Ukrayna Rusiyanın Kursk vilayətinin ələ keçirilən hissəsinə nəzarəti itirərsə, rus ordusu genişmiqyaslı hücuma başlayaraq daha çox ərazini, xüsusən də həmsərhəd Sumı bölgəsini ələ keçirə bilər.
Kainat.tv xəbər verir ki, bu barədə “Vaşinqton Post” yazır.
ABŞ nəşri qeyd edir ki, Ukraynanın Kurska diqqətini davam etdirməsi Kiyev üçün buranın saxlanmasının nə qədər vacib olduğunu göstərir. Xüsusən də ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın yaxınlaşan qayıdışının danışıqlar masasına gəlmək üçün hər iki tərəfə təzyiqi artıra biləcəyi nəzərə alındıqda...
“Ukrayna rəsmiləri xəbərdarlıq edirlər ki, əgər onların qoşunları sərhədi keçərək geri çəkilsələr, Rusiyanın Kurskda yerləşdirdiyi 60 minlik hərbi qüvvə onların ardınca Ukraynaya daxil olacaq və daha çox ərazini işğal edəcək”, - məlumatda deyilir.
Nəşr vurğulayır ki, Ukrayna üçün Kursk əks-hücum gücünün simvoludur, çünki keçən il yeganə önəmli irəliləyiş məhz burada əldə edilib. Bu ərazi həm hərbi, həm də siyasi mənada vacibdir: onun itirilməsi istənilən diplomatik təşəbbüslərdə Ukraynanın mövqelərinin zəifləməsi demək olardı.
Ukrayna hərbçiləri Rusiya qüvvələrinin ciddi təzyiqlərinə baxmayaraq, bölgəni saxlamağa çalışır.
Ara-sıra keçirilən əks-hücumlar vəziyyəti müəyyən qədər sabitləşdirməyə imkan verir, amma Rusiyanın resurs və say baxımından üstünlüyü bu işi çətinləşdirir. //Teleqraf.com
Bölgədə ÖLÜM-QALIM SAVAŞI: “Geri çəkilsək, 60 minlik ordu ÖLKƏMİZƏ GİRƏCƏK”
11
yanvar
17:17
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Rus hərbçilər Ermənistandan KÖÇÜR - Kreml Cənubi Qafqaz doktrinasını DƏYİŞİR?
NATO Rusiya ilə savaşa məcbur olacaq: Polşalı nazir Ukrayna barədə SENSASİON təklif verdi
Ukrayna cəbhəsi DAĞILDI: Rusiya ordusu sürətlə İRƏLİLƏYİR
2025-ci ildə bürcləri hansı YENİLİKLƏR GÖZLƏYİR?
Tramp Ukraynanı yox etmək QƏRARI VERİB, qorxunc "PLAN"ın gizli detalları MƏLUM OLDU: Rusiyaya qarşı sanksiyalar ləğv ediləcək və...
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI