Türkiyə Silahlı Qüvvələri Suriyada antiterror əməliyyatlarını davam etdirir. ABŞ-nin dəstəyi ilə Ayn əl-Ərəbdə məskunlaşan və bölgədən çıxmaq istəməyən PKK/YPG terror təşkilatı davamlı olaraq Türk Silahlı Qüvvələrinin dəmir yumruğunu başları üzərində hiss edir.
Kainat.tv xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Döyüş təyyarələri, PUA və artilleriya atəşi ilə indiyədək çoxlu sayda can və hərbi texnikanı itirən terrorçular hərəkət qabiliyyətindən məhrum olunurlar.
Axşam saatlarında təşkilatın təbliğat fəaliyyəti üçün də istifadə edilən Ayn əl-Ərəbdəki rabitə qülləsi Türkiyə PUA-ları tərəfindən vurulub. Bu əməliyyatla terror təşkilatı internetdən məhrum edilib. Bir çox terrorçunun zərərsizləşdirildiyi barədə məlumat da var. Təşkilat arasında əsas fikir ondan ibarətdir ki, bu həmlələr mümkün böyük əməliyyata hazırlıqdır.
Dünən Türkiyə F-16-ları Raqqanın qərbində əl-Camiyyə xəttində PKK/YPG hədəflərinə qarşı silsilə əməliyyatlar keçirib və bu zaman çoxlu sayda terrorçu zərərsizləşdirilib.
Həmçinin Türkiyə Silahlı Qüvvələrinin Tişrində və Ayn İsa ətrafında təşkilatın mövqeləri, tunelləri və zirehli texnikasına qarşı hava əməliyyatı keçirdiyi, Ayn İsa ətrafında və M-4 magistral yolu yaxınlığındakı PKK/YPG mövqelərinin ələ keçirildiyi bildirilib.
Türkiyə PUA-ları Raqqanın qərbindəki Çərniyə kəndində PKK/YPG liderlərinin toplaşdığı obyektə çırpılıb. Həmin an təşkilatın səhra komandirlərinin binada olduğu deyilib. Terror təşkilatında çoxlu itkilərin olduğu qeyd edilir. //Teleqraf.com
Türk F-16-ları bölgəni BOMBARDMAN ETDİ – Mövqelər ƏLƏ KEÇİRİLDİ
08
yanvar
16:56
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Türkiyə ordusunun "BÖYÜK ƏMƏLİYYAT" hazırlığı BAŞLADI: Terrorçuların “XƏTTİ” qırıldı
Türkiyədə terror dalğası: TUSAŞ hücumunun arxasında kimlər dayanır, məqsədləri nədir - ÖZƏL YAZI
“Türk dünyasındakı 100 illik hədəf addım-addım HƏYATA KEÇİR” - OLAY kimi sözlər
Bayden Ərdoğan və Trampı DÜŞMƏNƏ ÇEVİRİR: İki NATO ölkəsinin TOQQUŞMA TƏHLÜKƏSİ ARTIR
Türkiyə-ABŞ QARŞIDURMASI: Ərdoğan, terrorçuları dəstəkləyən Baydenə SAVAŞ AÇIR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI