Dövlət Turizm Agentliyi Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndələri üçün destinasiya təqdimatı keçirəcək.
Qaynarinfo xəbər verir ki, qurum bununla bağlı satınalma müsabiqəsinə yekun vurub. Müsabiqənin qalibi "Vega Travel Management” MMC seçilib. Destinasiya təqdimatının keçirilməsi üçün şirkətə 19 470 manat ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Vega Travel Management” MMC 2 dekabr 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5000 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 19, mənzil 19-da yerləşir. MMC-nin qanuni təmsilçisi Rəhimli Əmrah Natiq oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur. Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmadan məlum olur ki, "Vega Travel Management” MMC sifarişləri əsasən Dövlət Turizm Agentliyindən alır. Agentlik təkcə 2025-ci ildə şirkətlə 2 521 634,73 manatlıq satınalma müqaviləsi imzalayıb. Qurumun "Vega Travel Managemenet” MMC-yə alternativ görməməsinin səbəbi məlum deyil.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevdir. O, 2018-ci ildən bu vəzəfədə çalışır. Fuad Ağayev ötən ilin martında şiddətli töhmət alması ilə gündəmə gəlib. Həmin vaxt mediada dərc edilən məlumatlara görə, ona şiddətli töhmət verilməsi rəhbərlik etdiyi qurumdan xidməti yazışmaların sızdırılması ilə bağlıdır. (Qaynarinfo )
Kainat.tv
Fuad Nağıyevin sevimli şirkəti: Agentlik bir ildə bu şirkətə 2,5 milyon ödəyib
21
yanvar
19:43
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Qrant qazanan özəl bağçalarda qiymət qalmaqalı - Nazirlik aydınlıq gətirdi
Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır – SİYAHI
Rafiq Qarayevə yenidən 200 min manatlıq tender verildi: “RR TRAVEL COMPANY” Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməmişdir
Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI