Azərbaycanda haqqında ən çox müzakirə aparılan, şikayətlər səsləndirilən dövlət qurumlarından biri də “Azəriqaz”dır.
İstər mənzillərə verilən qazın keyfiyyəti, istər sənədsiz evlərə qaz xəttinin çəkilməsi və sayğacla təmin olunması ilə bağlı qoyulan məhdudiyyət, istərsə də “Azəriqaz”da işçilərin əmək şəraiti ilə bağlı problemlər zaman-zaman gündəmə gəlir.
Bu qurumun fəaliyyəti ilə bağlı aparılan bir çox araşdırmaların və hesabatların müəllifi, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı açıqlamasında ilk növbədə Azəriqaz-da çalışanların narazı olduğu məsələləri dilə gətirdi: Azərbaycanda “Azəriqaz” ASC qədər insan hüquqlarını pozan bir qurum yoxdur. Bu həm işçilərlə, həm də əhaliyə xidmətlə bağlı müşahidə olunur. Uzun illərdir apardığım monitorinqlər də bunu sübut edir. Hər gün təmasda olduğum insanlar və yazılan çoxsaylı ərizələr var”.
Hüquq müdafiəçisi ilk növbədə “Azəriqaz”ın Çağrı mərkəzi yeniləndikdən sonra işçilərə qarşı yol verilən ədalətsizliklərə toxundu: “Əvvəla onu deyim ki, “Çağrı Mərkəzi”ni 2024-cü ilin sonunda yenidən bir hay-küylə yaratdılar. Bildirdilər ki, sistem təkminləşdirilib, yeni avanlıqlar gətirilib. Ancaq nə bu avadanlıqları görmüşük, nə də işçilərə münasibət normal deyil. Hazırda bir türk vətəndaşı da oraya rəhbəlik edir. Bir məsələni bildirim ki, ümumiyyətlə, Türkiyədən gəlib Azərbaycanda fəaliyyət göstərən şirkətlərin bəzi hallarda ölkə qanunvericiliyini pozduqlarını müşahidə etmişəm. Çağrı Mərkəzindən də çox şikayət ünvanlayıblar. İşçilər yazılı şəkildə onlara qarşı münasibətin normal olmadığı ilə bağlı müraciət ediblər, ancaq qanunvericilik baxımından izah edə bilmirlər, sonuna qədər gedə bilmirlər. Misal üçün şikayət etdilər ki, onları çox sıxırlar, incidirlər, bəzən yersiz izahatlar alırlar. Ancaq bu işçilər sonradan qorxduqları üçün geri çəkilirlər, geniş məlumat vermirlər”.
QHT sədrinin toxunduğu digər bir məsələ işlərin ixtisarı ilə bağlı oldu: “2024-cü ilin sonunda Çağrı Mərkəzi yaradılanda öncədən orada işləyən işçilərin əksəriyyəti ixtisara salındı və heç biri işlə təmin edilmədi. Bildiyim qədər işçiləri ixtisara salan türk rəhbər deyil, “Azəriqaz İB -yə sədr təyin olunan Azər Məmmədovdur. Sonradan özünə üç müavin də götürdü, yəqin onlar da ixtisarların aparılmasına kömək üçün gəliblər. Yerli işçilər çıxarıldıqdan sonra Çağrı Mərkəzinə gətirilən şəxsə 20 min manat əmək haqqı verilib. Mən sonradan dəqiqləşdirmə apardım. Aydın oldu ki, həmin işçinin gündəlik ezamiyyət pulu 450 manatdır. Bu qədər pul nəyə görə verilir? Doğrudanmı, bu qədər adamı ixtisara salmaq lazımdır? Anlaya bilmirəm, bizim ölkədə bu sahə üzrə mütəxəssis yox idi? Yəni, o qədər savadsızdırlar?
Yaxşı, yeni təyinatlar nə effekt verdi? Keçən ildən bəri Çağrı Mərkəzinin işində hər hansı irəliləyiş də hiss olunmur. Mərkəzlə bağlı çoxsaylı şikayətlər var ki, zənglərə cavab vermirlər. Çeviklik yoxdur, dəyişikliyin bir nəticə verdiyi hiss olunmur. Əvvəlki ilə heç bir fərqi yoxdur. Bəs, bu qədər avadanlıqlar , xarici mütəxəssislər gətirildi, niyə faydası olmadı? Bu sualın cavabı yəqin Azər Məmmədovdadır. Güman ki, “Azəriqaz” ın rəhbəri Azər Məmmədovun bu sahə üzrə təcrübəsi yoxdur. Bilmək istərdim ki, bu şəxsin rəhbər kimi təcrübəsi varmı? Yalnız öncədən Gürcüstanda işlədiyini bilirəm”.
M.Qəhrəmanlı sənədsiz evlərin qaz sayğacları ilə təmin olunması məsələsində də müəyyən qanunsuzluqlara yol verildiyini qeyd etdi.
Onun sözlərinə görə, qadağan olunmasına baxmayaraq, sənədsiz evlərin çoxu sayğacla təmin olunub, hətta abonentlərlə müqavilə də bağlayırlar: “Sayğac qoyulur, amma müəyyən bir “şərtlər” çərçivəsində… Məbləğ isə elə də az deyil. Qadağanın məqsədi də məhz budur, qeyri-rəsmi və daha çox məbləğ alırlar. Yoxsa, sənəndsiz evlərə həmişə qaz xətti çəkilib. Evlərin əksəriyyətinin İcra Hakimiyyətindən texniki pasportu var, həmin evlərə niyə qanuni şəkildə sayğacla təmin olunmasın ki… İstəyirlər ki, vətəndaş xeyli xərc çəksin, “müxtəlif yollarla” evinə qaz çəkdirsin. Görünür “Azəriqaz” sistemində kiminsə bu işdə marağı var ki, sənədsiz evlərə sayğac qoyulmasını qadağan ediblər. Bu məsələ parlamentdə də qaldırılmalıdır. Niyə ilk növbədə sənədsiz evlərin qeydiyyatı aparılmır? Məqsədi özləri aydınlaşdırmalıdırlar.
Prezident çıxışında dəfələrlə sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı tapşırıqlar verib. Bu mövzu mətbuatın da gündəmindən düşmür. Hazırda bu qadağalara görə, sənədsiz evləri qazla, işıqla təmin etmək bir korrupsiya mənbəyinə çevrilib”.
M.Qəhrəmanlı təklif edir ki, “Azəriqaz” Dövlət Neft Şirkətinin tərkibindən çıxarılsın: “Hasilat və satış bir əldə cəmləşə bilməz. Xaricdə olduğu kimi rəqabət olmalıdır. “Azəriqaz”da heç vaxt şəffaflıq olmayıb, bunu biz görməyəcəyik. Heç açıqlamalarını da görmürük. Keçmiş rəhbər Ruslan Əliyev ən azından mətbuata danışırdı. Azər Məmmədovun ümumiyyətlə idarəetmədən xəbəri yoxdu./sitat.info/
Kainat.tv
“Azər Məmmədovun idarəetmədən xəbəri yoxdu” –“Azəriqaz”la bağlı ŞOK MƏLUMATLAR
18
dekabr
11:01
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –SƏRT İTTİHAMLAR, SENSASİYALI FAKTLAR
Fransanın insan hüquqlarına dair hesabatına tənqidi baxış - TƏHLİL
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi ?
Bakıda mühüm TƏDBİR: Prezident çıxış etdi – FOTOLAR
“SOCAR”ın “Azneft” İstehsalat Birliyində nə baş verir? Tofiq Heydərovun Ziba Mustafayevaya məktubu….
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- İlham Əliyevin Almaniya səfəri Bakı–Berlin münasibətlərində YENİ SƏHİFƏ AÇIR – Deputat və siyasi şərhçi DANIŞDI
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Tehranda DƏHŞƏTLİ XƏYANƏT şoku: SEPAH zabitləri şahın oğlu ilə GİZLİ ƏLAQƏDƏDİR
- Rusiya bu ölkənin diplomatlarını QOVDU - QİSAS AKTI?
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ