Tramp administrasiyası "Kelloq planı" ilə Ukrayna dövlətçiliyini müəyyən mənada, "dəfn" etmək niyyətindədir... Ağ Evin yeni sahibi, əslində, ədalətli sülh barədə deyil, Rusiyanın maraqlarını təmin etməklə, Ukrayna savaşını dayandırmağı düşünür...
Ukrayna savaşının gələcək inkişaf istiqamətləri indi kifayət qədər ciddi mübahisə və müzakirələrə yol açmağa başlayıb. Hər halda, hazırda bu savaşın növbəti mərhələdə doğura biləcəyi nəticələr müəmmalı xarakter daşıyır. Üstəlik, Ukrayna savaşına və Rusiya ilə münasibətlərin necə olacağına yönəlik də ümumi yekdil mövqe mövcud deyil. Və bu baxımdan, kollektiv Qərbin hazırda olduqca taleyüklü strateji seçim qarşısında olduğu qətiyyən şübhə doğurmur.
Onu da qeyd etmək lazımdır ki, mövcud situasiya Ukraynanın bir dövlət olaraq, gələcək taleyini böyük risk altında buraxır. Hər halda, bu ölkənin gələcək taleyi barədə də yekdil mövqe və təsəvvürlər mövcud deyil. Bəzi Qərb siyasi dairələri Ukraynanın ərazi bütövlüyünün təmin edilməsinə qədər rəsmi Kiyevə hər cür dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayırlar. Digər tərəfdən isə Ukraynanın bir neçə yerə parçalanması, hətta ümumiyyətlə, xəritədən silinməsi barədə də ehtimallar dövriyyəyə buraxılıb. Və bütün bunlar Ukrayna üçün əsl fəlakət ssenarisinin hələ irəlidə olduğunu göstərir.
Maraqlıdır ki, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukrayna savaşı ilə bağlı Qərbdə heç kimin açıq mətnlə dilə gətirmədiyi bəzi önəmli məqamları açıqlayıb. Keçmiş baş nazir bildirib ki, Ukrayna savaşı ABŞ və kollektiv Qərbin Rusiyaya qarşı "proxy war" modelində apardığı müharibədir. Qərb siyasi dairələri bu savaş sayəsində Rusiyanın ciddi şəkildə zəiflədikərək, küncə sıxışdırılmasını hədələyiblər. Və ən pisi də ondan ibarətdir ki, Qərb ölkələri bu savaşda Ukraynaya yetərincə dəstək verməyə həvəsli deyillər, hətta rəsmi Kiyevi Rusiya ilə müharibədə təkbaşına buraxmağa belə hazırdırlar.
Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun dedikləri əslində, Ukrayna üçün Rusiya ilə ən qısa zamanda sülh danışıqlarına başlamağın vacibliyini də göstərir. Yəni, rəsmi Kiyevin hələ ABŞ və Qərbin Ukraynaya Rusiya ilə savaşın sonuna qədər dəstək verəcəyinə ümid bəsləməsi reallıqdan uzaqdır. Və Zelenski hakimiyyətini təmsil edən bəzi siyasətçilərin Ukraynanın Rusiya ilə sülh danışıqlarında müəyyən önəmli ərazi itkilərinə məruz qala biləcəyini vurğulaması da situasiyanın həddindən artıq qəliz olduğunu təsdiqləyir.
Bəzi məlumatlara görə, hazırda Qərb tərəfindən Zelenski hakimiyyətinə sülh danışıqları ilə bağlı konkret addımların atılması qadağan edilib. Eyni zamanda, rəsmi Kiyevə tapşırılıb ki, Tramp administrasiyasının öz səlahiyyətlərinin icrasına rəsmən başlayacağı günə qədər Ukrayna ordusu Rusiyanın Kursk bölgəsində ələ keçirdiyi ərazilərin heç olmasa, müəyyən hissəsinə nəzarəti qorumağa çalışmalıdır. Və əgər, buna nail olunarsa, Tramp administrasiyasının Ukrayna əraziləri hesabına "sülh planı"nda müəyyən düzəlişlər mümkün ola bilər.
Onu da qeyd etmək lazımdır ki, Qərbdə rəsmi Kiyevin Ukraynanın NATO-ya rəsmi üzvlüyünə alternativ xarakter daşıyan bütün təhlükəsizlik təminatı variantlarına etiraz etməsi ciddi narazılıq doğurur. Rəsmi Kiyev bu barədə müzakirələrdə yalnız NATO-ya üzvlük qarşılığında atəşkəsə razı olduğunu bildirir. Və bu, Qərb siyasi dairələri tərəfindən pozitiv yanaşma hesab olunmur.
NATO-nun baş katibi Mark Rütte bildirib ki, Ukraynanın bu quruma üzvlüyü hazırda ikinci dərəcəli məsələdir. Onun fikrincə, indi əsas məsələ rəsmi Kiyev sülh danışıqlarına başlayarkən, Ukraynanın hərbi potensialının Rusiyaya təzyiq üçün yetərli olub-olmayacağı barədə daha aydın təsəvvürlərin yaranmasıdır. Çünki əks halda, "sülh masa"sında Rusiya özünü daha inamlı hiss edə bilər. Və bu, Ukraynanın ərazi itkilərinin əhatə dairəsini genişləndirə biləcək neqativ faktordur.
Digər tərəfdən, məlum olub ki, Ukraynanın yaxın vaxtlarda Rusiya ilə sülh danışıqlarına başlaması artıq qaçılmaz prosesdir. Çünki Tramp administrasiyasının Ukrayna savaşını dayandırmaq üçün hazırladığı fəaliyyət planı ən incə detallarına qədər ortaya çıxıb. "Kelloq planı" adlanan sənəd bu ilin aprel ayında - ABŞ-da keçirilən prezident seçkilərindən xeyli əvvəl hazırlanıb. Həmin sənədin müəllifi olan Kelloq ABŞ prezidenti Donald Tramp tərəfindən Ağ Evin Ukrayna üzrə xüsusi təmsilçisi təyin edilib. Və bu, "Kelloq planı"nın Tramp administrasiyası üçün tamamilə aktual olduğunu göstərir.
Onu da qeyd etmək lazımdır ki, məzmununa diqqət yetirdikdə "Kelloq planı"nın Ukrayna üçün əsl fəlakət ssenarisinə çevrilə biləcəyini anlamaq o qədər də çətin deyil. Belə ki, həmin plana görə, Rusiyanın izolyasiya prosesinin dayandırılması, Kremllə diplomatik münasibətlərin bərpası, prezident Vladimir Putinin beynəlxalq cinayətkar kimi təqdim olunmasından imtina nəzərdə tutulur. Eyni zamanda, həm Ukraynaya, həm də Rusiyaya sülh danışıqlarının başlanması məqsədilə təzyiq göstərilməsi planlaşdırılır.
Kremli sülh danışıqlarına stimullaşdırmaq üçün Rusiyaya sərfəli güzəştlərin olunması da nəzərdə tutulub. Belə ki, Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı proses yaxın 10 il ərzində dondurulacaq. Rusiyaya işğal etdiyi Ukrayna ərazisilərini öz nəzarətində saxlamaq imkanı veriləcək. Kreml Ukrayna ilə sülh sazişi imzalayarsa, tədricən Rusiyaya qarşı beynəlxalq iqtisadi sanksiyalar ləğv ediləcək və ABŞ-la münasibətlərin bərpası mümkün olacaq.
Ukraynaya gəldikdə isə Tramp administrasiyası sülh sazişinin imzalanacağı təqdirdə, rəsmi Kiyevə ikitərəfli təhlükəsizlik təminatı vermək və hərbi yardımları davam etdirmək niyyətindədir. Rəsmi Kiyev Rusiyanın nəzarətində qalacaq ərazilərin itirildiyini etiraf etməyə məcbur olunmayacaq, ancaq yaranacaq situasiyanı hərbi güc vasitəsilə dəyişməyə cəhd göstərilməyəcəyi barədə öhdəlik götürməli olacaq. Və əgər, rəsmi Kiyev Ağ Evin "sülh planı" əsasında aparılacaq danışıqlardan imtina edərsə, yaxud onu qəlizləşdirməyə çalışarsa, ABŞ dərhal Ukraynaya hərbi yardımları tamamilə dayandıracaq.
Belə anlaşılır ki, Tramp administrasiyası "Kelloq planı" ilə Ukrayna dövlətçiliyini müəyyən mənada, "dəfn" etmək niyyətindədir. Çünki bu plan heç bir maddəsi üzrə Ukraynaya yaxşı heç nə vəd etmir. Əksinə, rəsmi Kiyevə qarşı zorakı təzyiqlərlə Rusiyanın Ukrayna ərazisilərini işğal etməsini hər kəsə qəbul etdirilməsi nəzərdə tutulur. Və bu, onu göstərir ki, Tramp administrasiyası əslində, ədalətli sülh barədə deyil, daha çox Rusiyanın maraqlarını təmin etməklə, Ukrayna savaşını dayandırmağı düşünür.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert
Tramp Ukraynanı yox etmək QƏRARI VERİB, qorxunc "PLAN"ın gizli detalları MƏLUM OLDU: Rusiyaya qarşı sanksiyalar ləğv ediləcək və...
03
dekabr
21:20
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Bayden Trampa “QLOBAL FƏLAKƏT” ssenarisi buraxıb, GEDİR: Qoca Co dünyanı NÜVƏ SAVAŞINA sürükləyir
Tramp Putini qlobal izolyasiyadan ÇIXARIR: Fransa Rusiya ilə yaxınlaşmağa çalışan Almaniyaya siyasi SAVAŞ AÇIR
Trampın "SÜLH PLANI" Ukraynanı BİTİRİR: Kremllə gizli danışıqlar başlayıb, Kiyevin mövqeyinə isə önəm verilmir
"ZELENSKİ PLANI" qlobal fəlakət ssenarisinə çevrilir: Fransa Ukraynanın dağıdılmasını DƏSTƏKLƏDİ
Qərbdən Kiyevə dəhşətli mesajlar VERİLDİ: Ukrayna həm DONACAQ həm də...
- Tramp Ukraynanı yox etmək QƏRARI VERİB, qorxunc "PLAN"ın gizli detalları MƏLUM OLDU: Rusiyaya qarşı sanksiyalar ləğv ediləcək və...
- Ermənistanın “QAFAN ƏMƏLİYYATI” – Moskva cavab GÖZLƏYİR
- Putinin Qafqazda toqquşma PLANI – “Kərimov oyunu”nda KARTLAR AÇILDI
- DİN məlumat YAYDI: Masazırda DƏHŞƏTLİ QƏTL - arvad ərini ÖLDÜRDÜ
- Azərbaycan Səhiyyə Nazirliyində mühüm görüş keçirilib - FOTO
- Ərdoğan Əsədə tələblərini ÇATDIRDI - Əsəd vasitəçilərdən YARDIM İSTƏDİ
- Hüquq müdafiəçisi Rüfət Səfərova iki maddə üzrə ittiham irəli sürülüb - RƏSMİ
- Ukraynanın NATO-ya üzvlüyü müzakirə EDİLİR: Avropa BÖLÜNDÜ
- Köhnə avtomobili olanlara ŞAD XƏBƏR - İlk ödənişlər EDİLDİ
- NASA-dan XƏBƏRDARLIQ: "Potensial təhlükə" YAXINLAŞIR - Yerə çırpılsa, FƏLAKƏT OLACAQ
- AQTA-dan qoyun və quzu əti ilə bağlı AÇIQLAMA
- Sumqayıt və Novxanıda partlayışların ŞOK SƏBƏBİ - DİQQƏTLİ OLUN
- Yaşa görə pensiyanın MƏBLƏĞİ
- Ermənistan sərhədə QOŞUN YIĞIR: yeni savaş hazırlığı – İlk HƏDƏF BUDUR
- "Respublikanski"nin təmirə bağlanması xəstələri ÇƏTİNƏ SALDI - Baş həkim nələri AÇIQLADI?
- Füzulidə həkim SƏHLƏNKARLIĞI: 9 yaşlı uşaq əməliyyatın QURBANI OLDU
- Sumqayıtda PARTLAYIŞ: 1 nəfər dağıntılar altından sağ çıxarıldı - FOTO / VİDEO / YENİLƏNDİ
- Qərbin Fransa agenti ilə Tiflisə HECUM PLANI: Ermənistan kəşfiyyatı da FƏAL DƏSTƏK VERİR
- Beyləqanın təbii sərvəti olan sahibsiz "Göbələk" adlanan suyun ərazi və bataqlığa çevrilən ətraf mühüti - VİDEO/FOTO
- Türkiyə sərhədində MÜHARİBƏ: 32 kənd ələ keçirildi, 10 min sakin evlərini TƏRK ETDİ
- Sumqayıtın icra başçısı Zakir Fərəcov YOLA SALINIR
- SON DƏQİQƏ! Çin və Rusiya dünyaya MEYDAN OXUDU: Döyüş təyyarələri HAVALANDI
- Rusiya bu ölkələrə müharibə ELAN EDƏCƏK – ATACMS zərərsizləşdirildi
- SON DƏQİQƏ! Rusiya səmasını pilotsuz təyyarələr BÜRÜDÜ: 25-i VURULDİ
- Fransızlara "DAĞ ÇƏKƏN" məşhur FIRILDAQÇI: Eyfel qülləsini "METALLOM" kimi satdı
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- YENİ QƏRAR! Palto ilə maşın sürənlərə YÜKSƏK MƏBLƏĞDƏ CƏRİMƏ YAZILACAQ: Polis görəndə çıxarsa, cərimə 10 QAT ARTIRILACAQ
- Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
- Yaşa görə pensiyanın MƏBLƏĞİ
- Türkiyədə Rusiya təyyarəsinin yanmasının səbəbi AÇIQLANDI
- Azərişıq-dan şəhid ailələrinə və qazilərə xüsusi DİQQƏT və QAYĞI
- Nazirlərin dekabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli AÇIQLANIB
- Prezidentdən bu xanımla bağlı SƏRƏNCAM - FOTO