Ukrayna ABŞ-ın sülh planına baxmayaraq gələcəkdə NATO-ya üzvlükdən imtina etməyəcək. Bunu Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak Axios portalına açıqlamasında bildirib.
Yermak qeyd edib ki, hazırda Ukrayna NATO üzvü deyil və ölkə reallığı ilə yaşamalıdır:
"İndi biz reallıqda yaşayırıq. Biz NATO-da deyilik," – deyə o bildirib.
Onun sözlərinə görə, Ukraynanın NATO və Avropa İttifaqına üzvlük arzusu 2019-cu ildə qüvvəyə minmiş qanunla təsbit edilib. Bu qanuna əsasən, ölkə prezidenti dövlətin Avropa İttifaqı və Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) tam hüquqlu üzvlüyü strategiyasının təminatçısıdır.
ABC News və CBS News məlumat verib ki, 25 noyabrda Ukrayna ABŞ-ın yeni sülh planının şərtlərini qəbul edib. The Wall Street Journal qəzetinin məlumatına görə, Cenevrədə keçirilən görüş zamanı sənədə Ukrayna üçün daha münasib dəyişikliklər əlavə edilib. Xüsusilə, sənəddə Ukrayna ordusunun sayı 800 min nəfərə qədər artırılıb və ölkənin NATO-ya üzv olmasını qadağan edən ifadələr çıxarılıb.
Bu addım, Ukraynanın həm müdafiə potensialını artırmaq, həm də Avropa və NATO istiqamətində strateji kursunu davam etdirmək niyyətini əks etdirir.
Kainat.tv
Ukrayna gələcəkdə NATO-ya üzvlükdən imtina etməyəcək
26
noyabr
15:49
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Qərb Ermənistanda Rusiya və İrana qarşı CƏBHƏ AÇIR, Moskva və Tehran hələ də erməniləri BƏSLƏYİR...
Ukrayna üçün KRİTİK GÜN - “nə sülh, nə də müharibə” dövrü BAŞLAYA BİLƏR
Paşinyanın 90 faizlik YALANI - Bu dəfə elə bir SƏHV ETDİ Kİ...
Ermənistanın COP29 ərəfəsində SÜLH MANEVRİ - Bakıdan REAKSİYA
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI