Yaxın Şərqdə genişlənən münaqişə fonunda Türkiyə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) təhlükəsizliyini təmin etmək üçün mühüm hərbi addım atıb.
Kainat.tv Musavat.com-a istinadən xəbər verir ki, martın 9-da Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd "F-16 Fighting Falcon" qırıcısı və müasir hava hücumundan müdafiə sistemləri adaya gətirilib.
Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) yaydığı rəsmi bəyanatda bildirilir ki, bu addım bölgədə baş verən son hadisələr (İran-İsrail-ABŞ müharibəsi) fonunda ŞKTC-nin təhlükəsizliyinin artırılmasına yönəlmiş "kademeli planlaşdırma"nın tərkib hissəsidir. Qırıcılar adaya eniş etdikdən dərhal sonra nümayiş uçuşu həyata keçirərək bölgədəki hərbi güclərə özünəməxsus mesaj veriblər.
Qeyd edək ki, Türkiyənin bu addımı Cənubi Kiprdəki (GKRY) hərəkətlilikdən dərhal sonraya təsadüf edir:
• Ötən həftə Yunanıstana məxsus 4 ədəd "F-16V" qırıcısı Pafos hava limanına eniş edib;
• Fransa "Languedoc" freqatını və "Charles de Gaulle" aviadaşıyıcısını bölgəyə göndərib;
• İngiltərə isə Kiprdəki Akrotiri bazasını qorumaq üçün pilotsuz təyyarələrə qarşı raketlərlə təchiz olunmuş "Wildcat" helikopterlərini adaya cəlb edib.
Ankara bəyan edib ki, hadisələrin inkişafından asılı olaraq adada əlavə təhlükəsizlik tədbirləri görülə bilər.
Türkiyə Şimali Kiprə F-16 QIRICILARI YERLƏŞDİRDİ: Bölgədə hərbi hərəkətlilik PİK HƏDDƏ
09
mart
15:35
Qarabağ
OXŞAR XƏBƏRLƏR
“Türk dünyasındakı 100 illik hədəf addım-addım HƏYATA KEÇİR” - OLAY kimi sözlər
İki türk ölkəsindən KRİTİK ADDIM: nə baş verir? – ÖZƏL
İstanbuldan verilən MESAJLAR - Azərbaycana dəstəklə bağlı İLGİNC AÇIQLAMALAR
ABŞ-ın ŞOK PLANI: Türkiyə ilə sərhədə görün nə göndərir - Bu ada ƏLƏ KEÇİRİLİR?
Orta dəhliz savaşında KİPR TƏLƏSİ: Bakı və Ankaraya qarşı oyunda nələr var? - TƏHLİL
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI