Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxsi tərəfindən “Azərbaycan Karyera İnkişaf Forumu 2025” və “Naxçıvan Karyera Forumu 2025” təşkili xidmətlərinin satın alınması üzrə 23.06.2025-ci ildə başlanılmış açıq tenderə yekun vurulub. Müsabiqənin qalibi “RR TRAVEL COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 244.938,5 manat dəyərində satınalma müqaviləsinin imzalanması planlaşdırılır. Məlumat satınalmaların portalında 21.08.2025- ci ildə dərc edilib.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “RR TRAVEL COMPANY” (VÖEN:1305786331) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 21.11.2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, MİRƏLİ SEYİDOV, ev.35, m.3 -də yerləşir. MMC-nin qanuni təmsilçisi Şirvanskaya Günəş Yəhya qızıdır. Reyestr məlumatlarında MMC-nin Kərimov Fuad İsmayıl oğlu tərəfindən təsis edildiyi göstərilir.
Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, “RR TRAVEL COMPANY” MMC tender bazarının aktiv iştirakçılarındandır. MMC yalnız 2025-ci ilin son beş ayı ərzindən ölkənin müxtəlif bölgələrində bəzi dövlət qurumları tərəfindən keçirilmiş 26 açıq tender və kotirovka sorğularının qalibi seçilib. MMC daha çox tədbirlərin təşkil edilməsi üzrə keçirilmiş satınalmaların qalibi olub.
Məsələn, son beş ayda MMC ilə Tovuz rayon İcra Hakimiyyəti büdcədənkənar vəsait hesabına rayon ərazisində il ərzində anım günləri, hüzn günləri, dövlət və peşə bayramları ilə əlaqədar keçiriləcək tədbirlərin təşkili üzrə 141.570,5, Mədəniyyət Nazirliyinin tabeliyində “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti qonaqlama (mehmanxana) xidmətlərinin satın alınması üzrə 678.677, Azərbaycan Milli Elmlər Akademiyası keçirilməsi nəzərdə tutulan tədbirlərin təşkil olunması xidmətlərinin satın alınması üzrə 113.549,04, Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu beynəlxalq və Respublika elmi konfransların təşkil xidmətlərinin satınalınması üzrə 91.892,5, Şabran rayon İcra Hakimiyyəti tədbirlərin təşkil edilməsi xidmətlərinin satın alınması üzrə 66.788, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsi beynəlxalq yük və sərnişin daşımalarının təşkili çərçivəsində xarici ölkə vətəndaşlarının qonaqlama xərcləri üçün müxtəlif növ xidmətlər üzrə 137.130,16, Naxçıvan Dövlət Universiteti tədbirlər və konfransların təşkili xidmətinin satınalınması üzrə 107.763,5, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti 2025-ci ildə keçiriləcək Azərbaycan-Rusiya Regionlararası Forumun təşkil edilməsi üzrə 299.786,08, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti publik hüquqi şəxsi”Azərbaycan Dövlət Neft və Sənaye Universiteti” PHŞ nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) üçün aviabiletlərin satınalması üzrə 159.000 manat məbləğində müqavilələr bağlayıblar.
Satınalmaların portalından götürdüyümüz bu məlumatlardan da görsəndiyi kimi “RR TRAVEL COMPANY” MMC respublikanın ayrı ayrı bölgələrində tədbirlərin təşkil edilməsi xidmətlərinin əsas təchizatçısıdır. Amma…
Gədəbəy rayon İcra Hakimiyyəti 18.08.2025-ci ildə dövlət satınalmalarının internet portalına bir elan yerləşdirib. Sözügedən elanda qeyd edilir ki, “Gədəbəy Rayon İcra hakimiyyəti tərəfindən “Gədəbəy rayonunda dövlət bayramları və digər əlamətdar günlərlə bağlı tədbirlərin keçirilməsi üçün xidmətlərin və zəruri olan malların satın alınması” (müsabiqə nömrəsi 106609) predmeti üzrə keçirilmiş satınalmada qalib olan “RR TRAVEL COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış 20 iyun 2025-ci il tarixli 07 saylı satınalma müqaviləsi ləğv olunmuşdur. Əsas: Təchizatçı tərəfindən satınalmanın şərtlər toplusunda və uyğun olaraq satınalma müqaviləsində nəzərdə tutulan malları təqdim edə bilməməsi.
Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Gədəbəy rayon İcra Hakimiyyəti tərfindən Gədəbəy rayonunda dövlət bayramları və digər əlamətdar günlərlə bağlı tədbirlərin keçirilməsi üçün xidmətlərin və zəruri olan malların satın alınması üzrə keçirilmiş kotirovka sorğusunun qalibi “RR TRAVEL COMPANY” MMC olub və tərəflər arasında 45.584,88 manat dəyərində satınalma müqaviləsinin bağlanılması barədə məlumat portalda 12.06.2025-ci ildə dərc edilib.
Üstündən iki ay keçdikdən sonra Gədəbəy rayon İcra Hakimiyyəti təchizatçı tərəfindən satınalmanın şərtlər toplusunda və uyğun olaraq satınalma müqaviləsində nəzərdə tutulan malları təqdim edə bilməməsi səbəbindən “RR TRAVEL COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış müqaviləni ləğv edib.
Buradan suallar yaranır. “RR TRAVEL COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti 45 min manat dəyəri olan kotirovka sorğusunun müqavilə üzrə tələblərini icra edə bilmirsə 100-200 min manatlıq müqavilələri necə həyata keçirəcək, tədbirləri necə təşkil edəcək? Edə bilməyəcək. Çünki MMC-nin müvafiq sahədə peşəkarlığının,etibarlığının şübhə altında olduğunu Gədəbəy rayon İcra Hakimiyyəti təsdiq edib. MMC müqavilə əsasında dövlət sifarişləri həyata keçirən bir şirkətdən daha çox, tədbirlərin təşkili adı altında satınalmalar yolu ilə büdcə vəsaitlərinin silinməsində iştirakçıya oxşayır.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə “RR Travel Company” MMC turizm şirkətidir və əsasən xarici ölkələrə turizm səfərlərinin təşkili üzrə ixtisaslaşıb. Mediada yer alan məlumatlarda “RR Travel Company” MMC-nin “RR Group of Companies” MMC-yə bağlı olduğu bildirilir. Nizamnamə kapitalı 40 manat olan “RR Group of Companies” MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb. MMC-nin sahibi Qarayev Rafiq Hümbət oğludur.
Aktualinfo.org
Kainat.tv
Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək
25
avqust
12:49
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Sumqayıtın yaşıllaşdırılmasına ayrılan milyonlar və “SAFFİRA PLUS” müəmması
Məşğulluq Agentliyi özünə umac ova bilməyən “BİS CO” MMC-yə əriştə kəsdirir – Milyonlarla manata
TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir - İLGİNC FAKTLAR...
Sosial müavinətlər artırıldı - Fərman
Aqrar Xidmətlər Agentliyi qanun pozmaqda “gül” vurur - İTTİHAM VAR...
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- İlham Əliyevin Almaniya səfəri Bakı–Berlin münasibətlərində YENİ SƏHİFƏ AÇIR – Deputat və siyasi şərhçi DANIŞDI
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Tehranda DƏHŞƏTLİ XƏYANƏT şoku: SEPAH zabitləri şahın oğlu ilə GİZLİ ƏLAQƏDƏDİR
- Rusiya bu ölkənin diplomatlarını QOVDU - QİSAS AKTI?
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ