ABŞ administrasiyası Əlcəzairin Rusiyadan qırıcı təyyarələr alması səbəbindən bu ölkəyə qarşı sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirir.
Kainat.tv Publika.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Yaxın Şərq məsələləri üzrə bürosunun rəhbəri Robert Palladino məlumat verib.
Senatda keçirilən dinləmələr zamanı senatorun sualını cavablandıran diplomat təsdiqləyib ki, bu növ hərbi sövdələşmələr Vaşinqtonda ciddi narahatlıq doğurur.
Palladino vurğulayıb ki, Dövlət Departamenti "Amerikanın rəqiblərinə sanksiyalar vasitəsilə müqavimət göstərilməsi haqqında qanun"un (CAATSA) tələblərinə əməl olunmasını təmin etmək öhdəliyi daşıyır. Onun sözlərinə görə, Rusiyadan hərbi texnika alışı kimi iri maliyyə əməliyyatları birbaşa məhdudlaşdırıcı tədbirlərin görülməsinə səbəb ola bilər.
"Biz bu məsələləri diqqətlə izləyirik və qanunvericiliyin tələblərindən irəli gələn addımların atılması istisna deyil", - deyə diplomat qeyd edib.
ABŞ rəsmisi həmçinin əlavə edib ki, Vaşinqton Əlcəzair hökuməti ilə müxtəlif razılaşmalar üzərində sıx işləyir. Bununla belə, hərbi satınalmalar da daxil olmaqla bir çox strateji mövzularda tərəflər arasında hələ də ciddi qeyri-müəyyənliklər və "açıq qalmış məqamlar" mövcuddur.
Daha bir ölkə Rusiyanın GÜDAZINA GEDİR - ABŞ sərt cəzalandıracaq
04
fevral
11:00
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Təhsil eksperti Kamran Əsədov niyə səhvə yol verib?
Prezidentin Kiselyova müsahibəsi DÜNYA MEDİASININ diqqət mərkəzində - FOTO
Robert Əyyubovun qanunsuz yolla ələ keçirdiyi şirkəti türkiyəli tanınmış vəkil müdafiə edəcək
Ermənistan TƏXRİBATA DAVAM EDİR - Yeni silahlar alır və...
2025-ci ildə bürcləri hansı YENİLİKLƏR GÖZLƏYİR?
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI