Oktyabrın 23-də Türkiyənin paytaxtı Ankara yaxınlığında Kahramankazanda TUSAŞ mərkəzinə hücumu PKK təşkil edib. Türkiyə DİN hücumçuların terror qruplaşması üzvü olduğunu bildirir. Hücum nəticəsində 5 nəfər ölüb, 22 nəfər isə yaralanıb.
Terror hücumu Türkiyədə son 3 həftədir davam edən PKK müzakirələri və MHP sədri Devlet Bahçelinin oktyabrın 22-də Abdullah Öcalanın PKK-nı ləğv edib silahı yerə qoyması qarşılığında ömürlük məhkumlar üçün tətbiq olunan “ümid haqqı” və parlamentdə DEM Partiyasının (keçmiş HDP) fraksiya toplantısında çıxış etmək çağırışından bir gün sonra baş verdi. Bu səbəbdən də terror aktının təxminən 10 ildən sonra yenidən gündəmə gələn PKK-nın tərk-silah edilməsini nəzərdə tutan “həll prosesi”nə maneə cəhdi kimi qiymətləndirilir.
Məsələ ondadır ki, Devlet Bahçelinin çağırışı prezident Ərdoğan, Ana müxalifət partiyası CHP-nin sədri Özgür Özəl və DEM Partiyası tərəfindən müsbət qarşılanıb. Barışıq prosesinin Türkiyə üçün müsbət nəticələr doğuracağı çağırışı edilib.
İlk baxışdan görünən mənzərə budur ki, PKK-nın silahlı qanadı MHP sədrinin başlatdığı və güman ki, hakimiyyətin planı olan PKK-nın tərk-silah edilməsi qarşılığında Öcalanın azad edilməsi və ya ümumi əfv elanı ilə nəticələnəcək prosesi pozmağa çalışıb.
Yeri gəlmişkən, MHP sədrinin məlum açıqlamasından az sonra 43 aylıq qadağadan sonra PKK lideri Öcalanın həbsxanada görüş icazəsi verilib. Öcalanla İmralı adasında görüşən DEM partiyasından olan deputat, qardaşı oğlu Ömər Öcalan deyib ki, əmisi şərtlər olarsa, prosesi zorakılıq və qarşıdurmadan hüquqi və siyasi zəminə keçirmək üçün nəzəri və praktik gücə sahib olduğunu deyib.
TUSAŞ mərkəzinə hücum göstərdi ki, bu məsələdə Öcalanın ciddi rəqibləri var. Onlar bu prosesin baş verməsini istəmir. TUSAŞ terroru Türkiyədə PKK-ya qarşı nifrəti yenidən körükləyib və PKK-ya qarşı yeganə yol olaraq silahlı güc tətbiqi tərəfdarı olan, o cümlədən, uzun illər ərzində PKK terrorundan əziyyət çəkmiş, yaxınlarını itirmiş insanların, necə deyərlər, yaralarını təzələyib.
İndi əsas sual PKK-nın bu terroru indi həyata keçirməsidir. Bilindiyi kimi, Türkiyə daxilində terror aktları son illərdə ciddi şəkildə azalıb. Bu ilin yanvarında İstanbulda kilsəyə İŞİD-in üzərinə götürdüyü terror aktını çıxmaq şərti ilə sonuncu dəfə terror hücumu ötən il oktyabrın 1-də Ankarada baş vermişdi. Üstəlik nəzəri baxımdan Bahçelinin təklifi Öcalan, PKK və onun Türkiyədəki tərəfdarları üçün göydəndüşmə fürsət idi.
A.Öcalan 25 ildir məhbusdur, xüsusən də son 3,5 ildir ki, tamamilə təcriddədir və MHP sədrinin təşəbbüsü Öcalana tam azadlıq verməsə belə, cəza şərtlərini xeyli dərəcədə yüngülləşdirməyi nəzərdə tutur. Hazırda siyasi prosesə daxil olması, məhkumluq şərtlərinin yüngülləşdirilməsi Öcalan üçün hava-su kimi lazımdır. Bu səbəbdən də Öcalan dərhal müsbət cavab verdi. Eləcə də PKK-nın siyasi qanadı hesab olunan DEM Partiyası və onun 7 ildən çoxdur məhkumluq həyatı yaşayan lideri Səlahəddin Dəmirtaş da təşəbbüsü məmnuniyyətlə qarşıladığını açıqladı. Belə olan halda sual yaranır ki, o zaman hücumun arxasında kim və ya kimlər var?
Şübhəli siyahısı isə kifayət qədər genişdir. İlk ağıla gələn terror təşkilatının hərbi qanadının liderləridir. Hazırda İraqın şimalında və Suriyada gizlənən PKK terror təşkilatının silahlı qanad liderləri PKK-nın silahı buraxması və hərbi əməliyyatları dayandırmasından məmnun olmaya bilər. Çünki onların hər biri çoxlu sayda insanlıq əleyhinə cinayətlərə, terrora imza atıb və anlayırlar ki, barışıq prosesində onlar kənarda qalacaqlar. Başqa sözlə, terrorun bitməsi mağaralarda gizlənən PKK silahlı komandirləri üçün əlverişli olmaya bilər.
İkinci şübhəli, PKK-nın Suriya qanadı PYD və onun hərbi qolu olan YPG-dir. Bu qruplaşma 2002-ci ildə Öcalanın həbsxanadan göndərdiyi təlimatlar əsasında yaradılıb və 2011-ci ildə Suriyada baş verən vətəndaş müharibəsində güc qazanıb, hazırda Suriyanın 4 vilayətini birləşdirən qeyri-rəsmi kürd muxtariyyətini idarə edir. PYD və YPG Bahçelinin barışıq təklifindən məmnun qalmaya bilər. Çünki Türkiyə hökuməti PKK ilə barışıq və silahı yerə qoymağı razılaşsa, o zaman Suriyadakı kürd separatizmi təklənəcək və istər siyasi, istərsə də ideoloji, maddi və insani dəstəyini itirəcək. Bu səbəbdən də PYD üçün barışıq planı əlverişli deyil.
Üçüncü amil xarici gücdür. PKK vahid orqanizm deyil, təşkilat daxilində fərqli xarici dövlətlərin xüsusi xidmətlərinin təsiri altında olan qruplar var. Mümkündür ki, 23 oktyabr sifarişini Türkiyədə başlayan bu prosesi dayandırmaq istəyən ölkənin xüsusi xidmət orqanları sifariş verib.
Dördüncü amil, daxili qruplar. Türkiyə daxilində, dövlətin içərisində müəyyən qrup antiterror əməliyyatlarının bitməsi və PKK-nın silahı yerə qoymasını istəməyən qruplar mövcud olub. Bu cür qruplar daha əvvəl də olub və hakimiyyət bu qrupları fərqli adlarla ittiham edib. Səbəbi və məqsədi nə olursa olsun, sirr deyil ki, Türkiyə dövləti içərisində güclü dayaqları olan və PKK məsələsində barışmaz xətt tutan, eləcə də hakimiyyətlə gizli rəqabətdə olan qruplar mövcuddur. Mümkündür ki, hakimiyyətin Öcalana barışıq təşəbbüsünü baltalamaq üçün daxildəki qruplar bu hücumu sifariş verib.
Ancaq o da məlumdur ki, hər kəs bu terror aktının hansı məqsədlə (kim tərəfindən sifariş verilməsindən asılı olmayaraq – K.R.) törədildiyini anlayır. Bu səbəbdən də TUSAŞ terrorunun ölkədə etnik nifrəti qızışdırdığını və ya siyasi sabitliyi laxladacağını demək olmaz. Lakin o da məlumdur ki, Bahçelinin başlatdığı proses müəyyən mənada arxa plana keçəcək. Ən azı yaxın dövr üçün. //Musavat.com
Türkiyədə terror dalğası: TUSAŞ hücumunun arxasında kimlər dayanır, məqsədləri nədir - ÖZƏL YAZI
25
oktyabr
12:40
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Hamı Bakıdan QAÇACAQ: Şəhər boşaldılır
Milli Məclis MÜHÜM QƏRAR VERDİ - Bələdiyyələrlə bağlı...
Tiflisdə XAOS, Türkiyədə yetişən YENİ DÖNƏM- biz də hazır olmalıyıq
Azərbaycan Qlobal Cənub və Qlobal Şimal üçün CAZİBƏ MƏRKƏZİDİR: Bakı Cənubi Qafqazı "GEOPOLİTİK TUNEL"dən keçirir
Planetin “yarısı” Kazana YIĞIŞIB: Putin BRİCS-i anti-Qərb klubuna ÇEVİRƏ BİLƏCƏKMİ?
- QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
- Putin qərarı YENİLƏDİ: İrəvanda “ÇİRKLİ BOMBA” həyəcanı
- İcra hakimiyyətində ƏMƏLİYYAT: SAXLANILANLAR VAR? - FOTO
- Ağcəbədi 9 saylı RMTM-nin direktor müavini borca, xərcə girib Muxtar Babayevdən VƏZİFƏ İSTƏYİR
- Səfirlik Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ EDİB
- "Hizbullah"a AĞIR ZƏRBƏ - Raket hücumlarına cavabdeh komandirlər ÖLDÜRÜLDÜ
- Kiyevdə hava hücumu TƏHLÜKƏSİ: Şəhərdəki səfirliklər BAĞLANIR
- Pezeşkian paytaxtı Tehrandan köçürməyə HAZIRLAŞIR
- Binəqədi RİH Xocasəndə qanunsuz tikililərə ŞƏRİKDİR? – Arxitektura Komitəsi HARA BAXIR?
- Bakı ilə Ankara arasında “SOYUQLUQ” var? - DETALLAR
- 400 məktəbin təmirə ehtiyac var - NAZİR
- Trampla Zelenski arasında GİZLİ RAZILAŞMA: Güc balansı dəyişir - Moskva TƏHLÜKƏDƏ
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- Moskvadan SON DƏQİQƏ açıqlaması – İrəvan GERİ ÇƏKİLİR
- Yardımlı RİH-də “UŞAQLAR və EKOLOGİYA” adlı VI Ümumrespublika Forumunda iştirak edəcək uşaqlarla GÖRÜŞ KEÇİRİLİB
- QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
- TƏCİLİ! Zəngəzur dəhlizi ilə bağlı SON DURUM: Şərtlər BELƏDİR
- Zəngəzurda savaş ANONSU - Bakı ərazini nəzarətə götürərək...
- Dünya müharibəsi MESAJI: “Tramp gəlməmiş başlamaq istəyirlər”
- COP29 gündəliyi - 17.11.2024
- Britaniya və ABŞ Bakıda saziş İMZALADI
- Minimum pensiya məbləği də artırıldı – ŞAD XƏBƏR
- Tramp Putini qlobal izolyasiyadan ÇIXARIR: Fransa Rusiya ilə yaxınlaşmağa çalışan Almaniyaya siyasi SAVAŞ AÇIR
- Tehran KÜNCƏ SIXIŞDIRILDI: ABŞ strateji bombardmançıları Yaxın Şərqə GÖNDƏRDİ
- Fransızlara "DAĞ ÇƏKƏN" məşhur FIRILDAQÇI: Eyfel qülləsini "METALLOM" kimi satdı
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- SON DƏQİQƏ! Türkiyə HƏRƏKƏTƏ KEÇDİ: havadan zərbələr endirildi - ÖLƏNLƏR VAR
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- Azərişıq-dan şəhid ailələrinə və qazilərə xüsusi DİQQƏT və QAYĞI
- Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
- İsrail Tehranda daha bir hərbi zavoda HÜCUM ETDİ
- Moskvadan SON DƏQİQƏ açıqlaması – İrəvan GERİ ÇƏKİLİR
- Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi?