Bəzi dövlət qurumlarında müəyyən şəxslərin “toxunulmaz kadrlar” kimi təqdim olunması ilə bağlı iddialar vaxtaşırı gündəmə gəlir. Bu cür iddiaların ünvanlandığı qurumlardan biri kimi “Azəriqaz” İstehsalat Birliyi də göstərilir.
İddialara görə, bu “toxunulmaz kadrlar”dan biri Bakı Regional Qaz İstismarı İdarəsinin rəisi Zamin Mehrəliyevdir. Uzun illər ərzində “Azəriqaz” İB-də müxtəlif vəzifələrdə çalışmış Zamin Mehrəliyev daim yüksək postlarda təmsil olunub. Məlumatlara əsasən, o, zamanla özünə geniş və etibarlı komanda formalaşdırıb, yaxın qohumlarını və dostlarını qazın satışı və istismarı ilə bağlı şöbələrdə yüksək vəzifələrə təyin etdirib.
Etibarlı mənbədən daxil olan məlumata görə, Zamin Mehrəliyevin xalası oğlu, Sabunçu rayonunda qrup rəhbəri və sənədsiz evlərdə sayğacların quraşdırılmasına bilavasitə rəhbərlik edən İlkin adlı şəxs ətrafında qalmaqal yaranıb. İddiaya görə, qeyri-qanuni yollarla toplanan vəsaitlər İlkin vasitəsilə Zamin Mehrəliyevə ötürülüb.
Mənbə bildirir ki, İlkinin bank kartına cəmi bir ay ərzində təxminən 70 min manat vəsait köçürülüb. Bu faktla bağlı prokurorluq orqanları araşdırmalara başlayıb. Araşdırmalar zamanı İlkin həmin pulların iş yoldaşına məxsus olduğunu iddia etsə də, iş yoldaşının rəsmi izahatında bu vəsaitdən xəbərsiz olduğunu bildirməsindən sonra İlkinin istintaqa cəlb edildiyi qeyd olunur.
Mənbənin iddiasına görə, islahatların aparıldığı dövrdə Bakı Regional Qaz İstismarı İdarəsinin rəisi Zamin Mehrəliyev ən yaxın şəxslərini “gəlirli” hesab edilən sahələrə təyin etdirməyə nail olub. Bildirilir ki, onun yaxın dostu Natiq Qənbərov Sabunçu Rayon Qaz İstismarı İdarəsinin rəisi vəzifəsinə gətirilib.
Qeyd edək ki, Zamin Mehrəliyev müxtəlif illərdə Sabunçu rayonunda baş mühəndis, eləcə də Bakı Regional Qaz İstismarı İdarəsinin rəisi vəzifələrində çalışıb.
Mənbənin məlumatına əsasən, Zamin Mehrəliyevin arxasında duran əsas şəxslərdən birinin “Azərqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Nail Abdullayev olduğu da iddia edilir.
Məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik hər hansı açıqlama verilməyib. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Vətəninfo.az
Kainat.tv
“Azəriqaz” İstehsalat Birliyində nə baş VERİR?- 70 min manat qalmaqalı….
20
yanvar
16:32
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Dövlət Gömrük Komitəsində iddia olunan korrupsiya və özbaşınalıq – Vətəndaşdan redaksiyamıza sensasion məktub-
Binəqədi ZİBİLİN İÇİNDƏ: əllərindəki texnika isə... - VİDEOFAKT
Media nümayəndələri təltif edildi - Siyahı
“Azər Məmmədovun idarəetmədən xəbəri yoxdu” –“Azəriqaz”la bağlı ŞOK MƏLUMATLAR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI