı immunitetini daha da möhkəmləndirir. Azərbaycan xalqı bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir. Azərbaycan sülh proqramını açıq şəkildə bəyan edib. Kimlərinsə xoşuna gəlməsindən asılı olmayaraq, sülh siyasətini həyata keçirməkdə davam edir”.
Deputat Aqil Abbas Milli Məclisdə çıxış edərək maraqlı ideya irəli sürdü. O, İstanbulu fəth edən Sultan Mehmet Fatehlə Xankəndini, Şuşanı azad edən Prezident İlham Əliyevdən danışdı. Bildirdi ki, Sultan Mehmet Fateh İstanbulu fəth edib orada Türk bayrağı qaldırmaqla adını tarixə yazdırdı, Prezident İlham Əliyev də Qarabağı işğaldan azad edib Xankəndidə Azərbaycan bayrağı qaldırmaqla adını tarixə yazdırdı".
A.Abbas ardınca bildirdi ki, Türkiyədə Sultan Mehmet Fatehin adını yaşatmaq üçün “Fatehlər fatehi Sultan Mehmet” adlanır: “Mən inanıram ki, bizdə çəkiləcək film də ”Fatehlər Fatehi Prezident İlham Əliyev adlanacaq".
Komitə sədri Siyavuş Novruzov bildirdi ki, bu gün dünyada 5 minə yaxın xalq var. Amma onların yalnız 200-nün dövləti var və BMT-nin üzvüdür. Hətta bu dövlətlərin də bəziləri müstəqil deyil, Ermənistan kimi. Azərbaycanın isə tam müstəqil ölkə olduğunu deyən S.Novruzov 90-cı illərə ekskurs etdi. Qeyd etdi ki, 1991-ci ildə Azərbaycanın müstəqilliyi elan olunan 14-cü sovet respublikası oldu:
“Bizdən qabaq demək olar ki, bütün ölkələr özlərinin müstəqilliklərini bəyan etmişdilər”. Komitə rəhbəri daha sonra bildirdi ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqil ölkə olaraq yaşaya biləcəyini deyəndə burada bəziləri ayaqlarını yerə döyürdülər: “Heydər Əliyev Azərbaycana parlament mədəniyyəti gətirdi”.
Deputat Razi Nurullayev bildirdi ki, 18 oktyabr-Azərbaycanın Müstəqilliyinin Bərpası Günü tariximizin ən şanlı səhifələrindən biridir. Qeyd etdi ki, 1991-ci ildə xalqımız buxovları sındıraraq öz müstəqil dövlətini yenidən bərpa etdi və azadlıq arzusunu gerçəkləşdirdi: “Bu əlamətdar gündə, qəhrəman xalqımızın birliyini, azadlıq sevgisini və qətiyyətini bir daha xatırlayırıq. Müstəqilliyimiz əbədidir!” Deputat sakinləri narahat edən bir məsələdən də bəhs etdi: “Bəzi binalarda, evlərdə təbii qaz yoxdur. Həmin binalar və evlər də hər kəs kimi elektrik enerjisinə görə bərabər tarif ödəyir. Bu məsələ ciddi narazılıq yaradır və xeyli müraciətlər almışam. Elə deputatı olduğum İmişlidə də belə binalar və yerlər var. Səbəb isə binalar tikilən zaman təbii qaz infrastrukturunun nəzərə alınmamasıdır. Amma, bu vətəndaşın günahı deyil ki. Mən araşdırdım və gördüm ki, bir sıra ölkələrdə bunlar nəzərə alınıb və bu tip binalarda yaşayanlara elektrik enerjisi güzəştli tariflərlə satılır. Obyektiv səbəblərdən təbii qazla təmin olunmayan bina və evlərdə yaşayan ailələrin güzəştli şərtlərlə elektrik enerjisi ilə təmin olunmasını təklif edirəm. Qarşıdan qış gəlir və havalar artıq soyuyub. Bu məsələnin tez bir zamanda müzakirəsinin keçirilməsini vacib bilirəm. Həm də aidiyyəti dövlət orqanlarının, o cümlədən Nazirlər Kabinetinin bu məsələ ilə bağlı mövcud durum və planlar haqqında bizə də məlumat verməsini xahiş edirəm”.
İnsan hüquqları komitəsinin sədri Zahid Oruc dedi ki, xalqımız 8 noyabr Zəfər, 20 sentyabr Suverenlik gününə qədər 1991-ci ildə qazandığı müstəqilliyi öz təqvimində qara haşiyənin işğalı altında qeyd edirdi: “2024-cü ilin 18 oktyabrı əsla 33 il əvvəlki tarix deyil, parlaq Vətən müharibəsinin nəticəsidir. Yulian təqvimini qalibiyyətləri ilə Roma imperiyasına bəxş edən Sezar kimi, ordu və xalqı ilə birlikdə İlham Əliyev də Azərbaycanın qələbələrini somvollaşdırdı, işğal keçmişindən, məğlubiyyət, soyqırım, köçkünlük əsrindən xilas olduğu yeni təqvim yaratdı”.
İclasda bələdiyyələrin birləşdirilməsi ilə bağlı müzakirələr zamanı çıxış edən Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov dedi ki, bələdiyyələrin sayı 685-ədək azaldılacaq. Komitə sədri xatırlatdı ki, zibillərin daşınması bələdiyyələrin səlahiyyələrinə aid deyil. Onun sözlərinə görə, əslində, bu iş bələdiyyələrə həvalə edilməlidir: “Amma bu gün həmin işləri hansısa şirkətlər tərəfindən icra olunur. Bir çox hallarda şahidi oluram ki, vətəndaşlar zibillərin daşınması üçün pul verdiklərini bildirir, lakin atılmayanda, bələdiyyələri günahkar çıxarırlar. Buradan bir daha təkrar edirəm ki, bu işə bələdiyyə baxmır. Əslində, bu iş bələdiyyələrə həvalə edilməlidir. Amma bu gün həmin işləri hansısa şirkətlər tərəfindən icra olunur. Bir çox hallarda şahidi oluram ki, vətəndaşlar zibillərin daşınması üçün pul verdiklərini bildirir, lakin atılmayanda, bələdiyyələri günahkar çıxarırlar. Buradan bir daha təkrar edirəm ki, bu işə bələdiyyə baxmır”.
Deputat Qüdrət Həsənquliyev bələdiyyələrin sayının azaldılmasına fərqli yanaşmasını ortaya qoydu: “Hörmətli Siyavuş Novurzov qeyd elədi, bundan əvvəl, 1999-cu ildə bələdiyyələr yaradılanda 2736 bələdiyyə olub. Onları bir neçə dəfə birləşdirməklə sayı 1605-ə düşmüşdü. İndi də təqribən 3 dəfəyə yaxın azaldılır ki, 685-ə endirilir. Bunun üçün biz əvvəl qəbul etdiyimiz qanunlara uyğun olaraq yoxlama aparmalıyıq ki, birləşmələr nə dərəcədə özünü doğruldur. Onun müsbət nəticələri nədən ibarət olub? Hörmətli Əli Məsimov qeyd elədi ki, bələdiyyələrin 50 milyon ümumi büdcəsi var, onun da 10 milyonu xidmətlərə və digər xidmətlərin görülməsinə sərf olunur. Əslində bələdiyyələr vətəndaşlar və dövlət üçün də bir yükə çevrilib. Hörmətli həmkarımız Elman Nəsirov iclas başlayanda dedi ki, ”mənim bir arzum var". Mənim də bir arzum var ki, Siyavuş Novruzov tez-tez belə təşəbbüslərlə çıxış eləsin və bələdiyyələrin sayı 1-ə düşsün. Bir gün də bir layihə gətirsin ki, bələdiyyələri ləğv edək". Millət vəkili əlavə etdi ki, həqiqətən də bu statusla bələdiyyələr faktiki olaraq bir institut, yerli özünüidarə orqanı kimi özünü doğrultmadı: “Bələdiyyələr yeni yaradılanda, biz deyirdik ki, zamanla təcrübə toplayacaqlar, onların səlahiyyətləri genişlənəcək. Əksinə, biz onu müşahidə elədik ki, mərkəzi icra hakimiyyəti orqanları hətta yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərini özlərinə götürməyə başladılar. Bu gün rayon icra hakimiyyətlərinin belə çox məhdud səlahiyyətləri var. Ona görə də biz bələdiyyələri də inkişaf etmiş Avropa ölkələrindən götürmüşük. Hər kəs internet vasitəsilə bizdə olan bələdiyyələrlə Avropa ölkələri bələdiyyələrinin səlahiyyətlərini qarşılıqlı olaraq müqayisə edə bilər. Ona görə də mən buna səs verəcəyəm. Amma o mənada səs verəcəyəm ki, yəni bunlar axırda yoxa çıxsınlar”.
Odla ehtiyatsız davranma nəticəsində ağacların, kolların və ya digər yaşıllıqların məhv edilməsinə görə iki min beş yüz manatadək məbləğdə cərimə müəyyən edilir. İclasda İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 253.6-cı maddəyə əsasən, odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma nəticəsində ağacların, kolların və ya digər yaşıllıqların məhv edilməsinə və ya zədələnməsinə görə fiziki şəxslər 1000 manatdan 1200 manatadək məbləğdə, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək məbləğdə cərimə ediləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edildi.
Qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsməyə görə də cərimələr dəyişir, cəzalar sərtləşdirilir. Bunlar Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda - cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Qüvvədə olan qanuna əsasən, meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə və külli miqdarda ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Layihə ilk oxunuşda təsdiqləndi.
İclasda “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) müzakirələrdən sonra qəbul edildi. “Yeni Müsavat”
Milli Məclis MÜHÜM QƏRAR VERDİ - Bələdiyyələrlə bağlı...
19
oktyabr
10:57
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Səfir: Azərbaycan son 33 ildə böyük inkişafa NAİL OLUB
Cəbrayıl haqda yayılan bu məlumat narahatlıq doğurdu – HƏBSLƏR OLACAQ?
Azərbaycan və Ermənistan RAZILAŞDI - Səylər artırılacaq / YENİ
Fransa bacarmadı: Türkiyə “SOM Şahin”i Bakıya verir
Can üstə qalıb, yan üstə qoyulan HACIQABUL: Sosial və ekoloji problemlərə biganə məmurlardan ŞİKAYƏT - FOTO / YENİLƏNİB
- QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
- Putin qərarı YENİLƏDİ: İrəvanda “ÇİRKLİ BOMBA” həyəcanı
- İcra hakimiyyətində ƏMƏLİYYAT: SAXLANILANLAR VAR? - FOTO
- Ağcəbədi 9 saylı RMTM-nin direktor müavini borca, xərcə girib Muxtar Babayevdən VƏZİFƏ İSTƏYİR
- Səfirlik Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ EDİB
- "Hizbullah"a AĞIR ZƏRBƏ - Raket hücumlarına cavabdeh komandirlər ÖLDÜRÜLDÜ
- Kiyevdə hava hücumu TƏHLÜKƏSİ: Şəhərdəki səfirliklər BAĞLANIR
- Pezeşkian paytaxtı Tehrandan köçürməyə HAZIRLAŞIR
- Binəqədi RİH Xocasəndə qanunsuz tikililərə ŞƏRİKDİR? – Arxitektura Komitəsi HARA BAXIR?
- Bakı ilə Ankara arasında “SOYUQLUQ” var? - DETALLAR
- 400 məktəbin təmirə ehtiyac var - NAZİR
- Trampla Zelenski arasında GİZLİ RAZILAŞMA: Güc balansı dəyişir - Moskva TƏHLÜKƏDƏ
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- Moskvadan SON DƏQİQƏ açıqlaması – İrəvan GERİ ÇƏKİLİR
- Yardımlı RİH-də “UŞAQLAR və EKOLOGİYA” adlı VI Ümumrespublika Forumunda iştirak edəcək uşaqlarla GÖRÜŞ KEÇİRİLİB
- QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
- TƏCİLİ! Zəngəzur dəhlizi ilə bağlı SON DURUM: Şərtlər BELƏDİR
- Zəngəzurda savaş ANONSU - Bakı ərazini nəzarətə götürərək...
- Dünya müharibəsi MESAJI: “Tramp gəlməmiş başlamaq istəyirlər”
- COP29 gündəliyi - 17.11.2024
- Britaniya və ABŞ Bakıda saziş İMZALADI
- Minimum pensiya məbləği də artırıldı – ŞAD XƏBƏR
- Tramp Putini qlobal izolyasiyadan ÇIXARIR: Fransa Rusiya ilə yaxınlaşmağa çalışan Almaniyaya siyasi SAVAŞ AÇIR
- Tehran KÜNCƏ SIXIŞDIRILDI: ABŞ strateji bombardmançıları Yaxın Şərqə GÖNDƏRDİ
- Fransızlara "DAĞ ÇƏKƏN" məşhur FIRILDAQÇI: Eyfel qülləsini "METALLOM" kimi satdı
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- SON DƏQİQƏ! Türkiyə HƏRƏKƏTƏ KEÇDİ: havadan zərbələr endirildi - ÖLƏNLƏR VAR
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- Azərişıq-dan şəhid ailələrinə və qazilərə xüsusi DİQQƏT və QAYĞI
- Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
- İsrail Tehranda daha bir hərbi zavoda HÜCUM ETDİ
- Moskvadan SON DƏQİQƏ açıqlaması – İrəvan GERİ ÇƏKİLİR
- Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi?