Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ilin axırına qədər imzalana bilər.
Kainat.tv xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun fikrincə, Kazanda keçirilən BRİKS sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşündə bi məsələ müzakirə edilib:
“Xarici işlər nazirləri bu müddətdə yerdə qalan məsələləri razılaşdırmağa çalışacaqlar, liderlər bu barədə onlara tapşırıq veriblər. Son gəlişmələrdən sonra demək olar ki, artıq iki ölkə arasında müharibə ehtimalı aşağı səviyyədədir.
Tərəflər arasında etimad mühiti formalaşir. Liderlərin Kazan görüşünün bu baxımdan müsbət nəticələri olacaq.ABŞ da sülh prosesini Türkiyə ilə müzakirə edir. Dövlət katibi Entoni Blinkenin bu çərçivədə türk həmkarı Hakan Fidana telefon zəngi diqqət çəkdi. İki ölkənin baş diplomatının telefon danışığında Azərbaycan-Ermənistan sülh müqaviləsi ilə yanaşı, İrəvan-Ankara normallaşması da müzakirə olunub. ABŞ Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasında maraqlıdır.
Ankaranın mövqeyinə görə, bu, Ermənistan-Azərbaycan sülh sazişinin imzalanmasına bağlıdır. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan sentyabrda Nyu-Yorkda görüşdüyü Paşinyana da bunu demişdi. Hakan Fidanın Türkiyənin bu mövqeyini bir daha Blinkenə xatırlatdığını düşünürəm. Sülh müqaviləsi imzalansa, Türkiyə-Ermənistan sərhədləri də açıla bilər. Bunun ilin sonunadək olması mümkündür”. //Teleqraf.com
Azərbaycanla bağlı KRİTİK TƏMAS: Hakan Fidan AÇIQ DANIŞDI
26
oktyabr
17:15
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Regional sülh QAPIDA: Hələ də bunu həzm edə bilməyən qüvvələr var - "Kaspi"nin TƏHLİLİ
Baydendən Bakıya VƏD: Sülh sazişi imzalansa...
Erməni vandalizminin QURBANI: Dərin qatlarında hələ də Azərbaycan izlərini saxlayan İRƏVAN
ABŞ-dan Hakan Fidana ZƏNG: Kritik Azərbaycan MESAJI
Planetin “yarısı” Kazana YIĞIŞIB: Putin BRİCS-i anti-Qərb klubuna ÇEVİRƏ BİLƏCƏKMİ?
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI