ABŞ dövlət katibi Entoni Blinkenlə Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.

Kainat.tv xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller məlumat verib.
Blinken və Fidan Ermənistan-Azərbaycan sülh müqaviləsini müzakirə ediblər.

“Telefon danışığında nazirlər Cənubi Qafqazda hər kəs üçün faydalı olan çərçivə ilə gücləndirilmiş, ədalətli və davamlı sülhün əldə edilməsinin vacibliyini bildiriblər”, - Miller vurğulayıb. //Teleqraf.com